Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nanosnıy adası
Nanosnıy — Anju adaları qrupuna daxil olan və Şərqi Sibir dənizində yerləşən ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasından şimal-qərbdə bir necə km aralıda yerləşir. Adından da göründüyü kimi buzların qazıma fəaliyyəti məticəsində yaranmışdır. Qumlarla örtülmüşdür. Maksimal hündürlüyü 2 metrdir. Qeyri müəyyən formaya malikdir. Adada daimi yaşayış yoxdur.
Navesti çayı
Navesti — Estoniyanın cənub-qərbində 100 km (62 mil) uzunluğunda çay. Bu Pyarnuya axan ən böyük çaydır. Navestinin mənbəyi Yarvamaa rayonundakı İmavere kəninə yaxındır. Çay qərbdən axır və üç rayondan: Yarvamaa, Vilyandimaa və Pyanumaadan keçir. Navestinin hövzəsinin sahəsi 3,000 km2 (1,200 mil2), orta axın sürəti isə saniyədə 27.9 kub metrdir. Vırtsyavr gölünün Emajogi vasitəsilə Peypus gölünə axmasından əvvəl Navesti çayının mənsəbi Vırtsyavr gölü idi. Navestidə 18 növə qədər balıq mövcuddur, bunlara çapaq, lota, Qafqaz enlibaşı, ide, xanı, adi durnabalığı, kumja, külmə və ruff daxildir.