Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Niçəq (Vərziqan)
Niçəq (fars. نچق‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (80 ailə).
Askoli Piçeno
Askoli Piçeno (it. Ascoli Piceno) — İtaliyanın Marke regionunda şəhər.
Diyeqo Brandao
Diyeqo Pereyra Brandao - Braziliyalı UFC döyüşçüsü. 1987-ci ildə Braziliyanın Mayamisi sayılan Fortaleza şəhərində anadan olmuşdur. 2005-ci ildən peşəkar döyüşlərə başlayan Diyeqo UFC-nin keçirdiyi bir çox şou xarakterli yarışlardada iştirak etmişdir,ümumilikdə MMA üzrə keçirdiyi 28 döyüşdən 18 qalib,10-da isə məğlub olmuşdur.Braziliya ciu-citsusu üzrə qara kəmər ustasıdır.
Nideqq körpüsü
Nideqq körpüsü (alm. Nydeggbrücke) — İsveçrənin Bern şəhərində Aare çayı üzərində tikilmiş körpü. Bern şəhərinin qədim hissəsinin şərqi ilə yeni hissəni birləşdirir. Üç il ərzində tikilmiş körpü İsveçrənin Əhəmiyyətli Milli İrs siyahısındadır. == Tarixi == 3 illik planlama mərhələsindən sonra 1840-cı ilin 7 iyununda körpünü tikmək Karl Emanuel Müllerə həvalə olundu. 1840-cı ilin avqustunda başlayan işlərin birinci mərhələsi 1841-ci ilin qışına qədər davam etdi. Daşqınlara və digər gecikmələr baxmayaraq 1841-ci ilin mayından körpünün sütunları su səviyyəsindən yüksəkdə qaldı. Təməl atma mərasimi isə həmin ilin iyun ayının əvvəlində keçirildi. Daha sonra şərq və qərb qövsləri tikildi. 1842-ci ilin qışında isə mərkəz hissənin tikintisinə başlanıldı.
Nijemo Kolo
Nijemo Kolo — Cənubi Xorvatiyada Dalmasiya mənşəli rəqs; 2011-ci ildən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş rəqs. == Haqqında == Nijemo Kolonu qrup icra edir. Bu rəqs zamanı kişilər tərəfindən qapalı dairə yaradılır və öz qadın partnyorları ilə sürətli, təsadüfi addımlarla rəqs edirlər. O rəqsin ən gözə çarpan aspekti tamamilə musiqisiz həyata keçirilməsidir. Bugün də Nijemo Kolo əvvəlki kimi yerli kəndli kollektivlər tərəfindən icra olunur və bu rəqsin ifasını festivallarda, müsabiqələrdə, yarrnarkalarda, kilsə bayramlarında və toylarda görmək mümkündür.
San-Diyeqo
San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993 nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır. Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır. == Tarixi == Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur.
San Diyego
San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993 nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır. Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır. == Tarixi == Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur.
San Diyeqo
San Dieqo (ing. San Diego) — ABŞ-nin Kaliforniya ştatında ikinci ən böyük şəhər və San Dieqo Dairəsinin mərkəzi. Sakit Okeanın sahilində yerləşir. 2009-cu ilin yanvar ayında əhali sayı 1,353,993 nəfərə çatmışdır. ABŞ-nin məşhur "Forbes" jurnalına görə, San-Dieqo ABŞ-nin 5-ci ən varlı şəhəri sayılır. Bundan başqa, San-Dieqo əhalisinin sayına görə ABŞ-də 5-ci, bütün dünyada isə 33-cü ən böyük şəhərdir. San-Dieqonun iqtisadiyyatında əsas yeri tutan sahələr istehsalat, müdafiə sənayesi, turizm və kənd təsərrüfatıdır. Şəhərdə çoxlu sayda elmi mərkəzlər, biotexnologiya, elektronika istehsalı, gəmi istehsalı, simsiz rabitəyə aid müəssisələr vardır. == Tarixi == Müasir San Dieqo ərazisi təxminən 10.000 bundan əvvəl Kumeyaay tayfasına aid hindular tərəfindən məskən kimi seçilmişdir. Bu ərazilərə ilk yetişən avropalı isə portuqaliyalı səyyah Xuan Rodrigez Kabrilyo olmuşdur.
