Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nanosnıy adası
Nanosnıy — Anju adaları qrupuna daxil olan və Şərqi Sibir dənizində yerləşən ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasından şimal-qərbdə bir necə km aralıda yerləşir. Adından da göründüyü kimi buzların qazıma fəaliyyəti məticəsində yaranmışdır. Qumlarla örtülmüşdür. Maksimal hündürlüyü 2 metrdir. Qeyri müəyyən formaya malikdir. Adada daimi yaşayış yoxdur.
Naqolnaya çayı
Naqolnaya çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Polnaya çayının sağ qolunu təşkil edir. Üstəlik ona tökülən ikinci böyük çaydır. Çayın uzunluğu 44 km, hövzəsinin sahəsi isə 316 km² təşkil edir. Çayın mənbəyi 190 metr yüksəkliyə malikdir. Naqolnaya çayı başlanğıcını Rostov vilayətinin Çertkov rayonu, Kamennaya Balka xutoru yaxınlığından başlayır. Mənbəyinin hündürlüyü 190 metrdir. Daimi axar Karpovka xutorundan başlayır. İlk əvvəl cənub-qərbə idtiqamətlənir. Pettrovski xutoru yaxınlığından isə cənuba istiqamətlənir.
Nikita Naqornı
Nikita Vladimiroviç Naqornı (12 fevral 1997, Rostov-na-Donu) — Rusiya gimnastı. Üçqat dünya çempionu(2019), altıqat Avropa çemponu (2015, 2016, 2018, 2019), 2016 Yay Olimpiya Oyunlarının mükafatçısı.Rusiyanın əməkdar idman ustası. Beynəlxalq dərəcəli idman ustası. 12 fevral 1997-ci ildə Rostov na-Donuda doğulub. 2014-cü ildə yeniyetmələr arasında keçirilən Rusiya çempionatında Nikita çoxnövçülükdə bürünc medal qazandı. Bu ona Avropa Gənclər Çempionatına getməyə imkan verdi. 2015-ci ildə Rusiya çempionatında Nikita Moskva komandasının tərkibində bürünc medal qazandı. Bu nəticələrlə Nikita Monpelye şəhərində keçirilən Avropa çempionatına bilet qazandı. O 15.099 xal toplamaqla qızıl medal qazandı. 29 may 2016-cı ildə Berndə (İsveçrə) 2016 Avropa Çempionatında Nikita Naqornı komanda birinciliyində 15.566 xal toplayaraq Avropa çempionu oldu.