Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brit mükfatı
Brit mükafatları — Britaniya Fonoqrafiya Sənayesi tərəfindən hər il təqdim edilən musiqi mükafatları. Adı "British", "Britain" və ya "Britannia"dan götürülüb, ona görə ki, mükafatlar Britannia Musiqi Klubu tərəfindən maliyyələşdirilirdi. Lakin, zaman keçdikcə ad yeni bir məna qazanıb və "British Record Industry Trusts Show"u təmsil etmək üçün istifadə edilən bakronimə çevrilib. İlk mükafat mərasimi 1977-ci il Kraliçanın Gümüş yubileyini və "Thames Television" tərəfindən televiziya ilə yayımlanan "British Rekord İndustry Britannia Awards" idi. Bu günə qədər 37 nəşr mövcuddur. 1988 BPI Mükafatları, canlı televiziyada yayımlanacaq mərasimlərin birincisi idi. BBC 1985-ci ildə 1982-ci ildən 1984-cü ilə qədər nümayişləri televiziya ilə yayımlamadan əvvəl mərasim yayımlamışdı. BBC, BRİT Mükafatlarının adını 1989-cu ildə canlı yayımlamış və 1990-cı ildən 1992-ci ilədək əvvəlcədən qeydiyyatdan keçmişdir. ITV 1993-cü ildən etibarən mükafatları yayımlayıb. BBC Radio 1 2008-ci ildən etibarən radio yayımı təmin etdi.
Tükvari qamçılıca
Tükvari qamçılıca (Anogramma leptophylla (L.) Link) — qıjılar sinfinə aid bitki növüdür. Elmi adı : Anogramma leptopyylla (L.) Link IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1 ab(i, ii, iii, iv)+2ab(i, ii, iii, iv). Azərbaycanın nadir növüdür. Birillik bitkidir, 5-20 sm hündürlükdədir. Steril yarpaqları qısa, saplaqlı, böyrəkvari; seqmentləri yelpiy şəkillidir; fertil yarpaqları oval-lansetvari, saplağı qırmızı-qonur, uzun; ikinci sıra seqmentləri pazvari tərc-oval şəkillidir; bəzən bir bitkidə bütövlükdə yarpaqların fertil olması müşahidə olunur; sporların üçşüalıdır. Sporlarla çoxalır, sporların yetişmə dövrü may-iyun aylarına təsadüf edir. Aşağı və orta dağlıq qurşağın kölgəli meşə formasiyalarında və qaya çatlarında bitir. Petrofitdir. Dekorativ bitkidir. Abşeron (Puta stansiyasından 6 km şimal-qərbə doğru, Korgöz dağının qərb yamacında (qaya çatlarında); Lənkəran ovalığı (Nisyaku dağı, Alekseyevka kəndi, əkin sahəsinin kənarları; Astara rayonu, Pensər kəndinin ətrafı).
Tükvari sümürgə
Tükvari sümürgə (lat. Asplenium trichomanes) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. Asplenium melanocaulon Willd. Asplenium trichomanes subsp. trichomanes Chamaefilix trichomanes (L.) Farw.
Mukali qoyon Cəlayır
Mukali qoyon Cəlayır (1182–1223) — Monqol ulusunun sərkərdəsi, Çingiz xanın silahdaşı Böyük Monqol imperiyasının yaranması həm aristokratiya, həm də sıravi köçərilər içərisindən məşhur sərkərdələr və dövlət xadimləri olmuş istedadlı şəxsiyyətləri meydana çıxardı. Qəbilə tayfa münasibətlərini sındırıb "dövlət ailədən də üçtündür" ideyasını həyata keçirən kursu davam etdirən Çingiz xan onlara böyük səlahiyyətlər verdi. Dövləti qohumlar yox, silahdaşlar möhkmləndirdi. Monqolların dövlət quruluşunun əsasları "ürlüklər"-- funksional vəzifələrinə və mövqelerinə görə—nazirlər institutu tərəfindən qoyuldu. Ilkin tarixi mənbələrdə "Çingiz xanın doqquz ürlükləri"ndən birinci tərif olunanlarından Mukali-qoyon (Mukxoli, Qoa Muxulu, Muxuliday) daima xatırlanır. Onun yüksəlişinə — heç nə, — nə mənşəyi, nə hökmdarın ətrafında dünyanın yarısının cəmləşməsi təkan vermişdi. Silahdaşların nüvəsi o qədər xarici düşmənlərlə deyil, nə qədər daxili düşmənlə, o cümlədən qohumlarla amansız qanlı müharibələrdə formalaşmışdı. Bu vəziyyət Çingiz xanın andası (qan dostu) Van xanla birlikdə tatarlar üzərinə qalibiyyətli yürüş edən zaman curkinlər onun köçərilərinə basqın etmişdilər. Arxadan zərbə vuranlar amansızcasına cəzalandırıldı. Darmadağın edilmiş curkinlər düşərgəsində cəlairlər əyanlarının nümayəndələri də ələ keçirildi.