Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Monoteizm
Monoteizm (yun. μόνος — tək, yun. θεός, Tanrı) — təktanrıçılıqla bağlı dini dünyagörüş və nəzəriyyə. İslam, Xristianlıq və Yəhudilik ən məşhur monoteist dinlərdir. Bunları "İbrahimi" monoteistik dinlər adlandırırlar, çünki rəvayətlərdə onların hamısının mənşəyi İbrahim peyğəmbərdən gəlir. Monoteizmə başqa baxışlar da vardır. Təməlçi monoteistik dini təlimlərdə Tanrı insan tərəfindən dərk edilməyən şəxsiyyət kimi qəbul edilir. Onun zatı ya da mahiyyəti birdir. Tanrının konkret adları və sifətləri vardır. Onların çoxluğuna baxmayaraq, hamısı bir Tanrıya aiddir və başqa tanrıların mövcud olmasına işarət etmir.
Henoteizm
Henoteizm — tək Tanrıya inanarkən digər tanrıların varlığını da qəbul edən fəlsəfi görüş. Alman filoloq Maks Myuller tərəfindən yaradılmışdır. Yunan dilində "heis theos" "tək tanrı" deməkdir. Myullerə görə bu, "prinsipcə monoteizm, realda (praktikada) isə politeizm"dir. Termindəki varyasiyalar "niyyətçi monoteizm" və "monarxik politeizm" fenomenin fərqli formalarını bir-birindən ayırmaq üçün yaranmışdır. Əlaqəli terminlər isə monolatrizm və katenoteizmdir ki, bunlar əsasən henoteizmin alt növləri olaraq qəbul edilir.
Monogenizm
Monogenizm (mono... +yun. genos — cins, mənşə) — antropologiyada insanların mənşə birliyi və insan irqlərinin bir-biri ilə qan qohumluğu haqqında təlim. Monogenizmə əsasən müasir insanın bir növü (homo sapiens) var; insan irqləri isə Yer kürəsinin müxtəlif coğrafi zonalarında müasir insan növünün məskunlaşması nəticəsində əmələ gələn növdaxili qruplardır. Monogenizm bir çox antropoloji faktlarla sübut edilir; əsas fakt budur ki, bütün insan irqlərinin təmasda olan zonalarında metis qruplar əmələ gəlir və çoxalmağa qabil nəsil verir.