Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qareyka
Qareyka (rus. Гарейка, başq. Гәрәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 39 nəfərdir. Kənd, rayon mərkəzindən 18 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (60%) tatarlar (35%) üstünlük təşkil edir.
Mareka
Mareka (lat. Mareca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Darevka (Auırqazı)
Darevka (başq. Дарьевка, rus. Дарьевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İsmayıl kənd şurasının tərkibindədir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (50%) üstünlük təşkil edir.
Narezne buzlağı
Narezne buzlağı (bolq. ледник Нарезне, ‘Lednik Narezne’ \'led-nik na-'rez-ne\) — 7 km uzunluğu, 2.2 km eni olan və Antarktidanın Qreyam Torpağının Loubye sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Fild buzlağından cənubda, Finstervolder buzlağından şimal-qərbdə, Haefeli buzlağından şimalda yerləşmişdir. Barziya zirvəsindən qərbdə yerləşmişdir. Buzlaq şimal-qərbi Bolqarıstanda yerləşən Narezne mağarasının adını daşıyır. Narezne buzlağı 67°11′05″ c. e. 66°16′30″ q. u. koordinatlarında yerləşmişdir.
Dareka no Manazashi
Dareka no Manazashi (だれかのまなざし, azərb. Kiminsə baxışı‎) – 2013-cü il istehsalı qısametrajlı anime filmi. Makoto Şinkay ssenaristliyi və rejisorluğu ilə çəkilmişdir. 10 fevral 2013-cü il Tokyo Beynəlxalq Forumunda ekranlaşdırılmışdır. Həmçinin, Şinkayın 31 may 2013-cü ildə "Söz bağçası" anime filminin premyerası ilə birlikdə nümayiş etdirilmişdir. Daha sonra 2013-cü ilin sentyabrından 2014-cü ilin yanvarına kimi YouTube-da yayımlanmışdır. "Dareka no Manazashi" yenicə müstəqil olan bir gənc qadının yetkinliyə çatması və onun atası ilə olan münasibətinin dəyişməsindən bəhs edən futuristik hekayədir. Hekayə ailə həyatını xatırladan səhnələrdən, qızın babası və ailə pişiyi ilə olan münasibətindən bəhs edir. Film CoMix Wave Films, NEST və TYO M1 Production tərəfindən The Answer Studio Co., Ltd. ilə birgə istehsal olunmuşdur.
Müqəddəs Narek kilsəsi
Müqəddəs Narek kilsəsi — Ermənistanın Araqatsotn mərzinin Güllücə kəndində Erməni Həvari kilsəsi. Kilsə 2012-ci ildə Narek Pape kimi tanınan yerdə inşa edilmişdir. 25 avqust 2012-ci ildə məsh edilmişdir. Əsrlər boyu Abaran ərazisinin Güllücə (indiki Vardenis) kəndində "Papeli Narek" adlı İncil var idi. Kitab ata adı Pape olan bir ailəyə məxsus idi və o, Narek adlandırılmışdır. Bunun səbəbi Qriqor Narekatsinin "Mərsiyələr kitabı" deyil idi. İnanca görə, kitab bir İncil və müalicəvi qabiliyyətə malik idi, ona görə də kəndlilər onu "Papenin Nareki" adlandırırdılar. Kitabın məzmunu 1710-cu ildə Konstantinopolda nəşr olunan möcüzəvi tibb İncilindən haqqında idi. Pape kitabı özü ilə daşıyırdı, lakin daha sonra isə kitab onun qohumlarının evində, kənddəki Müqəddəs Akop kilsəsinin yanında saxlanılmışdır. Zaman keçdikcə Papenin törəmələri yavaş-yavaş o evi tərk edərək dünyanın müxtəlif yerlərində məskunlaşmağa başlamış və təbii olaraq "Papenin Nareki" adlı müqəddəs kitabı özləri ilə aparmışdılar.