Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kələmo
Kələmo (lat. Acipenser nudiventris) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. == Yayılması == Qara dəniz, Azov, Xəzər və Aral dənizlərində yayılmış, Balxaş gölündə iqlimləşdirilmişdir. Azərbaycan sularında Kür qayabalığı populyasiyası yaşayır. == Morfoloji əlamətləri == Bədəninin uzunluğu 2 m, kütləsi 30 kq-a qədərdir. Burnu nisbətən qısa, itidir. Alt dodağı bütövdür, bığcıqları saçaqlıdır.Bel sırasında 11-dən 16-dək, yan sıralarında 51-dən 74-dək, qarın sıralarında isə 11-dən 27-dək sümük lövhəciklər vardır. Qəlsəmə Bədəni qəhvəyidir. Qarnı ağ rəngdədir. Üzərindəki açıq rəngli iri pulcuqlar beş xətdə düzülmüşlər.
Nereo Rokko
Nereo Rokko (it. Nereo Rocco, 20 may 1912[…], Triest – 20 fevral 1979, Triest) — İtaliyalı keçmiş futbolçu və məşqçi. Nereo Rokko əsl katenaççio taktikasının ixtiraçısı sayılır. Onun məşqçi kimi ən məşhur uğurları "Milan" klubu ilə bağlıdır. O, italyan pərəstişkarları tərəfindən mətbuatla ünsiyyətdə italyan dilinin Triest ləhcəsindən geniş şəkildə istifadə etməsi ilədə xatırlanır. == Oyunçu karyerası == Nereo Rokko 20 may 1912-ci ildə Avstriya-Macarıstanın o vaxtkı hissəsi olan Triestdə anadan olub. Birinci Dünya Müharibəsindən sonra şəhər İtaliyanın tərkibinə keçir. Futbolçu yarımmüdafiəçi kimi əvvəlcə "Triestina" klubunda (A Seriyasında 235 oyun və 62 qol), sonra isə "Napoli" və "Padova" klublarında çıxış edib. İkinci Dünya Müharibəsindən dərhal sonra o, o vaxt C Seriyasında çıxış edən Triestin "Libertas" klubunda qısa müddət ərzində futbolçu-məşqçi olub. Bundan sonra Rokko butslarını asıb bütün diqqətini məşqçilik karyerasına yönəldri.