Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru. == Həyatı == Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır. 1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir. Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir. == Filmoqrafiya == Boşboğaz (film, 1978) / rus.
Timofey Mozqov
Timofey Pavleviç Mozqov, (rus. Тимофей Павлович) peşəkar basketbolçudur. O 1986-cı ilin iyul ayının 16 anadan olub. NBA-nın Bruklin Nets komandasının oyunçusudur. 2016-cı ilde Mozqov Klivlend Kavalers komandası ilə NBA-nın çempionu adını qazanır. Beləliklə, ilk rus basketbolçularından biri kimi məşhurlaşır. Rusiya komandasının üzvü kimi 2012-ci ilde Yay Olimpiyadasında gümüş medal qazanır. Avrobasketbol 2011-də isə bürünc medal əldə edir. == Peşəkar karyerası == === Avropa karyerası === Mozqov peşəkar karyerasına Rusiyanın Lenvo Peterburq komandasından başlayır. 2004-2005-ci illər mövsümündə bu komanda Rusiya ikincisi idi.