Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müdrik
Müdrik — müdrikliyə malik, mütəfəkkir, böyük zəka sahibi insan. Qədim Yunanıstanda "müdriklər" (sophoi) və "müdrikliyi sevənlər" (philosophoi) – filosoflar var idi. Tarixən "müdriklər"i "filosoflar" əvəz etmişdir. Karl Marks yazmışdır ki, "Sofos yunan filosofunun qarşımızda göründüyü ilk obrazdır. O, mifoloji cəhətdən yeddi müdrikdə, praktiki olaraq Sokratda və stoiklər, epikürçülər, yeni akademiklər və skeptiklər arasında ideal kimi görünür". Pifaqorçu insan anlayışına görə, müdrik öz sağlamlığına laqeyd yanaşmır. O, bədəni diqqətin ən vacib (və ya yeganə) obyekti hesab etmir, onu ruhun xeyrinə idarə edir. Müdrik psixoloji arxetiplərdən biridir.
Müdri
Müdri – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında, Müdrü çayının sağ sahilində yerləşir.Kəndin əhalisi 95 nəfərdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 5 km yolu atla və ya piyada getmək olar. Bu zonada yerləşən Müdri, Müdrüsə, Pirəqanım və Bağəli kəndlərindən Küpüc dağını aşmaqla atla və ya piyada Aşağı Cülyan kəndinə yol vardır. 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Müdri kəndində 34 ev var. Əhalisi 88 nəfərdir ki onunda 39 nəfəri kişi, 49 nəfəri qadındır. 1.
Yeddi müdrik
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Mixail Mudrik
Mixail Mudrik (5 yanvar 2001, Krasnoqrad[d], Xarkov vilayəti) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsinin futbolçusu.
Yaroslav Mudrı
Yaroslav Vladimiroviç Mudrı; Müdrik Yaroslav və ya I Yaroslav (rus. Ярослав Владимирович Мудрый); 978 – 20 fevral 1054) - Rostov knyazı (987—1010), Novoqorod knyazı (1010—1034), Kiyev knyazı (1016—1018, 1019—1054). Rusiyanın Yaroslavl şəhəri onun şərəfinə adlandırılmışdır. Азбелев С. Н. Ярослав Мудрый в летописях // Новгородская земля в эпоху Ярослава Мудрого. — Великий Новгород, 2010. — С. 5—81. Брюсова В. Г. К вопросу о происхождении Владимира Мономаха // ВВ.-Т. 28. 1968. — С. 127—135. Брюсова В. Г. Русско-византийские отношения середины XI в.
Gəncəli müdrik (roman)
Gəncəli müdrik — Əlisa Nicatın Mirzə Şəfi Vazehdən bəhs edən və ilk dəfə 1990-cı ildə çap edilmiş bioqrafik romanı. == Məzmun == Kitab azərbaycanlı mütəfəkkir, şair və tanınmış tarixi şəxsiyyətlərindən olan Mirzə Şəfi Vazehin həyatı və həyat mübarizəsi haqqındadır. == Nəşr və tərcümə == Roman ilk dəfə 1984-cü ildə kiril qrafikalı Azərbaycan əlifbası ilə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə ilk dəfə 2019-cu ildə Pergament Yayın Evində 334 səhifədə 100 tirajla çap edilib.
Cülyan-Müdri bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xəlvətdə qalmış müdrik (film, 2014)
Xəlvətdə qalmış müdrik — UNESCO-nun 2013-cü ili Azərbaycanın dahi şəxsiyyəti Seyid Yəhya Bakuvi ili elan etməsilə və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi çəkilmiş sənədli film. Film XIV əsrdə yaşamış azərbaycanlı övliya Seyid Yəhyanın həyatından bəhs edir. Filmi rejissoru azərbaycanlı rejissor Adil Azaydır. Seyid Yəhyanın həyatı və onun yaratdığı xəlvətilik sufi təriqəti haqqında çəkilən sənədli filmin premyerası 2014-cü ilin oktyabr ayında baş tutmuşdur.
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.
