Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nasxok çayı
Nasxok çayı — Rusiyaya məxsus olan Vrangel adasında yerləşir. İzibati cəhətdən Çukot Muxtar Dairəsi İultinski rayonu ərazisinə daxildir. Çayın uzunluğu 36 km. 1926-ci ildə adlandırılmışdır. Eskimos dilində Насӄуӄ — «baş» mənasını verir. Çay başlanğıcını Şimal silsiləsindən başlayır. Çukot dənizinə yaxın yerləşən Tayana laqununa axır. Düzənlik çayıdır. Çayın sürəti 0,3 m/s təşkil edir. Mənsənbə çay qollara ayrılır: Qlinnaya, Sağ Nasxok və Sol Nasxok.
Raşmor dağı
Raşmor dağı (ing. Mount Rushmore National Memorial) — ABŞ-nin Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-nin dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ — $5000 ayırmışdı. Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı.
Aşmor və Kartye adaları
Aşmor və Kartye adalarının əraziləri (ing. Ashmore and Cartier Islands) — İndoneziyanın Roti adasının cənubunda, Avstraliya kontinental şelfinin sonunda, 12°14'S koordinatlarında yerləşən Hind okeanında yaşayan kiçik tropik adaların iki qrupu. Adaların ümumi sahəsi 199 km² (torpaq - 114,400 m²). 1931-ci ildən Avstraliyanın Xarici Ərazisi. 1983-cü ilin avqustunda milli qoruq elan edildi. == Xarici keçidlər == "Ashmore and Cartier Islands". Geoscience Australia (ingilis). 2004-01-28. 2008-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.