Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arelat
Arelat (lat. Regnum Arelatense; fr. Royaume d’Arles) – 9–14 əsrlərdə Cənub-Şərqi Fransada krallıq, Aşağı Burqundiya krallığının ikinci adı. Mərkəzi Arelat şəhəri idi. 879-cu ildə Frank dövlətinin parçalanması nəticəsində yaranmışdır. 933-cü ildə Arelat Yuxarı Burqundiya krallığı ilə birləşərək sonralar həm Arelat, həm də Burqundiya krallığı adlanırdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Miconia nasella
Miconia nasella (lat. Miconia nasella) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Xasəlar (Üskü)
Xasəlar (fars. خاصه لر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 957 nəfər yaşayır (238 ailə).
Kalium asetat
=== Kaliumasetat === Tibb təcrübəsində əksər hallarda karbon turşularının duzları tətbiq edilir. Adətən, üzvi turşuların duzları asan hidrolizə uğrayır və bir çox hallarda məhlulları qələvi reaksiyalı olur. Oksikarbon turşularının turşuluq xassəsi daha qüvvətlidir, bu xassə α-oksiturşularda özünü xüsusilə göstərir. Tibbdə oksikarbon turşularının duzları (kalsium, dəmir, mis, natrium və s.) tətbiq edilir. Kaliumasetat — CH3COOK Preparatı almaq üçün asetat turşusu (sirkə turşusu) və kalium-hidrokarbonat məhlularını qarışdırıb buxarlandırırlar: CH3COOH + KHCO3 → CH3COOK + CO2 + H2O === Fiziki-kimyəvi xassələri === Kalium-asetat ağ tozdur, iysiz və ya zəif sirkə turşu iylidir, azacıq şor dadlıdır. Hiqroskopikdir, havada mayeləşir. Suda və spirtdə asan həll olur, məhlulları qələvi reaksiyalıdır. === Tətbiqi === Preparat kalium ionlarının mənbəyi kimi orqanizmdə kaliumun azlığında (hipokalemiya) 10–15%-li məhlullar şəklində daxilə qəbul olunur.
Mis asetat
Mis asetat(II) (CH3COO)2Cu – sirkə turşusunun mis duzu,mürəkkəb kimyəvi birləşmədir. == Fiziki xassələri == Mis asetat (II) - suda (7,1 g / 100 g su), spirtlərdə, efirdə həll olunan tünd yaşımtıl- mavi kristallarıdır. Mis asetat yanmır, ancaq alovu solğun yaşıl rəngə boyayır. == Alınm ası == Mis asetat (II) sirkə turşusunun mis hidroksidlə gedən reaksiya zamanı alınır Mis karbonatın (II) sirkə turşusu ilə reaksiya zamanı alınır Həmçinin, mis sulfatın(II) natrium hidrokarbonatla qarışdırmaqla və ardınca əmələ gələn mis karbonatın çöküntülərini natrium sulfatdan təmizlədikdən sonra sirkə turşusu ilə işləməklə alınır == Kimyəvi xassələri == Mis asetat (II) su məhlulunda həll olunan bütün duzlar kimi dissosiyasiyaya uğrayır Dəyişmə reaksiyası Mis asetatın (II) güclü əsaslarla reaksiyası nəticəsində zəif göy rəngli mis(II) hidroksidin çöküntüsü və asetat duzu alınır Əvəzetmə reaksiyası Mis asetat(II) metalların elektrokimyəvi aktivlik sırasında misdən solda yerləşən metallarla reaksiyasına qirir == Tətbiqi == Mis asetat (II) bitki xəstəlikləri ilə mübarizədə, yağ və su əsaslı emulsiya boyaları üçün piqment kimi istifadə olunur. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Nikel asetat
Nikel(II)asetat - Ni(CH3COO)2 – sirkə turşusunun nikel duzudur. == Fiziki xassələri == Nikel(II)asetat – yaşıl rəngli kristalik maddədir, suda həll olur, kristallohidrat əmələ gətirir. == Alınması == Sirkə turşusunun nikel hidroksidə təsirindən N i ( O H ) 2 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Ni(OH)_{2}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+2H_{2}O}}} Sirkə turşusunun nikel karbonata təsirindən N i C O 3 + 2 C H 3 C O O H → N i ( C H 3 C O O ) 2 + C O 2 + H 2 O {\displaystyle {\mathsf {NiCO_{3}+2CH_{3}COOH\ {\xrightarrow {}}\ Ni(CH_{3}COO)_{2}+CO_{2}+H_{2}O}}} == Kimyəvi xassələri == Nikel asetat qızdırdıqda hidroliz prossesi baş verir N i ( C H 3 C O O ) 2 + H 2 O → 100 o C N i ( O H ) 2 ↓ + 2 C H 3 C O O H {\displaystyle {\mathsf {Ni(CH_{3}COO)_{2}+H_{2}O\ {\xrightarrow {100^{o}C}}\ Ni(OH)_{2}\downarrow +2CH_{3}COOH}}} == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.