Madrid
Madrid — Pireney yarımadasında şəhər, İspaniyanın paytaxtı (1607-ci ildən). Əhalisi 3 228 000 nəfər (2005). İstanbul, London, Berlin və Parisdən sonra Avropada əhali sıxlığına görə beşinci yerdə olan şəhərdir.Şəhər,dünya futbolunun ən populyar və ən titullu futbol klubu olan futbol nəhəngi Real Madrid FK-in evidir. Əməvi fəthləri zamanı şəhər Məcrid (مجريط‎) adı ilə tanınırdı. == Coğrafiyası və iqlimi == Madrid İspaniyanın mərkəzində dəniz səviyyəsindən 667 m hündürlükdə yerləşir. Şəhərdən tarixi Kastiliya regionuna aid olan kiçik Mansanares çayı axır. Zəngin tarixi mirası ilə yanaşı canlı bir mədəniyyət və sənət mərkəzi olaraq da əhəmiyyət daşıyır. İnkişafı və ölkə iqtisadiyyatında böyük bir rol qazanması yaxın tarixdə baş vermişdir. Madrid Avropanın ən yüksək temperatura malik paytaxtlarından biridir. Yüksək mövqeyi və hava kütlələrinin təsirinə açıq olması səbəbiylə ani istilik dəyişiklikləri sıx görülür.
Mullit
Mullit — mineral, Al4[6]Al4[4][O3(O0,5OHF)ïSi3AlO16]. Qatışıqları: Fe3+, Ti. Mullit - rombik. Habitus prizmatik. Ayrılması {010} üzrə orta. Rəngi rəngsiz, bənövşəyi, qırmızı. Sərtliyi 6. Xüsusi çəkisi 3,03. Lavalar içərisində olan fillit və gil süxurların ksenolitlərində, şlaklarda və odadavamlı məmu­lat­larda rast gəlinir. Geologiya terminlərinin izahlı lüğəti.
Müdrisə
Müdürsə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Müdürsə çayının sağ sahilində yerləşir. Kəndin əhalisi 138 nəfərdir ki onunda 59 nəfəri kişi, 79 nəfəri qadındır.. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 7 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdürsə çayı boyunca 6 km yolu atla və ya piyada getmək olar.Turizm və yay istirahəti üçün əlverişlidir.Elecədə unikal coğrafi mövqeyi, buz kimi şirin su ehtiyatı, kurort turizm relyefli sıx meşələri regiondakı digər yaşayış məntəqələrindən xüsusilə fərqlənir.
Müşrik
Şirk (ərəb. شرك‎) — Allaha şərik qoşmaq. Ümumiyyətlə şirk tövhidin ziddidir. Şirkin böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran ayələri və hədislər mövcuddur. "Loğmаn öz oğlunа nəsihət edəndə belə dedi: "Oğlum, Allаhа şərik qoşmа. Çünki şirk böyük zülmdür". Başqa bir ayədə buyurulur: "...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" Nəql olunan hədislərdə şikin ən aşağı səviyyəsi nədir də bəyan olunur: "Şirkin ən аşаğı dərəcəsi budur ki, insаn meyvə çərdəyinə "bu bir xırdа dаş pаrçаsıdır", dаş pаrçаsınа dа "bu bir çərdəydir" desin. Sonrа dа, özünün bu sözünə inаnsın və ondаn dönməsin.", yaxud "Şirkin ən aşağı səviyyəsi öz rəyinə, əqidəsinə bidət gətirən, sonrа dа onа xаtir sevən və düşmənçilik edən şəxsdir". Bəzən insan şirk etdiyindən xəbərsiz olur, bu da elmsizliyindən qaynaqlanır.
