Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Janna de Lamott
Janna de Lamott (tam adı: Janna de Lüz de Sen-Remi de Valua, fr. Jeanne de Luz de Saint-Rémy, de Valois, comtesse de la Motte; 22 iyul 1756[…], Fontet[d] – 23 avqust 1791, London) — Fransa avantürüstü, intriqaçı. == Həyatı == Qrafiniya Janna de Lamott çox məharətlə təşkil etdiyi intriqalara Fransa kraliçası Mariya Antuanetta, kardinal Lui de Roqan, hətta sehrbaz Kaliostronu da cəlb edərək, dəyəri 1 milyon 600 min lir olan boyunbağını oğurlamağa nail oldu. Bu o dövr üçün astronomik rəqəm idi. Janna de Sen-Remi 1756-cı ildə Bar-syur-Ob şəhərciyində anadan olub. Gənciliyindən qrafiniya əsil-nəcabəti ilə yanaşı, həm də gözəlliyi və iti ağlı ilə seçilirdi. Fransanın kral sülaləsindən biri - Henrix II Valuanın nəslindən olan və həmişə zənginliyə can atan Jannanın arzuları uzun müddət həyata keçmir. Əvvəlcə onun ailəsi müflis olur, sonra ailənin yeganə qazanc mənbəyi olan atası dünyasını dəyişir. Anasının himayəsində qalan qız Parisin küçələrində dilənməyə başlayır. Nəhayət ki, bir gün şans onun da üzünə gülür.
Luan Namta Muzeyi
Luan Namta Muzeyi — Louan Namta Əyaləti Muzeyi kimi də tanınan, Laosun Luan Namta şəhərində yerləşən muzeydir. Daha çox antropoloji muzey kimi tanınan muzeydə yerli əhali ilə bağlı və etnik geyimlə bağlı çoxlu əşya toplanmışdır. Xamu bürünc təbillər, toxuculuq, keramika, əmək alətləri, məişət əşyaları, əl silahları və Buddizm ilə əlaqəli əşyalar muzeydə sərgilənir.