Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nakihət Xanım
Nakihət Xanım (və ya Nakihət Begüm), Səfəvi şahı II Abbasın (1642–1666) çərkəz kökənli həyat yoldaşı. II Şah Abbasın varisi və ondan sonrakı Səfəvi şahı Şah Süleyman Səfəvinin anasıdır. İlk əvvəllər Səfəvi sarayında kəniz olmuş, sonradan kəbinli həyat yoldaşı və şahın əsas arvadı olmuşdur. Şah ailəsinin digər qadınları kimi, ölümündən sonra İraqdakı Şiə müqəddəs türbələrində dəfn edilmişdir. Bu yerlər 1639-cu il, Qəsri-Şirin sülh müqaviləsi imzalanan zamandan formal olaraq Osmanlı dövlətinə tabe idi. Bierbrier, Morris. "The Descendants of Theodora Comnena of Trebizond". The Genealogist. 12 (1). 1998.
Nahapet Kuçak
Nahapet Kuçak (erm. Նահապետ Քուչակ; bilinmir – təq. 1592) — erməni şairi. Həyatı haqqında məlumat yoxdur. Ehtimallara görə, Van gölü yaxınlıqlarında, Xaraqonis kəndində (indiki Qaragündüz) anadan olmuşdur. Rübai janrında (hayren) yazmışdır. Ədəbi irsində əsas yer tutan aşiqanə şeirlərində real, azad məhəbbət tərənnüm olunur. Şeirlərinə orta əsr ehkamlarına, sosial ədalətsizlik əleyhinə çıxmış, xalqın iztirablarını ("qəriblik" hayrenləri) ürək ağrısı ilə təsvir etmişdir.
Nakiyə Elgün
Nakiyə Elgün (1882, Rumelifeneri[d] – 23 mart 1954, İstanbul) — türk siyasətçi və pedaqoq. O, Osmanlı dövrünün sonu və Türkiyə Cümhuriyyətinin ilk illərində qızların təhsilə cəlb edilməsinni təbliğ edən ilk maarifçilərdən biri olub. Elgün Osmanlı qadın hərəkatının üzvlərindən idi və 1930-cu ildə İstanbul Bələdiyyə Məclisinin ilk qadın üzvü olmaqla Cümhuriyyət dövrünün siyasi hüquqlar əldə edən ilk qadınlarından biri olmuşur. O 1934-cü ildə Türkiyə Böyük Millət Məclisində Ərzurumu üç dəfə təmsil etmiş və Türkiyə Cümhuriyyətinin ilk 18 qadın millət vəkilindən (deputat) biri olmuşdur. Nakiyə Elgün 1882-ci ildə İstanbulda anadan olub. 1901-ci ildə Qız müəllim məktəbini bitirmiş, 1911-ci ilə qədər həmin məktəbdə ədəbiyyat müəllimi kimi işləmişdir. Elgün 1911-ci ildə İkinci Məşrutiyyətdən sonra yeni açılmış İstanbul İnas Məktəbinə təyin olunub. İnas məktəbində işlədiyi müddətdə Osmanlı dövlətinin Maarif Nazirliyi ondan təhsil pillələrinin yenilənməsi ilə bağlı apardıqları işdə sistemə rəhbərlik edəcək layihə hazırlamağı xahiş etmişdir. Elgün fiziki mühitin təhsilə təsirini əsas göstərərək şagirdlərin elektriklə təchiz edilmiş və masaların üstü ağ rəngli örtüklə örtülmüş siniflərdə təhsil almasını təklif etmişdir. Lakin bu, Nazirlik tərəfindən "lyuks" kimi qiymətləndirilmiş və onun layihəsi rədd edilmişdir.
Sakiyet-Sidi-Yusifin bombalanması
Sakiyet-Sidi-Yusifin bombalanması – Fransa ordusu tərəfindən Əlcəzair müharibəsi çərçivəsində Tunisin Sakiyet-Sidi-Yusif kəndində 8 fevral 1958-ci ildə həyata keçirilmiş və 70-dən artıq insanın, o cümlədən 12 orta məktəb şagirdinin ölümünə, 148 nəfərin isə yaralanmasına səbəb olan hərbi əməliyyat. O vaxtdan bəri hər il fevralın 8-də Əlcəzair və Tunis bu hadisəni birgə qeyd edirlər. Əlcəzair müharibəsi davam edərkən, fransız ordusu müntəzəm olaraq Tunis sərhədindən hücumlara məruz qalırdı. Həmin dövrdə Tunis Əlcəzairə maddi-texniki dəstək verir və silah tranzitini təmin edir, həmçinin, Milli Qurtuluş Ordusunun (MQO) hərbçilərini qəbul edirdi. 1958-ci ildə Fransa ordusunun Əlcəzairdəki komandanlığı bu təzyiqə qarşı müqavimət göstərmək qərarına gəldi. Yanvarın 2-də sərhəddə atışma baş verdi, bu zaman MQO dörd fransız əsgərini əsir götürərək Kef bölgəsinə geri çəkilə bildi. Fransa Nazirlər Şurasının sədri Feliks Qayyar general Alber Buşaleyə Fransa-Tunis danışıqlarına yenidən başlamaq və neytrallıq öhdəliklərini xatırlatmaq məqsədilə prezident Həbib Burgibaya mesaj çatdırmağı tapşırdı. Burgiba 1954-cü ildə fellaqalarla döyüşmüş bu hərbçini qəbul etməkdən imtina etdi. Bundan sonra Qayyar qərargah rəisini göndərsə də, bu dəfə də nəticə əldə olunmadı. Burgiba mətbuata açıqlamasında bəyan etdi ki, Fransanın hərəkətləri davam edərsə, sərhədlərdə BMT alayının yerləşdirilməsini xahiş edəcək.