Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maleva
Maleva - bambuk bitkisindən hazırlanan quru yeməklər siyahısına daxildir. Bambuk ağacı Elgon dağı ətrafında Uqandanın şərqində təbii sürətdə bitir. == Mənşəyi == Maleva Şərqi Uqandanın Buqisi regionunda ilk dəfə hazırlanmağa başladı. Yeməyəin original variantına fıstıq və Hind küncütü əlavə edilir. Bugisu regionunda əsasən bu yeməyi toy və ziyafətlərdə verilir. == İnqredientlər == Maleva Su Duz Fıstıq şirniyyatı == Hazırlanması == Maleva hazırlanmaq üçün təmiz su qaynadılır, onun üzərinə balaca və orta vəziyyətdə yarpaqlar doğranmış yarpaqlar əlavə edilir. Qaynanmış suya duzda əlavə olunur. Malevanın sousuna Maniok, matoka, şirin kartof, düyü və s. qatılır.
Aleko
Moskviç-2141, Moskviç markasının yeni adı olaraq 1986-cı ildə bazara çıxan Rus avtomobilidir. İstehsalı 1988 və 2000 illəri arasında davam etmişdir. Bu anda müflisləşmiş vəziyyətdədir.
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü.Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur.Naledi Soto dilində "ulduz" deməkdir.
Palezo (rayon)
Palezo (fr. Palaiseau) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Eson. Suprefektura — Palezo. Rayon əhalisi 2020-cı ildə 632 931 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1230 nəf / km². Rayon ərazisi — 459 km².
Yəhuda Haləvi
Yəhuda Haləvi (təq. 1075, Tudela – təq. 1141, Qüds) — orta əsrlərdə İspaniyada yaşayıb-yaratmış tanınmış yəhudi alimi və mütəfəkkiri. == Həyatı == Tanınmış yəhudi ilahiyyatçı və şairi Yəhuda Haləvi 1075-ci ildə müsəlman İspaniyasının Tudela şəhərində doğulmuşdur. O, öz dövrünə görə mükəmməl təhsil almış, ərəb və yəhudi dillərini öyrənmişdir. Təhsilini İshaq Əlfazidən almışdır. Haləvinin digər məşhur yəhudi mütəfəkkiri İbn Əzra ilə yaxın münasibətləri olduğu tədqiqatçılara məlumdur. O, daha sonra İspaniyanın ən böyük mədəniyyət mərkəzi olan Qranada şəhərinə köçmüşdür. Burada uzun müddət yaşayıb-yaradan mütəfəkkir daxili müharibələr nəticəsində Əndəlüsü tərk etmiş, Toledo, Sevilya, Kordova, Lusena şəhərlərində yaşamışdır. Həyatının sonlarına yaxın Fələstini ziyarət etmək niyyətinə düşmüş, lakin İsgəndəriyyədə xəstəlikdən vəfat etmişdir.
İvelina Taleva
İvelina Taleva (25 mart 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == İvelina Taleva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
Herzi Halevi
Herzi Halevi (ivr. ‏הרצל "הרצי" הלוי‏‎; 17 dekabr 1967, Qüds) — İsrail Silahlı Qüvvələrinin General-leytenantı, yəhudiəsilli hərbçi. 2023-cü ilin 16 yanvar tarixindən etibarən İsrail Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi vəzifəsinə təyin olunmuşdur.1985-ci ildən etibarən ölkəsinin silahlı qüvvələrində xidmət edən Halevi, əvvəllər Cənub Komandanlığının komandiri, Hərbi Kəşfiyyat İdarəsinin rəisi, 35-ci Paraşütçülər Briqadasının komandiri və İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi olan Sayeret Matkalı rəhbəri vəzifələrində çalışıb. Halavi Hərbi Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş ilk ortodoks yəhudi kimi tarixə keçib. == Həyatı == Herzi Halevi 1967-ci ilin 17 dekabr tarixində İsrailin Yerusəlim şəhərində anadan olub. Atası Şlomo İrqun Dilin Müdafiəsi Batalyonu təşkilatının üzvü olmuş Haim Şalom Halevinin oğlu idi. Ana tərəfdən olan babası Dov Baar Kohen ölkənin baş ravvini kimi xidmət edib. Herzi adı Altıgünlük müharibədə doğumundan bir necə ay əvvəl həlak olmuş əmisinin şərəfinə adlandırılımışdır.Halevinin anasının mənsub olduğu ailə 14 nəsil Yerusəlim şəhərində yaşamışdır, atasının valideynləri isə Rusiyadan köçmüşdür. Himmelfarb dini liseyində təhsil aldığı müddətdə Tzofim dini missioner cəmiyyətinin üzvü olub. Ailəsi Ortodoks iudaizm inancına mənsub olduğu üçün uşaqlıqdan qatı dini qanunlarla böyüdülüb.