Qüdrət
Qüdrət — güclü, nüfuzlu, ədalətli olmaq. Ümumiyyətlə təsəvvür ediləcək hər bir hərəkətə qüdrət deyilir. Qüdrət, nüfuz ya bir insanın üzərində ola bilər, ya da qruplar və dövlətlər üzərində. Qüdrətin siyasi mənası isə fərdin dövlətin qanunları və orqanları qarşısında təslimiyyətidir. Bəzi sosioloqlar qüdrəti bu cür də məna edirlər: "Qüdrət bir fərdin və cəmin başqaları üzərində olan iqtidarı və gücüdür". Burdan belə bir nəticə çıxarmaq olar ki, qüdrət diktatoraluq, zalım olmaq demək deyil, qüdrət yəni güclü, nüfuzlu, ədalətli olmaqdır. Qüdrət vasitəsilə insanlar cəmiyyətin idarəçiliyini tənzimləyə bilirlər.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Murut
Üçbulaq (əvvəlki adı: Murut) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Zurnabad kənd inzibati-ərazi vahidi tərkibindəki Murut kəndi Üçbulaq kəndi adlandırılmış və Aşıqlı kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Kənd dağlıq ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 211 nəfər əhali yaşayır.
ESME Sudria
ESME Sudria (École spéciale de mécanique et d'électricité və ya ESME kimi də tanınır) Fransanın ən tarixi mühəndislik məktəblərindən biridir. Paris, Bordo, Lil və Lion bölgəsində İvri-sür-Seyndə yerləşən bu məktəb "Grande Ecole" statusuna malikdir. O, həmçinin Conférence des Grandes Écoles və IONIS Təhsil Qrupunun üzvüdür və əsasən şirkətlərdə işləmək üçün nəzərdə tutulmuş yüksək səviyyəli ümumi mühəndislər hazırlayır.
Erigeron muirii
Erigeron muirii (lat. Erigeron muirii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Luka Modriç
Luka Modriç (9 sentyabr 1985[…], Zadar) — Xorvatiya milli futbol komandasının və Real Madridin yarımmüdafiəçi. == Həyatı == Luka Modriç 9 sentyabr 1985-ci ildə Xorvatiyada doğulub . Real Madridə 2012 -ci ildə Tottenhem Hotspurdan 35 miliyona 5 illik müqavilə bağlanıb . Bu il Real Madrid FK ilə müqaviləni uzatmasa gələn ildən yenidən Tottenhem Hotspur Fitbol kulubunda oynayacaq . Modriç 1 metr 74 santimetr boya malikdir . Real Madriddə 19 nömrə altında çıxış edir . == Kariyerası == === Dinamo Zaqreb === Kulub Karyerasına Xorvatiyanın Dinamo Zaqreb Futbol Kulubunda 2007-ci ildə ildə başlayıb . Və burada 94 oyuna çıxraq 23 ədəd qol vurmuşdur . === Totenhem Hausbur === 2008-ci ildə Tottenhem Hotspur kulubu ilə o , 2 illik müqavilə imzalyır .Burada 127 oyuna çıxaraq 13 qol vurur. === Real Madrid === 2012-ci il 27 Avqust tarixində İsbaniyanın Real Madrid kulubu onu Tottenhem Hotspurdan 35 miliyona transver edir müqavilə 5 illik idi .
Madrid birjası
Madrid birjası — (isp. Bolsa de Madrid səhmlər və konvertasiya edilə bilən istiqrazlar və sabit gəlirli qiymətli kağızlar, həm dövlət, həm də özəl sektor borcları satan İspaniyanın dörd regional birjasının ən böyük və ən beynəlxalq (digərləri Barselona, Valensiya və Bilbaoda yerləşir). Bolsa de Madrid Bolsas y Mercados Españoles şirkətinə məxsusdur. == Quruluşu və əməliyyatları == İspaniya Fond Birjasının milli çətiri altında İspaniyanın maliyyə bazarının yenidən qurulmasına bolsas, törəmə bazarlar və sabit gəlir bazarları daxildir. Ticarət, əməliyyatların 90% -dən çoxunu həyata keçirən elektron İspan Birja Birliyi Sistemi (SIBE) ilə əlaqələndirilir; sabit gəlirli bütün aktivlər SIBE vasitəsi ilə satılır. == Tarixi == Bolsa de Madrid rəsmi olaraq 1831-ci ildə qurulub. 1993-cü ildə Bolsa de Madrid sabit gəlirli qiymətli kağızlar üçün bütün elektron ticarətə keçdi. İspaniya qanunvericiliyinin tələb etdiyi kimi, İspaniya Krallığının qanunlarına əsasən təşkil edilmiş bir şirkət olan Sociedad Rectora de la Bolsa de Valores de Madrid S. A. tərəfindən idarə olunur və idarə olunur. Madrid Fond Birjasının üzvlüyü 41 iri maliyyə qurumundan və qurulmuş 12 qiymətli dilerdən ibarətdir. 31 dekabr 2001-ci il tarixində təxminən 1477 yerli və xarici şirkət səhm qiymətli kağızlarını Madrid Birjasında siyahıya aldı.