Siçevo dərəsi
Siçevo dərəsi (serb. Sićevačka klisura; serb-kiril Сићевачка клисура) - Serbiyanın cənub-şərqində çay dərəsi. Çay dərəsi həm də arxeoloji qazıntıların aparıldığı bölgə kimi də tanınır. Nişav çayının axdığı bu dərə bölgənin diqqət çəkən geoloji və topoqrafik obyektlərindən biridir. Siçevo dərəsi Bela Palanka və Nişka Banya şəhərləri arasında yerləşir. Niş şəhərindən 14 km şərdədir. Uzunluğu 17 km, dərinliyi 350-500 metra rasında dəyişir. Dərə bəzi yerlərdə kanyon şəkilli olur. Belə kanyonlardan Qradiş kanyonunu misal göstərmək olar. Siçevo dərəsi Kunovisa yaylasını kəsərək keçir, Svrliq və Suva Planina dağlarının cənub yamaclarından keçir.
Dieqo Bisesvar
Dieqo Marvin Bisesvar ({{Dil-nl|Diego Marvin Biseswar}; 8 mart 1988, Amsterdam) — Surinam və Niderland futbolçusu, futbol üzrə Yunanıstan çempionatında çıxış edən "PAOK" FK-nın və Surinam milli futbol komandasının vingeri. == Beynəlxalq karyera == 2005-ci ildə Bisesvar gənclərdən ibarət Niderland milli komandasının tərkibində İtaliyada keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır. Bisesvar 27 mart 2021-ci ildə 2022 Dünya Kubokunun təsnifat mərhələsi zamanı Aruba ilə matçda debüt etmişdir. O, 2021 CONCACAF Qızıl Kuboku üçün oyunlarda heyətə daxil edilmişdir.
Dieqo Brandao
Diyeqo Pereyra Brandao - Braziliyalı UFC döyüşçüsü. 1987-ci ildə Braziliyanın Mayamisi sayılan Fortaleza şəhərində anadan olmuşdur. 2005-ci ildən peşəkar döyüşlərə başlayan Diyeqo UFC-nin keçirdiyi bir çox şou xarakterli yarışlardada iştirak etmişdir,ümumilikdə MMA üzrə keçirdiyi 28 döyüşdən 18 qalib,10-da isə məğlub olmuşdur.Braziliya ciu-citsusu üzrə qara kəmər ustasıdır.
Dieqo Forlan
Dieqo Forlan (19 may 1979[…], Montevideo) ― 19 may 1979-cu ildə Uruqvayın paytaxtı Montevideo şəhərində anadan olmuşdur. Uruqvaylı futbolçudur. Uruqvay Premyer Liqasında mübarizə aparan Penarol klubunun 10 nömrəli futbolçusudur. Karyerası ərzində iki dəfə İspaniya La Liqasının "Piçiçi" mükafatına layiq görülmüşdür. İki dəfə "Qızıl buts" mükafatına qazanmışdır.
Dieqo Kao
Dieqo Kan (port. Diogo Cão) - Portuqaliyalı dəniz səyyahlarından biri. 1480-cı ildə Qərbi Afrika sahillərini kəşf etmişdir. Dieqo Kan uzun müddət Portuqaliyanın müstəmləkəsində qalmış Anqolanın tabe edilməsində xüsusi fərqlənmişdir. == Həyatı və fəaliyyəti == Dieqo Kanın harada və neçənci ildə doğulması barədə dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda Portuqaliya krallığında Villa Real şəhərində 1452 -ci ildə Alvaro Fernandes və Qonzales Kaonun nikahdan kənar övladı olaraq doğulduğu göstərilmişdir. Portuqaliyalı dəniz səyyahlarının müxtəlif ərazilərə səfərlər təşkil etdiyi dövrdə, səfərlərə qatılmışdır. Dieqo Kanın ilk səfəri Afrika qitəsinin cənub istiqamətində başlamışdır. Gəmiçi Henrinin 1460-cı ildə vəfat etməsində sonra durğunluq dövrünü yaşayan Çoğrafi kəşflər Portuqaliya krallığının yeni kralı II İohanın taxta çıxmasından sonra yenidən canlanır. II İohanın əmri ilə Dieqo Kao Afrika qitəsinə səfərlərinə yenidən başlayır.
Dieqo Kosta
Dieqo Kosta- Braziliya əsilli ispan futbolçu.İspaniya millisinin və Atletiko Madridin heyətində çıxış edir.
Dieqo Luqano
Dieqo Luqano (d. 2.11.1980, Kanelones, Uruqvay) — uruvaylı futbolçu. İngiltərənin Vest Bromviç Albiyon və Uruqvay milli futbol komandasının müdafiəçisidir. == Həyatı == Futbolçu 1980-ci ilin 2 noyabrında anadan olub. == Karyerası == Dieqo da əksər cənubi amerikalılar kimi "köhnə qitə" klublarının diqqətinə San Paulodakı oyunuyla düşüb. 2006-cı ildə Fənərbaxçanın heyətinə cəlb olunub. Etibarlı müdafiə və hücumlara aktiv dəstəyiylə seçilən stoper 2011-ci ilə qədər Türkiyədə qaldı. Fənərbaxçanın qitəmiqyaslı yarışlardan kənar qalması Luqanonun Pari Sen-Jermen ilə anlaşmasına səbəb oldu. Ançelotti Dieoqoya etimad göstərmədi və futbolçu 2013-cü ilin yanvarında Malaqaya, avqustunda isə Vest Bromviçə keçdi. Uruqvay millisinin heyətində 87 matç keçirib.
