Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qalisiy Vikipediyası
Qaliscə Vikipediya — Vikipediya, açıq ensiklopediyanın Qalisiya dilində olan versiyasıdır. Qaliscə Vikipediyanın bənzərsiz xüsusiyyətlərindən bir dənəsi budur ki coğrafi məqalələrinin başlıqları həm Qaliscə adı və imlanı həm də yerli adını və imlasını ehtiva edir, məsələn Yeni Dehli məqaləsinin adı "Nova Deli - नई दिल्ली", və Azərbaycan məqaləsinin adı "Acerbaixán - Azərbaycan" və s.
Lindita Halimi
Lindita Halimi (d. 24 mart 1989, Vitina, Kosovo, Yuqoslaviya Sosialist Federativ Respublikası) və ya sadəcə Lindita — Kosovo-Albaniya müğənnisi və bəstəkarı. O Albaniyanın Top Fest musiqi festivalındakı qələbəsindən sonra şöhrət qazanmışdır. Lindita "World" mahnısı ilə Albaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Lindita Halimi 24 mart 1989-cu ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında yerləşən Kosovonun Vitina şəhərində anadan olmuşdur. == Musiqi karyerası == Lindita ilk dəfə səhnəyə Albaniyanın Ethet musiqi yarışmasında çıxmışdır. O yarışmada sadəcə ilk onluğa daxil olmaqla kifayətlənmişdir. Lindita daha sonra Albaniyanın Top Fest musiqi festivalında iki dəfə iştirak etmişdir. 2009-cu ildə müğənni festivalda ifa etdiyi "Ëndërroja" mahnısı ilə qələbə qazanmışdır. Daha sonra Linditanın ballada janrında bir çox sinqlları təqdim edilmişdir.
Quş alimi
İsnik Alimi
İsnik Alimi (mak. Исник Алими; 2 fevral 1994) — Albaniya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın mərkəz yarımmüdafiəçisi. == Klub karyerası == === Ohrid FK === Deloqozdi kəndində anadan olmuş Alimi gənclik karyerasına 7 yaşında Makedoniyanın "Vlaznimi Struqa" komandasında başlamışdır. O, 2010-cu ildə "Ohrid"ə keçmiş və 2011-ci ildə əsas komandaya yüksəlmişdir. Alimi 30 iyul 2011-ci ildə Makedoniya Birinci Liqası çempionluğu uğrunda "Renova" ilə səfərdə 2:0 hesablı məğlubiyyətlə başa çatan matçda debüt etmişdir. === Atalanta === "Lumessane"yə 1 illik icarəyə verildikdən sonra Alimi "Kyevo"ya qayıtmış, lakin 26 iyun 2015-ci ildə "Atalanta" ilə 4 illik müqavilə imzalamışdır. === Qəbələ === 30 iyul 2021-ci ildə Alimi "Qəbələ" ilə bir illik müqavilə imzalamışdır. 22 may 2022-ci ildə “Qəbələ” Aliminin klubla yeni bir illik müqavilə imzaladığını açıqlamışdır.
John Naimi Amiral
Nəimi Əmiral (ing. John Naimi Amiral) — ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabiti, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin baş ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi. == Həyatı == Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Bir övladı var. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, İngilis, Rus və İtalyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb və daha sonra 2005-ci il avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb. Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir. == Fəaliyyəti == Gənc zabit olan Nəimi Əmiral ilk olaraq İdarəolunan Raket əleyhinə USS ARLEIGH BURKE - (DDG-51) gəmisində diviziya rəhbəri və helikopterlərə nəzarət mütəxəssisi kimi xidmət edib. Gəmi xidmətindən sonra Əmiral İnteqrallaşdırılmış Loqistik Dəstək bölməsinin rəhbər müavini və Dövlət Satın Alma Rəsmisi kimi xidmət edib, Corc Buş aviadaşıyıcısının tikintisi və ABŞ hərbi donanmasının gəmiləri üçün milyon dollarlarla vəsaiti idarə edərək loqistik dəstək göstərib.