Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nanosnıy adası
Nanosnıy — Anju adaları qrupuna daxil olan və Şərqi Sibir dənizində yerləşən ada. İnzibati cəhətdən Yakutiyanın Bulunski ulusu ərazisinə daxildir. Bunqe Torpağı yarımadasından şimal-qərbdə bir necə km aralıda yerləşir. Adından da göründüyü kimi buzların qazıma fəaliyyəti məticəsində yaranmışdır. Qumlarla örtülmüşdür. Maksimal hündürlüyü 2 metrdir. Qeyri müəyyən formaya malikdir. Adada daimi yaşayış yoxdur.
Nikita Naqornı
Nikita Vladimiroviç Naqornı (12 fevral 1997, Rostov-na-Donu) — Rusiya gimnastı. Üçqat dünya çempionu(2019), altıqat Avropa çemponu (2015, 2016, 2018, 2019), 2016 Yay Olimpiya Oyunlarının mükafatçısı.Rusiyanın əməkdar idman ustası. Beynəlxalq dərəcəli idman ustası. == Bioqrafiyası == 12 fevral 1997-ci ildə Rostov na-Donuda doğulub. 2014-cü ildə yeniyetmələr arasında keçirilən Rusiya çempionatında Nikita çoxnövçülükdə bürünc medal qazandı. Bu ona Avropa Gənclər Çempionatına getməyə imkan verdi. 2015-ci ildə Rusiya çempionatında Nikita Moskva komandasının tərkibində bürünc medal qazandı. Bu nəticələrlə Nikita Monpelye şəhərində keçirilən Avropa çempionatına bilet qazandı. O 15.099 xal toplamaqla qızıl medal qazandı. 29 may 2016-cı ildə Berndə (İsveçrə) 2016 Avropa Çempionatında Nikita Naqornı komanda birinciliyində 15.566 xal toplayaraq Avropa çempionu oldu.8 Avqust 2016-cı ildə Nikita Naqornı Rusiya komandasının tərkibində komanda birinciliyində Rio-de-Janeyroda keçirilən 2016 Olimpiya Oyunlarının gümüş medalını qazandı.