Madrid derbisi
Madrid derbisi (isp. El Derbi Madrileño) — İspaniyanın Madrid şəhərini təmsil edən Real Madrid və Atletiko Madrid klubları arasında oynanan, gərgin rəqabət şəraitində keçirilən futbol matçlarına verilən addır. Bu iki əzəli rəqib arasında baş tutan derbi əvvəllər yalnız İspaniya peşəkar futbol yüksək liqası çərçivəsində idi, lakin artıq son dövrlərdə derbi anlayışı ümumiləşdirilib və iki klub arasında (UEFA Çempionlar Liqası, Kral Kuboku, İspaniya Superkuboku və s. turnirlər) hər matçı əhatə edir. İki klub 2014-cü ildə UEFA Çempionlar Liqasının Finalı üçün Lissabonda qarşılaşdı və bununla ilk dəfə eyni şəhərin iki klubu final matçında oynadı. 2016-cı ildə Milanda keçirilən UEFA Çempionlar Liqasının Finalında Real Madridin iki il əvvəl olduğu kimi qalib gəldiyi ikinci qarşılaşmadan sonra, klublar 2018-ci ildə UEFA Super Kubokunda da qarşılaşdılar. Bu dəfə isə əsas vaxtın heç-heçə bitdiyi qarşılaşmada əlavə vaxtda Atletiko qalib gəldi. == Tarixi == İki klub arasında rəqabət XX əsrin əvvəllərində başladı. İspaniyan paytaxtının ən güclü klubu olan Madrid Futbol Klubu (1902-ci ildə təsis edilib) şəhərin ən yaxşı kiçik klublarının birləşmə və satınalmalarını davam etdirdi. Eyni zamanda Madrid FK rəqabət apardığı klubların ən yaxşı oyunçularını da heyətinə cəlb etdi, bu da Ağlara qarşı mübarizə apara bilməyən klubları sıradan çıxardı.
Madrid prinsipləri
Madrid prinsipləri — Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. == Geri qaytarılması nəzərdə tutulan rayonlar == Madrid prinsiplərinə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayon geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakı şəkildə sıralanmışdır: Ağdam rayonu Füzuli rayonu Cəbrayıl rayonu Zəngilan rayonu Qubadlı rayonu Laçın rayonunun 13 kəndi. Bundan sonra regionda bütün kommunikasiyalar açılacaq, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçiriləcək. Regionda sülhməramlı müşahidəçilər yerləşdiriləcək, evlərinə qayıdan köçkünlərin təhlükəsizliyi təmin ediləcək. Növbəti mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Dağlıq Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın hüquqi statusu müəyyən edilir.
Madrid şəhəri
Madrid — Pireney yarımadasında şəhər, İspaniyanın paytaxtı (1607-ci ildən). Əhalisi 3 228 000 nəfər (2005). İstanbul, London, Berlin və Parisdən sonra Avropada əhali sıxlığına görə beşinci yerdə olan şəhərdir.Şəhər,dünya futbolunun ən populyar və ən titullu futbol klubu olan futbol nəhəngi Real Madrid FK-in evidir. Əməvi fəthləri zamanı şəhər Məcrid (مجريط‎) adı ilə tanınırdı. == Coğrafiyası və iqlimi == Madrid İspaniyanın mərkəzində dəniz səviyyəsindən 667 m hündürlükdə yerləşir. Şəhərdən tarixi Kastiliya regionuna aid olan kiçik Mansanares çayı axır. Zəngin tarixi mirası ilə yanaşı canlı bir mədəniyyət və sənət mərkəzi olaraq da əhəmiyyət daşıyır. İnkişafı və ölkə iqtisadiyyatında böyük bir rol qazanması yaxın tarixdə baş vermişdir. Madrid Avropanın ən yüksək temperatura malik paytaxtlarından biridir. Yüksək mövqeyi və hava kütlələrinin təsirinə açıq olması səbəbiylə ani istilik dəyişiklikləri sıx görülür.