Dieqo Madriqal
Dieqo Xosue Madriqal Ulloa (19 mart 1989-cu ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan İnter Bakı klubunda hücumçu kimi çıxış etmiş Kosta-Rikalı peşəkar futbolçudur.
Dieqo Maradona
Dieqo Armando Maradona (30 oktyabr 1960[…], Lanus[d], Buenos-Ayres əyaləti[d] – 25 noyabr 2020, Diqe-Luxan[d], Buenos-Ayres əyaləti[d]) — Argentinalı keçmiş futbolçu və məşqçi. 25 noyabr 2020-ci ildə vəfat edib. O, klub karyerası ərzində "Argentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Newell's Old Boys" klublarında oynayıb. Gənclər arasında dünya çempionu 1979. 1986 Dünya Kubokunun ən yaxşı oyunçusu. 1979 və 1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu. İki dəfə dünya çempionatlarının simvolik komandalarının üzvü. "Boka Xuniors" ilə Argentina çempionu, "Napoli" klubu ilə ikiqat İtaliya çempionu. FİFA-nın rəsmi saytında səsvermə yolu ilə 20-ci əsrin ən yaxşı futbolçusu 53,6% səs toplayıb; FİFA Futbol Komissiyasının məlumatına görə isə, Maradona 20-ci əsrin 3-cü futbolçusudur.Klassik 10 nömrə mövqeyində oynayan və yaradıcı pleymeyker olan Maradona, transfer qiyməti ilə iki dəfə dünya rekordu qıran ilk oyunçu olub. Bu rekordlar 1982-ci ildə 5 milyon funt-sterlinqə "Barselona"ya transfer olunduğu zaman və 1984-cü ildə 6,9 milyon funt sterlinqə "Napoli"yə transfer olunduğu zaman baş verib.
Dieqo Milito
Dieqo Alberto Milito (isp. Diego Alberto Milito; 12 iyun 1979[…]) — keçmiș arqentinalı futbolçu, hücümçu mövqəyində oynayıb. Dieqo Qabriel Militonun böyük qardașıdır. == Bioqrafiyası == 1999–2004-cü illərdə Milito "Rasinq" klubunda çıxıș edib. O, ''Rasinq"-in həyətində 2002-ci ildə Aperturanı qazanıb. Onun kiçik qardaşı Qabriel mərkəzi müdafiəçi mövqeyində "Rasinq"-in əsas rəqiblərindən olan "Independyente"-də oynayıb. 2004-cü ilin əvvəlində Dieqo İtaliyanın "Cenoa" klubu ilə müqavilə imzalayıb. İlin sonunda "Cenoa" klubu alınma oyunlarına görə cəza olaraq seriya S1-ə göndərildikdən sonra Milito İspaniyanın "Saraqosa" klubuna keçir. 1 sentyabr 2008-ci ildə transfer pəncərəsinin bağlanmasına cəmi bir neçə dəqiqə qalaraq Cenoa Dieqo Milito-nu yenidən öz heyətinə transfer edir. Mövsümün sonunda Dieqo "Guerin Sportivo" qazetin versiyasına görə İtaliya çempionatının ilin ən yaxşı futbolçusu adlandırılmıșdır.
Dieqo Perotti
Dieqo Perotti (26 iyul 1988[…]) — Argentina futbolçusu. "Fənərbaxça" klubunun hücumçusudur.
Dieqo Qodin
Dieqo Qodin (16 fevral 1986[…]) — Argentinanın "Velez Sarsfild" klubunun və Uruqvay milli futbol komandasının müdafiəçisi. Uruqvay milli komandasının kapitanı.
Dieqo Ribas
Dieqo Ribas (28 fevral 1985, Braziliya) hücumameyilli yarımmüdafiəçi. Hal-hazırda Fənərbaxça PFK-da forma geyinir.
