Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moskovski nablüdatel
Moskovski nablüdatel (rus. Московский наблюдатель) — 1835—1839-cu illərdə Moskvada nəşr olunan tarix və ədəbiyyat jurnalı. Ayda 2 dəfə nəşr olunurdu. Jurnalın ilk redaktoru statistika alimi və siyasi iqtisadçı Vasili Androsov idi. Jurnalın aparıcı ədəbi tənqidçisi Stepan Şevıryov idi. Aleksey Xomyakov, İvan Kireyevski, Vladimir Odoyevski və Yevgeni Baratınski jurnalın əsas əməkdaşları idilər.Moskovski nablüdatel slavyanpərəstlik mövqeyi ilə çıxış edirdi. Jurnal ədəbiyyatın "ticarət" istiqamətini, xüsusən "Oxuma üçün kitabxana" nəşrini tənqid edirdi. 1836-cı ildə Vissarion Belinski "Teleskop" jurnalında "Moskovski nablüdatelinin tənqidi və ədəbi fikirləri haqqında" məqaləsini dərc etdi, bu da Teleskop və Moskovski nablüdatel arasında qızğın mübahisənin yaranmasına bir bəhanə oldu. Jurnal oxucular arasında o qədər də populyar deyildi. 1838-ci ildə "Moskovski nablüdatel" mətbəəçi N. S. Stepanov tərəfindən alındı, bundan sonra jurnal yönünü dəyişdi.