Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müşrik
Şirk (ərəb. شرك‎) — Allaha şərik qoşmaq. Ümumiyyətlə şirk tövhidin ziddidir. Şirkin böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran ayələri və hədislər mövcuddur. "Loğmаn öz oğlunа nəsihət edəndə belə dedi: "Oğlum, Allаhа şərik qoşmа. Çünki şirk böyük zülmdür".Başqa bir ayədə buyurulur: "...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"Nəql olunan hədislərdə şikin ən aşağı səviyyəsi nədir də bəyan olunur: "Şirkin ən аşаğı dərəcəsi budur ki, insаn meyvə çərdəyinə "bu bir xırdа dаş pаrçаsıdır", dаş pаrçаsınа dа "bu bir çərdəydir" desin. Sonrа dа, özünün bu sözünə inаnsın və ondаn dönməsin.", yaxud "Şirkin ən aşağı səviyyəsi öz rəyinə, əqidəsinə bidət gətirən, sonrа dа onа xаtir sevən və düşmənçilik edən şəxsdir".Bəzən insan şirk etdiyindən xəbərsiz olur, bu da elmsizliyindən qaynaqlanır. Bu cür şirk gizli şirk adlanır. Bu barədə Quranda buyurulur: "Və onlаrın əksəriyyəti Allаhа imаn gətirsələr də, Onа şərik qoşаrlаr"..
Modest Musorqski
Modest Petroviç Musorqski (rus. Модест Петрович Мусоргский; 9 (21) mart 1839, Karayevo[d], Toropets qəzası[d], Pskov quberniyası[d], Rusiya imperiyası – 16 (28) mart 1881[…], Sankt-Peterburq[…]) — rus bəstəkarı. == Həyatı == Modest Petroviç Musorqski rus bəstəkarıdır. Və bir musiqiçi kimi də, vətəndaş kimi də milli mənsubiyyətini, doğma vətəninə sədaqətini öz fəaliyyəti, yaradıcılığı ilə dönə-dönə təsdiqləmiş bəstəkardır. Lakin yaradıcı bir şəxsiyyət, novator musiqiçi kimi Musorqskinin nailiyyətləri bu milli mədəniyyətin hüdudlarını çoxdan adlayaraq, aid olduğu zaman çərçivəsini də aşmış, ümumdünya mədəniyyətinin mənəvi sərvətləri sırasına daxil olmuşdur. Görkəmli bəstəkar G. Sviridovun təbirincə, "Lev Tolstoyun öz povesti barədə söylədiyini Musorqskiyə aid edərək deyə bilərik ki, onun əsərlərinin qəhrəmanı - həqiqətdir". Bu haqqı, ədaləti, çox zaman acı olan həqiqəti üzə çıxarmaqla dövrünün bir çox suallarına cavab tapmaq istəyən Musorqski öz axtarışlarında tək deyildi. 19-cu əsrin ikinci yarısında yaradıcılıq meydanına çıxaraq, rus mədəniyyətinə "altmışıncılar" kimi daxil olmuş bir çox mütərəqqi ziyalılar kimi, o da xalqı, vətəni qarşısında tarixi missiyasını yaxşı başa düşür və tarixinin faciəvi səhifələrini yaşayan millətinin dadına yetmək arzusuyla çarpışırdı. Qlinka ənənələrini yaşadan "Qüdrətli dəstə"nin digər üzvləri kimi, Musorqski də xəlqilik prinsipinə sədaqətini bütün yaradıcılığı ilə dönə-dönə təsdiqləyərək, böyük rus klassikinin davamçısı kimi çıxış edirdi. Lakin bunun həyata keçirilməsində öz həmfikirlərindən fərqli mövqedə qərar tutaraq, xəlqiliyi, dəstəçi məsləkdaşlarının yönəlmədiyi başqa bir səmtdə arayır, öz yolu ilə gerçəkləşdirməyə çalışırdı.