Mikrit əhəngdaşları
Mikrit əhəngdaşları (mikritlər) - çox incə dənəli (3,5–4) əhəngdaşları. Mikrit əhəngdaşları beş genetik tipə ayrılır (Flugel, 1967): hemogen, biohemogen (yosunların təsiri ilə karbonatlı maddənin iynəvari formalar şəklində biokimyəvi çökməsi), kokkolitli, foraminiferli və qırıntılı (kalsit qabıqların pozulma məhsulu). Əhəngdaşı Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Mudros müqaviləsi
Mudros müqaviləsi – 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi "HMS Agamemnon" gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir. Birinci Dünya müharibəsi davam edərkən, 1918-ci ilin yay aylarında Osmanlı dövləti və müttəfiqləri Almaniya, Avstriya-Macarıstan İmperiyası və Bolqarıstan, döyüş cəbhələrində ağır məğlubiyyətlərə uğrayaraq böyük torpaq sahələri itirmişdilər. Bolqarıstan 15 sentyabrda Makedoniya cəbhəsində faciəvi bir məğlubiyyətə uğradı və Antanta Dövlətləri ilə 29 sentyabrda barışıq imzaladı. Beləliklə, Osmanlı Dövlətinin, müttəfiqləri ilə qurudan əlaqəsi kəsilmiş oldu. Cənub cəbhəsinin süqutu nəticəsində işğal təhlükəsi ilə üz-üzə qalan Avstriya-Macarıstan imperiyası da 5 oktyabrda İtaliyada qalib dövlətlərlə barışıq imzaladı. Almaniya isə 11 noyabrda Fransada barışığa imza atdı. Müharibənin sona çatmasının hiss olunduğu bir dövrdə, Ənvər paşa Şərq Orduları qrupu Komandanı Xəlil paşaya göndərdiyi məxsusi əmrdə belə deyirdi: "Mövcud vəziyyətdəki dəyişiklik səbəbi ilə, ehtimal ki, bizdən sonra gələcək kabinet, Azərbaycan və Şimali Qafqazın boşaldılması şərtini qəbul edəcək və yerinə yetirəcək. Əvvəlcə yazdığım kimi, Nuru (Nuru paşa), orada özü ilə işləmək üçün qalacaq zabit, serjant və birlikləri, indidən elə hazırlasın ki, boşaltma əmrindən sonra da fasiləsiz çalışmaq üçün qala bilsin." Müharibə boyunca Osmanlı Dövlətini sövq və idarə edən, orduları istiqamətləndirən İttihad və Tərəqqi Partiyası və hökumət başçıları Tələt, Ənvər və Cəmil paşalar, müharibənin gedişatından ümidlərini kəsmişdilər.
Qudriç qəsri
Qudriç qəsri — İngiltərədə orta əsrlərdə normanlar tərəfindən tikilmiş qəsr. Qəsr İngiltərədə, Herefordşirdəki Qudriç kəndində yerləşir. Vaxtilə Monmut və Ros-on-Vye bölgələri arasından açar yer olub. Qəsri Mepstonlu Qodrik saldırıb. Tarixçi Adrian Pettifer qeyd eləmişdi ki, bu qəsr İngiltərənin ən gözəl qəsridir və İngiltərə hərb memarlığının gözəl nümunəsidir. Qudriç qəsri güman ki, Normanların İngiltərəni işğal etməsindən sonra taxta materialdan tikilib. Sonra qəsrin orjinalı XII əsrin ortalarında daşdan istifadə olunaraq tikildi. XIII əsr boyunca qəsr əhəmiyyətli dərəcədə genişlədi və böyüdü. Qudriç qəsrinin dizaynı və quruluşu illərcə İngiltərənin bir çox tikilisində istifadə olundu. Tüdorlar sülaləsinin qəsrdən istifadə etməsindən əvvəl buranı dövrün güclü və nüfuzlu ailəsi olan Talbot ailəsi iqamətgah kimi seçmişdi.