Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Capitol Lofts
Capitol Lofts - Texas ştatının Hyuston şəhərinin mərkəzində yerləşən binadır. Binanın tikintisi 1908-ci ildə bitmişdi. Əvvəlcə bina ofis üçün istifadə olunurdu, yaşamaq üçün isə 1990-cı ildə dəyişilmişdi. 1909-cu ilə qədər Hyustonda ən yüksək bina idi.
Kapitol Hill
Capitol Hill ABŞ Konqresinin metaforası olsa da, Vaşinqton şəhərində ən böyük tarixi məhəllədir. Geniş küçələri ilə Capitol adlı ABŞ Konqres Binasının önündən şərqə doğru uzanır. Vaşinqtonun ən qədim məhəllələrindən biri olsa da, 5 km² ərazisində təxminən 35.000 əhalisi ilə ən sıx məskunlaşılan məhəllələrdən biridir.
Luciobarbus capito
Zərdəpər (lat. Luciobarbus capito) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin luciobarbus cinsinə aid heyvan növü. == Qısa təsviri == İki cüt bığı var. Ağızı aşağıda yerləşir və aypara şəkillidir. Dodaqları yaxşı inkişaf etmişdir. Rostrumu uzunsovdur. Bel üzgəcində 4 şaxəsiz, 8 (nadir hallarda 7) şaxəli, anal üzgəcində 3 şaxəsiz, 5 (nadir hallarda 6) şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 56-68, yan xəttdən yuxarıda yerləşən pulcuqların sayı 8-12, aşağıda olan pulcuqların sayı isə 5-8 arasında dəyişir. == Arealı və sayı == Azərbaycan ərazisi daxilində Xəzərin orta və cənub hissəsində və ona tökülən çaylarda, o cümlədən Kür və Araz çaylarında və onların qollarında yayılmışdır. Samurla Xudat arasındakı çaylarda, Lənkəran zonası çaylarında, Mingəçevir və Varvara su anbarlarında təsadüf edilir.
Kapitol Hillin sirli soda avtomatı
Kapitol Hillin sirli soda avtomatı (ing. Capitol Hill's mystery soda machine) – ABŞ-nin Sietl şəhərinin Kapitol Hill bölgəsində yerləşən Coke avtomatı. 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərən avtomat 2018-ci ildə müəmmalı şəkildə yoxa çıxmışdır. Avtomatın kim tərəfindən idarə edildiyi naməlumdur. == Təsvir == Avtomatın üstündə 6 ədəd "? mystery ?" (azərb. ? müəmma ?‎) düyməsi vardı və düymələrin birinə basdıqda nadir içki konservləri düşürdü. Bu içkilər həm artıq ABŞ-da əldə oluna bilməyən, həm də 1980-cı illərdən satılmayan nadir içkilər idi. Məsələn, bu sirli avtomat vasitəsilə "Mountain Dew White Out", moruq dadlı "Nestea Brisk", "Hawaiian Punch", üzümlü "Fanta", "Vanilla Cokes", "Black Cherry Frescas" və "Sunkist Cherry Limead" kimi çox nadir içkiləri əldə etmək olurdu.