Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Medovka
Medovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Zubovka
Şirvan (əvvəlki adları Zubovka (1938-ci ilədək); Əli-Bayramlı (1938–2008)) — Azərbaycanda şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 594-IIIQ saylı Qərarı ilə şəhər Şirvan adlandırılmışdır. Şirvan 1938–1954-cü illərdə qəsəbə, 28 iyul 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. Onun ərazisi 72.7 km², əhalisinin sayı 87946 nəfər, əhalinin sıxlığı isə hər 1 kv. km-də 2457 nəfər təşkil edir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Şəhər əhalisinin 98,5%-ni azərbaycanlılar, yerdə qalanlarını isə ruslar, ukraynalılar, tatarlar, türklər və digər xalqların nümayəndələri təşkil edir. == Tarixi == Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır.
Yeni Qurovka (Avurğazı)
Yeni Qurovka (başq. Яңы Гуровка, rus. Новогуровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Terəpə): 1 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Bağdada putyovka var... (film, 2000)
Bağdada putyovka var... tammetrajlı televiziya film-tamaşası rejissor Məhərrəm Bədirzadə tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film-tamaşanın qəhrəmanı Qürbət sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım isə pul düşkünü bir qadındır. Onlar yeni mənzilə köçürlər. Lakin bu mənzilin keçmiş sakini olan Əzizov familiyalı naməlum şəxsə naməlum adamlar hədiyyələr, paylar gətirməyə başlayırlar və hadisələrin məcrası bundan sonra dəyişir. Əsas rolları Naibə Allahverdiyeva, Valeh Kərimov, Yasin Qarayev, Gülşən Qurbanova, Məsmə Aslanqızı, Tofiq Hüseynov və Kübra Dadaşova ifa edirlər. == Məzmun == Film-tamaşanın qəhrəmanı Qürbət (Valeh Kərimov) sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım (Naibə Allahverdiyeva) isə pul düşkünü bir qadındır.