Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eucenio Beltrami
Eucenio Beltrami (ing. Eugenio Beltrami; d.16 noyabr, 1835, Kremona – ö.4 iyun, 1899, Roma) — İtaliya riyaziyyatçısı, Lobaçevski həndəsəsinin psevdosfera adlanan üst qatda realizə olunmasını göstərmişdir.
Eucenio Montale
Eucenio Montale (it. Eugenio Montale; 12 oktyabr 1896[…], Genuya – 12 sentyabr 1981[…], Milan)) — italyan şair, nasir, ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1975), ömürlük senator. == Həyatı == Eucenio Montale Genuya şəhərində varlı kommersant ailəsində doğulmuşdur. Valideynlərinin istəyinə rəğmən ailə ənənəsini davam etdirməmişdi. Kiçik yaşlarından poeziya və musiqiyə həvəsi ilə seçilmişdi. İtalyan və fransız klassiklərinin yaradıclığı, xüsusən də Şopenhauer, Kroçe və Berqsonun fəlsəfi irsi ilə maraqlandmışdı. Ali təhsili yox idi. Birinci Dünya müharibəsi zamanı səfərbərliyə alınmış, Avstriyada gedən döyüşlərdə iştirak etmişdi. Ədəbi yaradıcılığa 20-ci illərin ortalarında tənqidçi kimi başlamışdır. İlk məqalələri Genuyadakı qəzet və jurnallarda çap olunmuşdu.
Əl-Müsənnə (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Bizim küçənin oğlanları (film, 1973)
Bizim küçənin oğlanları tammetrajlı bədii filmi rejissor Tofiq İsmayılov tərəfindən 1973-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Əsas rolları Ənvər Həsənov, Sədaqət Dadaşova, Salam İsmayıl, Ömür Nağıyev, Nəsibə Zeynalova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Məlik Dadaşov və Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Bizim küçə... Doğrudan da nəinki yaşadığımız küçəyə, hətta həyətə diqqətlə nəzər salsaq, müxtəlif və maraqlı hadisələrin şahidi olarıq. Ona görə də filmdəki qəhrəmanlar doğmadır, hadisələr tanışdır. Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Burada orta məktəbi bitirib, həyatda öz yerini tapmağa çalışan kənd cavanlarından söhbət gedir. == Rollarda == Ənvər Həsənov — Arif Sədaqət Dadaşova — Elmira Salam İsmayıl (Salam İsmayılov kimi) — Tofiq Ömür Nağıyev — Rasim Nəsibə Zeynalova — Səriyyə xala Əliağa Ağayev — Mehdi Ağasadıq Gəraybəyli — Rüstəm kişi Məlik Dadaşov — Əbdül Şahmar Ələkbərov — İbrahim Tariyel Qasımov — Əliş Zemfira İsmayılova — Gülyaz Leyla Bədirbəyli — Leyla Sofa Bəsirzadə — Sona Ramiz Əzizbəyli - Məhəllə sakini Filmi səsləndirənlər: Rasim Balayev — İbrahim (Şahmar Ələkbərov)(titrlərdə yoxdur) Səməndər Rzayev - Əbdül (Məlik Dadaşov ) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli - Tofiq (Salam İsmayıl ) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл.