Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anjero-Sucensk
Anjero-Sucensk – Rusiya Federasiyasının Kemerovo vilayətində şəhər (1931-ci ildən). Əhalisi 85,6 min (2004). Dəmiryol stansiyası (Anjerskaya). 1897-ci ildə salınmışdır. Kuzbasın iri kömür sənayesi mərkəzidir. Maşınqayırma, traktor mühərrikləri, dağ-mədən avadanlıqları, kimya-əczaçılıq, şüşə, dəmir-beton məmulatları, yüngül və yeyinti sənayesi müəssisələri, muzey var.
Autenik mətn
Autenik mətn — Hansısa bir sənədin orijinal mətni. Beynəlxalq hüquqda beynəlxalq müqavilənin mətninin qəbul olunmasına prosesi autenik mətnin müəyyən edilməsi adlanır.
Busənik (Qəzvin)
Busənik — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Eyniadlı şəhristanının Ziyaabad bölgəsinin Qaqazan kəndistanında, Ziyadabad qəsəbəsindən 42 km. şimaldadır.
Eucenio Beltrami
Eucenio Beltrami (ing. Eugenio Beltrami; d.16 noyabr, 1835, Kremona – ö.4 iyun, 1899, Roma) — İtaliya riyaziyyatçısı, Lobaçevski həndəsəsinin psevdosfera adlanan üst qatda realizə olunmasını göstərmişdir.
Eucenio Montale
Eucenio Montale (it. Eugenio Montale; 12 oktyabr 1896[…], Genuya – 12 sentyabr 1981[…], Milan)) — italyan şair, nasir, ədəbi tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1975), ömürlük senator. == Həyatı == Eucenio Montale Genuya şəhərində varlı kommersant ailəsində doğulmuşdur. Valideynlərinin istəyinə baxmayaraq ailə ənənəsini davam etdirməmişdi. Kiçik yaşlarından poeziya və musiqiyə həvəsi ilə seçilmişdi. İtalyan və fransız klassiklərinin yaradıclığı, xüsusən də Şopenhauer, Kroçe və Berqsonun fəlsəfi irsi ilə maraqlandmışdı. Ali təhsili yox idi. Birinci Dünya müharibəsi zamanı səfərbərliyə alınmış, Avstriyada gedən döyüşlərdə iştirak etmişdi. Ədəbi yaradıcılığa 20-ci illərin ortalarında tənqidçi kimi başlamışdır. İlk məqalələri Genuyadakı qəzet və jurnallarda çap olunmuşdu.
Bizim küçənin oğlanları (film, 1973)
Bizim küçənin oğlanları tammetrajlı bədii filmi rejissor Tofiq İsmayılov tərəfindən 1973-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Əsas rolları Ənvər Həsənov, Sədaqət Dadaşova, Salam İsmayıl, Ömür Nağıyev, Nəsibə Zeynalova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Məlik Dadaşov və Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Bizim küçə... Doğrudan da nəinki yaşadığımız küçəyə, hətta həyətə diqqətlə nəzər salsaq, müxtəlif və maraqlı hadisələrin şahidi olarıq. Ona görə də filmdəki qəhrəmanlar doğmadır, hadisələr tanışdır. Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Burada orta məktəbi bitirib, həyatda öz yerini tapmağa çalışan kənd cavanlarından söhbət gedir. == Rollarda == Ənvər Həsənov — Arif Sədaqət Dadaşova — Elmira Salam İsmayıl (Salam İsmayılov kimi) — Tofiq Ömür Nağıyev — Rasim Nəsibə Zeynalova — Səriyyə xala Əliağa Ağayev — Mehdi Ağasadıq Gəraybəyli — Rüstəm kişi Məlik Dadaşov — Əbdül Şahmar Ələkbərov — İbrahim Tariyel Qasımov — Əliş Zemfira İsmayılova — Gülyaz Leyla Bədirbəyli — Leyla Sofa Bəsirzadə — Sona Ramiz Əzizbəyli - Məhəllə sakini Filmi səsləndirənlər: Rasim Balayev — İbrahim (Şahmar Ələkbərov)(titrlərdə yoxdur) Səməndər Rzayev - Əbdül (Məlik Dadaşov ) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli - Tofiq (Salam İsmayıl ) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
Joze Puçnik adına Beynəlxalq Hava Limanı
Joze Puçnik adına Beynəlxalq Hava Limanı — (Sloven. Letališče Jožeta Pučnika Ljubljana) Sloveniyanın paytaxtı Lyublyana şəhərində yerləşir. Brnik kəndi yaxınlığında yerləşdiyindən əvvəlki adı Brnik hava Limanı olmuşdur. Sloveniyanın ən iri milli havayolu şirkəti olan Adria Airways üçün əsas hava limanıdır. == Tarixi == Aeroport rəsmi olaraq 1963-cü il dekabrda fəaliyyətə başlamış və 1933-cü ildən fəaliyyət göstərən Pole hava limanı ilə əvəzlənmişdir. 1964-cü ilin yanvar ayında Brnik hava limanından müntəzəm uçuşlar başlayır. 1991-ci il iyunun 27-də Sloveniyanın Yuqoslaviyadan müstəqillik qazandığı gündən 2 gün sonra, Yuqoslaviya ordusu ölkədə hərbi əməliyyatlara başladı. Müharibənin 1-ci günü hava limanı bombalanmışdı. Növbəti gün, iyunun 28-də, Avstriya və Almaniyadan gələn iki jurnalist, Nikolas Vogel və Norbert Verner, aeroport yaxınlığında idarə etdikləri avtomobildə raketlə vurularaq öldürülmüşdü. Dörd Adria Airways təyyarəsi də Yuqoslav Hava Qüvvələrinin hücumu zamanı ciddi ziyan gördü.