Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evaluna Montaner
Evaluna Mercedes Reglero Rodriguez (7 avqust 1997, Karakas) — Venesuelalı aktrisa və müğənni. == Bioqrafiya == Montaner Venesuelanın Karakas şəhərində Rikardo Montaner və Marlen Rodriqes ailəsində anadan olub. O, Argentinanın Buenos-Ayres şəhərində böyüyüb. Uşaqlıqdan fortepiano, arfa və müxtəlif rəqs növlərini öyrənib. O, 13 yaşına qədər evdə təhsil almağa başlayana qədər The Cushman School-da oxuyub. Hazırda Mayamidə yaşayır. 8 fevral 2020-ci ildə o, beş illik sevgilisi, kolumbiyalı müğənni Camilo Echeverry ilə evləndi.
Ramon Muntaner
Ramon Muntaner (kat. Ramon Muntaner; 1265[…] – 1336, İbiza) — katalan əsgər və həyatından bəhs edən "Xronikalar" (kat. Crònica) əsəri ilə tanınan yazıçı, tarixçi. "Xronikalar" əsərində o, Katalan kompaniyasında komandir kimi başına gəlmiş hadisələrdən də söhbət açmışdır. O, Pereladada anadan olmuşdur. Katalan kompaniyası Rojer de Florun başçılığı altında olan yüngül piyadalardan ibarət ordu idi və araqon və katalan muzdlu əsgərlərindən qurulmuşdur. Bu əsgərlər almoqavarlar kimi də tanınırdılar. Rojer bu kompaniyanı Konstantinopolda yunanlara türklərə qarşı döyüşməkdə kömək etmək üçün başlatmışdı. Ramon Muntanerin "Xronikalar" əsəri 4 Möhtəşəm katalan xronikasından biridir. Bu xronikalarla XIII-XIV əsrdə Araqon koronasındakı və Kataloniyadakı hərbi və siyasi vəziyyəti öyrənmək mümkündür.
Eucenio Montale
Eucenio Montale (it. Eugenio Montale; 12 oktyabr 1896[…], Genuya – 12 sentyabr 1981[…], Milan)) — italyan şair, nasir, ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1975), ömürlük senator. == Həyatı == Eucenio Montale Genuya şəhərində varlı kommersant ailəsində doğulmuşdur. Valideynlərinin istəyinə baxmayaraq ailə ənənəsini davam etdirməmişdi. Kiçik yaşlarından poeziya və musiqiyə həvəsi ilə seçilmişdi. İtalyan və fransız klassiklərinin yaradıclığı, xüsusən də Şopenhauer, Kroçe və Berqsonun fəlsəfi irsi ilə maraqlandmışdı. Ali təhsili yox idi. Birinci Dünya müharibəsi zamanı səfərbərliyə alınmış, Avstriyada gedən döyüşlərdə iştirak etmişdi. Ədəbi yaradıcılığa 20-ci illərin ortalarında tənqidçi kimi başlamışdır. İlk məqalələri Genuyadakı qəzet və jurnallarda çap olunmuşdu.