Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Navajo Bakbord
Navaxo Bakboord (29 yanvar 1999, Amsterdam) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Həyatı == 29 yanvar 1999-cu ildə anadan olub. == Klub karyerası == === Yonq Ayaks === Bakboord Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. İlk müqaviləsini Bakboord 26 iyun 2015-ci ildə imzalamışdır. 25 aprel 2018-ci ildə Bakboord Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Bakboord öz peşəkar karyerasında debütünü 1 dekabr 2017-ci ildə MVV Maastrixt klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 2016-cı ildə Bakboord Niderlandın gənclərdən ibarət milli komandası ilə Azərbaycanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bakboord İtaliya, Serbiya, İsveç və Portuqaliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Junulara E-Semajno
Beynəlxalq Esperanto Həftəsi (esp. Junulara E-Semajno, JES) — Polşa və Almaniya esperanto gənclik təşkilatlarının təşkil etdiyi və Yeni İl ərəfəsində keçirilən gənclərin esperanto yığıncaqları. İlk belə görüş 2009-2010-cu illər arasındaki Yeni İl həftəsində Zakopane şəhərində keçirildi, ikincisi isə 2010-2011-ci illərdə Burq şəhərində baş tutdu. Beynəlxalq Esperanto Həftəsi yeni il ərəfəsində keçirilən iki gənc esperanto görüşlərinin birləşdirilməsi ilə yarandı, onlar polyak Fəaliyyət Həftəsi (AS) və alman Beynəlxalq Seminar(İS) idilər. 2008/2009 mövsümü hər iki tədbir üçün sonuncu oldu, bu İS üçün 52-ci mövsüm, AS üçün isə 7-ci idi. Təşkilatçılar Beynəlxalq Esperanto Həftəsinin hər il bir həftə ərzində Mərkəzi Avropanın müxtəlif yerlərində keçirməyi planlaşdırmışdılar. == Adı == JES abreviaturasındaki "E" hərfi "Esperanto" mənasını verir, lakin E@I təşkilatıyla olduğu kimi eyni zamanda Avropa və təhsili (esp. Edukado) də simvollaşdıra bilər. Buna görə Junulara Esperanto-Semajno əvəzinə Junulara E-Semajno adının istifadəsi əsl mənaya daha yaxındır. Bundan başqa, esperanto dilində JES müsbət ədat kimi işlənir, yəni azərbaycan dilindəki "bəli" sözü kimi.