Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qaliçnik
Qalinçik (mak. Галичник, alb. Galiçnik/Galiçniku) — Şimali Makedoniyanın ərazisində yerləşən dağ kəndi. Lazaropolla birlikdə Miyasyaya aid ən iri və qədim kənddir. Qaliçnikdə ənənəvi arxitektura, həmçinin kənd meydanındakı anfiteatr öz mövcudluğunu qoruyub saxlayır. Kənd ətraf əraziləri və təbiət qoruğu ilə məşhurdur. Bölgədə istehsal edilən yerli sarı kaşkaval adlanan pendir yüksək qiymətləndirilir. Bununla yanaşı bölgədə ənənəvi olan duzlu yerli ağ pendir də vardır. Kənd Bıstraya dağının ətəklərində, Mavrov su anbarından və Lazarev Zori qış istirahət məkanından 10 km aralıda yerləşir. Qəsəbə Miyasiya adlı tarixi etnoqrafik regionda yerləşir.