Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. == Adın etimologiyası == Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — «sahil» sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq «odun ürəyi» deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb «rifah» deməkdir. == İqtisadiyyatı == Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. == Tarixi == 1886 - 25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962 - 6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Nikolay Morozkin
Nikolay Morozkin (27.11.1953) — fizika-riyaziyyat elmlər doktoru, Başqırdıstan Dövlət Universitetinin rektoru (2013), «Başqırdıstan Respublikası əməkdar elm xadimi». == Bioqrafiyası == Nikolay Danilaoviç Morozkin 27 noyabr 1953-cü ildə Mordoviyada anadan olmuşdur. Mordoviya Dövlət Universitetini bitirdikdən sonra 1975 - 1980-ci illərdə Leninqrad dövlət Universitetində riyaziyyat sahəsində aspiranturada oxumuşdur. Aspiranturanı bitirərkən namizədlik disertasiyasını müdafiə etmişdir. İş yeri 1983-1997-ci illərdə Baqırdıstan Dövlət Universitetində baş müəllim, dosent, hesablama riyaziyyat kafedrasının müdiri; 1997-ci ildən 2013-cü ilədək - Başqırdıstan Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru; 2013-cü ildən - Başqırdıstan Dövlət Universitetinin rektoru.Termofizika və nəzəri istilik mühəndisliyi, maye, qaz və plazmanın mexanikası üzrə doktorluq dissertasiyalarını müdafiə edən şuranın üzvüdür. == Mükafatlar və vəzifələr == "Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçisi" «Başqırdıstan Respublikasının əməkdar elm xadimi» "Rusiya Federasiyasının Ali Məktəblərinin Əməkdar işçisi". == Xidmətləri == 100 elmi məqalənin və 2 ixtira üzrə patentin müəllifidir. Об одном итерационном методе решения задачи оптимального нелинейного нагрева с фазовыми ограничениями // Журнал вычислительной математики и математической физики. М.: изд-во РАН, т.40, N11, 2000 г.,с.1615 — 1632 (соавторы Голичев И. И., Дульцев А. В.). Применение метода конечных элементов для расчета пластового давления в нефтяном месторождении // Нефтяное хозяйство, М.,N11, 1998 г., с.28-30(соавтор Бикбулатова Г. С.).
Voroniy Kust adası
Voroniy Kust adası- Kuybıçev su anbarında kiçik bir ada. Tatarıstan Respublikasının Kazan şəhərinin Vaxitovsk rayonuna daxildir. Həmçinin Markiz adasının qarşısında yerləşir. Ada bütünlüklə meşə ilə örtülmüşdür. Çox hissəsi isə bataqlıqlaşmışdır. Kommunikasiya şəbəkəri ölkədə qalmaqdadır. Belə ki, 2012-ci ilə qədər su anbarı doldurulana qədər ərazi qum ilə örtülü olmuşdur. Həmçinin ada quru ilə əlaqəyə malik idi. == Tarixi == XX əsrin əvvəllərində şəhərin mərkəzinə uğursuz naviqasiya kanalının çəkilməsi üçün dəmir yolu və şose yolu çəkilmişdir.