Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Luz Noseda
Luz Noseda (ing. Luz Noceda) — Dana Terrasın yaratdığı "Bayquş evi" cizgi serialının baş qəhrəmanı. Sarah-Nicole Robies tərəfindən səsləndirilmişdir. == Yaranması == Serialın yaradıcısı Dana Terrasın dediyinə görə, Luz personajı onun otaq yoldaşı, dominikan əsilli hekayə rəssamı və serialın hazırlamasında iştirak edən Luz Batistanın adını daşıyır. == Xarakteri == Luz Noseda Konnektikutdakı uydurma qəsəbə olan Qreyvsfilddə (ing. Gravesfield) yaşayan Afro-Dominikan əsilli amerikalı 14 yaşlı qızdır. Terras Luzun Disney cizgi serialındakı ilk biseksual baş qəhrəman olduğunu bildirib. Serialın yaradıcısı həmçinin 2021-ci ilin aprelində Luzun neurodivergent olduğunu da qeyd etmişdir.Luz serialın birinci epizodunda anası tərəfindən yay düşərgəsinə göndərilir, o, burada təsadüfən evin içərisindəki keçid vasitəsilə Qaynamış adalara gedib çıxır. Bu sayədə o, ən yaxşı dostları, qoca ifritə İda və canavara bənzər iblis Kinq ilə tanış olur.