Dieqo Rivera
Dieqo Rivera (8 dekabr 1886, Quanoxuato — 24 noyabr 1957, Mexiko) – yəhudi və ispanəsilli Meksika rəssamı. Digər Meksikalı rəssam Frida Kalonun həyat yoldaşıdır. == Həyatı == 1886-cı ildə anadan olmuşdur. Rivera ana tərəfdən Katolik kilsəsi dövründən qalma yəhudi, ata tərəfdən isə ispan əsilli idi. Mexiko şəhərindəki San Kalos Akademiyasında təhsilini almışdır. Latın Amerikası və ABŞ-də freska yaradıcılığını canlandırmışdır. Gənc yaşlarda divar rəsmləri yaratmağa başlayarkən San Karlos Akademiyasında bir mitinqə qatıldığı üçün akademiaydan atılmışdır. Təhsilini davam etdirmək üçün İspaniyaya getmiş, daha sonra Parisə yerləşmişdir. Orada Pablo Pikasso və Amadeo Modilyani kimi insanlarla dost olmuşdur. 1920-ci ildə İntibah dövrünün freskalarını araşdırmaq üçün İtaliya səyahət etmişdir.
Dieqo Simeone
Dieqo Pablo Simeone (isp. Diego Pablo Simeone; 28 aprel 1970-ci il, Buenos-Ayres) Argentinalı futbolçu və futbol məşqçisi. 2006-cı ildə futbolçu karyerasını bitirmədən öncə, dəyaq yarımmüdafiəçi mövqeyində oynuyurdu. Hal hazırda Atletiko Madrid klubunun baş məşqçisidi. 24 mart 2015-ci ildə o, klubla 2020-ci ilə qədər müqaviləsini uzatdı.O, Argentina milli futbol komandasında 100-dən çox oyun keçirdib və onun heyətində 1994, 1998 və 2002-ci illərin Dünya Çempionatlarında iştirak edib. Karyerası boyu, Simeone inadcıl yarımmüdafiəçi kimi tanınırdı, hansıki həm rəqibdən topu ala bilirdi, həm hücümü başlıyırdı, həmdə özü qol vurmaq bacarığındaydı. O, ilk növbədə öz liderliyi ilə, texnikasıyla, taktiki universallığıyla, ağılıyla, gücüylə, dözümlülüyü ilə seçilirdi. == Klub karyerası == Simeonenin ilk peşəkar klubu Velez Sarsfild idi, sonradan 1990-cı ildə o, İtlaliyanın Piza klubuna keçir. Bu klub 1990-1991-ci ilin sezonunda Seria A-nı tərk edir və növbəti ildə ali liqaya yenidən yüksələ bilmir. Simeone yeni klubu Sevilya olur.
Dieqo Tristan
Dieqo Tristan Errera (5 yanvar 1976, Sevilya) — İspaniya futbolçusu. == Həyatı == Dieqo Tristan 1976-cı ildə İspaniyanın Sevilya şəhərində doğulub. Hücumçudur. Futbolçu karyerasına "Betis" klubunda başlayıb. 1999-cu ildə "Malyorka" klubuna transfer olub. "Malyorka"nın heyətində 35 matçda 18 qola imza atıb. 2000-ci ilin yayında isə "Deportivo" klubuna transfer edilib. Burada 179 oyunda meydançaya çıxıb və 87 qol vurub. O, 2001–2002-ci il mövsümündə 21 qolla İspaniya Primerosunun bombardiri olub. 2006-cı ildə "Malyorka"ya transfer olan futbolçu bu komandanın heyətində 13 matçda meydana çıxsa da, qol vura bilməyib.
Dieqo Velaskes
Dieqo Velaskes - (isp. Diego Velázquez) (6 iyun 1599 - 6 avqust 1660) - İspaniyalı rəssam. == Həyatı == 6 iyun 1599-cu ildə portuqaliyalı bir Yəhudi olan vəkil ata (Juan Rodríguez de Silva) ilə zadəgan bir ailədən gələn ananın (Jerónima Velázquez) ilk oğlan övladı olaraq dünyaya gəldi. O dövrdə İspaniyada ailənin ilk oğlan övladının ananın qızlıq soyadını alması ənənə olduğundan, Velaskes soyadını aldı. Dieqo Velaskes dil öyrəndi, fəlsəfə oxudu, rəsm dərsləri aldı. İlk rəsm müəllimi məşhur rəssam Francisco de Herrera idi. Uzun tüklü fırçalarla rəsm çəkməyi böyük ehtimal ki, ondan öyrəndi. Velaskes, sərt təbiətli yaşlı bir rəssam olan Francisco de Herrera ilə bir ilə yaxın müddətdə çalışdıqdan sonra, 12 yaşında olarkən, daha pis rəssam lakin daha yaxşı müəllim olan Francisco Pacheco'nun şagirdi oldu. Beş il onunla işlədi. Müəllimi Sevilyadakı sənət adamlarına yaxın olduğundan, Velaskes dövrün ədəbiyyat və sənət dəyişkənliklərini yaxından təqib etməyə başladı və gələcəkdə saraya girməyində müəlliminin köməyi oldu.