Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lazlo Raşoni
Lazlo Raşoni- (mac. László Rásonyi) (d. 22 yanvar 1899, Liptovski Mikulaş, ö. 4 may 1984, Budapeşt) Macar türkoloq. Qədim Türk tayfaları və Macar-Türk əlaqələri ilə bağlı apardığı tədqiqatlarla məşhurdur. Bundan başqa Türkiyədə Macarşünaslıq elm sahəsinin əsasını qoymuşdur. == Həyatı == Lazlo Raşoni 22 yanvar 1899-cu ildə Macarıstanın Liptovski Mikulaş şəhərində anadan olmuşdur. 1921-ci ildə Pazman Piter Katolik (ing. Pázmány Péter Catholic University) universitetindən məzun olduqdan sonra "Macar tarixi" müəllimi ixtisasına yiyələnmişdir. Daha sonra Türk filologiyası sahəsində Macar sənədlərində Kuman adları ilə bağlı doktorluk dissertasiyasını müdafiə etmişdir.
Mishari Rashid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Raşidi Xilafət
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – "Doğru idarə edilən" və yaxud "Rəşid xəlifələr" dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" — "Allahın Rəsulu"nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı. Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı.
Raşidi xilafəti

Meriano Rahoi
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey; 27 mart 1955[…], Santiaqo de Kompostela) — İspaniyanın eks Baş Naziri (21 dekabr 2011 – 1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.