Kaleo Kihlenq
Kaleo Kihlenq (d. 29 avqust 1999) — Mikroneziyalı üzgüçü. Kaleo Kihlenq Mikroneziyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kaleo Kihlenq birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 27.98 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 73-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Nuevo-Leon
Nuevo-Leon Meksikanın şimal-şərqində yerləşən ştat. Ştatın ərazisi 64.210 kvadrat km, əhalisi isə 2005-ci ilin statistikasına əsasən 4.199.292 nəfərdir.
Nuevo sol
Yeni (Nuevo) sol (isp. Nuevo sol) — Perunun valyutası. Yeni Peru solu, (İspanca: nuevo sol peruano) Perunun milli pul vahdidir. S/. işarəsi ilə göstərilir. Yeni Peru solunun beynəlxalq kodu "PEN"dir. 1 yeni sol 100 sentimoya bərabərdir. Yeni solun çoxluğuna yeni soles, sentimonun çoxluğuna isə sentimos deyilir. Perunun milli pul vahidinə "Sol" yəni, ispanca "Günəş" adının verilməsi təsadüfi deyil, beləki bu perunun yerli xalqları üçün Günəşin müqəddəsliyi ilə bağlıdır. Peru valyutasının tarixi 1985-ci ildən başlanır.
Alev Alatlı
Alev Alatlı (1944, Menəmən, İzmir ili) – Türkiyə yazıçısı. == Həyatı == 1944-cü ildə Fürüzan və Ərtuğrul Alatlının qızı olaraq İzmirin Menemen ilçəsində anadan olmuşdur. Atası zabitdir. İbtidai məktəbi Anakara Memar Kemal İbtidai Məktəbində başlamış, bir müddət Karakösədə oxuduqdan sonra Ərzurum Mədəniyyət Qurumu İbtidai Məktəbindən məzun olmuşdur. Anakara Namıq Kəmal Orta Məktəbini bitirdikdən atasının Yaponiyaya hərbi ateşe kimi təyin olunmasına görə liseyi Tokio şəhərindəki Yaponiya Amerika Məktəbində oxumuşdur. Burada ingilis və yapon dillərini öyrənmişdir.Orta Şərq Texniki Universitetinin statistika fakültəsinə daxil olmuş və 1963-cü ildə məzun olmuşdur. "Fullbright" təqaüdü ilə ABŞ-yə gedərək orada Vanderbilt Universitetində rifah iqtisadiyyatı və ekonometriya üzrə magistr təhsili almışdır və 1965-ci ildə universitetdən məzun olmuşdur. Daha sonra iqtisadiyyatı buraxaraq Nyu-Hempşirdə yerləşən Dartmut Kollecində fəlsəfə üzrə təhsil almış və düşüncə tarixi, ilahiyyat biliklərinə yiyələnmişdir (1968). Təhsili zamanı alman və rus dillərini də öyrənmişdir.Beş il müddətində səmavi dinlər və İslam araşdırmaları aparmışdır. Apardığı araşdırmalarla əlaqədar olaraq iki dəfə Qahirədə yerləşən Əl-Əzhər Universitetinə getmişdir.
Alev Altın
Alev Altın — məşhur Türkiyə müğənnisi, kino aktrisasıdır. == Həyatı == Əsasən erotik filmlərdə oynamışdır. Əsl adı Gülər Atın idi. Xərçəng xəstəliyindən əziyyət çəkirdi. 1993-cü ildə vəziyyətinin kəskin ağırlaşması nəticəsində dünyasını dəyişmişdir.
Estadio Nuevo Los Carmenes
Estadio Nuevo Los Carmenes İspaniyanın Qranada şəhərində 1995-ci ildə inşa edilən çox məqsədli stadion. Stadionda əsasən futbol oyunları keçirilir. İspaniyanın Qranada Atletiko və Qranada C.F. komandaları öz oyunlarını bu stadion keçirirlər. 22.524 tamaşaçı tutumuna malikdir.