Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). == Prokat istehsalı == Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Kluj-Napoka
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).