Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nordovıy
Nordovıy — Daimi yaşayış yeri olmayan, dəniz quşlarının məskən saldığı ada. Ada Xəzər dənizinin qərbində Kizlyar körfəzində yerləşir. İnzibati cəhətdən Rusiya federasiyası Dağıstan Respublikası ərazisinə daxildir. Bryansk burnundan 15 aralıda yerləşir. Onun eni 0,4 km, uzunluğu 2,2 km təşkil edir.
Norviç
Noric və ya Norviç (ing. Norwich) — Böyük Britaniyada, İngiltərədə şəhər. Norfolk qraflığında yerləşir və regionun inzibati mərkəzidir. XI əsr ərzində Norviç İngiltərədə Londondan sonra ikinci ən böyük şəhər idi. Sənaye inqilabına qədər Noric İngiltərənin ən sıx məskunlaşmış qraflığının paytaxtı olmuşdur. 2011-ci il siyahıyaalınmasına görə Noric 213,166 nəfər əhalisi var. 2012-ci ilin mayında Noric İngiltərənin ilk YUNESKO Ədəbiyyat Şəhəri seçilmişdir.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Caltha gorovii
Bataqlıq sunərgizi (lat. Caltha palustris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin sunərgizi cinsinə aid bitki növü. == Sinonimləri == Caltha alpestris Schott, Nyman & Kotschy Caltha alpina (Schur) Schur Caltha arctica R.Br. Caltha arctica subsp. caespitosa (Schipcz.) Khokhr. Caltha arctica subsp. caespitosa A.P. Khokhr. Caltha arctica subsp. membranacea (Turcz.) Khokhr. Caltha arctica subsp.
Konstantin Korovin
Konstantin Korovin (rus. Константи́н Алексе́евич Коро́вин) (5 dekabr 1861, Moskva – 11 sentyabr 1939[…], Paris) — rus əsilli rəssam. == Həyatı == Konstantin Korovin tacir ailəsində 1861-ci ildə Moskva şəhərində anadan olmuşdur. Atası Aleksey Mixayloviç Korovin universitet təhsili almış, anası isə soylu bir ailədən gəlirdi. Konstantin babası tərəfindən yaradılan ailə biznesindən daha çox incəsənət və musiqi ilə maraqlanırdı. Konstantinin böyük qardaşı Sergey Korovin görkəmli realist rəssam idi. Konstantinin qohumu İllarion Pryanişnikov da vaxtı ilə görkəmli rəssam və Moskva Rəssamlıq məktəbində müəllim idi. 1875-ci ildə Konstantin , Vasili Perov və Aleksey Savrasov ilə Moskva Rəssamlıq məktəbinə daxil olmuşdur. Onun qardaşı Sergey artıq məktəbdə tələbə idi. Tələbəlik illərində Konstantin Valentin Serov və Isaac Levitan ilə dost oldu, həyatı boyunca bu dostluğu davam etdirdi.
Korovin adası
Korovin adası (ing. Korovin Island, esk. Tanĝanuk) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Adanın sahəsi 67,85 km²-dir. XVIII əsrin ikinci yarısında rus dənizçisi İvan Korovinin şərəfinə adlandırılmışdır.
Nordvik buxtası
Nordvik buxtası — Laptevlər dənizinin cənub-qərbində, Taymır yarımadasının şərqində yerləşir. Materikin daxilinə 37 km məsafədə uzanır. Eni 37 km-dir. Maksimal dərinlik 39 metrdir. Buxta Xatanqa körfəzində Xara-Tumus və Norvik yarımadası arasında yerləşir. Buxta 1739-cu ildə «Yakutsk» şlyupunda kəşf edilmişdir. "Şimal" mənasını verir. 1930-cu illərdə bura çoxlu burqıranlar toplanırdı. Şimal Dəniz yolu üzərində yerləşən Tiksi və Şmidt burnu qəsəbələrində hava limanları inşa edilmişdi. Nordvik qədəbəsi isə şəhər şəhərə çevrilməli idi.
Somovit burnu
Somovit burnu (bolq. нос Сомовит, ‘Nos Somovit’ \'nos 'so-mo-vit\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Bransfild boğazından 500 m aralıda, Kruni buxtası ilə Tsepina buxtası arasında yerləşmişdir. Burun Batuliya burnundan 900 m şimal-qərbdə, Kitçen burnundan isə 1.1 km cənub-qərbdə yerləşmişdir. Burun şimali Bolqarıstanda yerləşən Somovit şəhərinin adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Vado Korovin
Vado Arnoldoviç Korovin — 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. Vado “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxışları olduqca parlaq olub. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2023-cü ildən Space TV-nin direktorudur.
Vladimir Horovits
Vladimir Samoyloviç Horovits (ing. Vladimir Horowitz) — yəhudi əsilli sovet və amerika pianoçusudur. Musiqi tarixinin ən görkəmli pianoçularından biridir. == Bioqrafiyası == 1903-cü ildə Kiyevdə mühəndis və iş adamı, sonradan (1912) elektrik avadanlıqları satan şirkətin sahibi Samuil İoaximoviç Horovitsin (1871-1940) və onun həyat yoldaşı V.V. Puxalski adına Kiyev Musiqi Texnikumunun məzunu Sofiya (Sonya) Yakovlevna Horovitsin (1872-) 1930 ) ailəsində anadan olub. Atanın doğum şəhadətnaməsində (1871) onun Berdiçevdən olan ikinci gildiya taciri Yoahim Samuiloviç Horovitsin oğlu olduğu göstərir. Valideynləri 1894-cü ildə evlənmişdilər. Ailənin Kiyevdə doğulmuş, əvvəl Kiyev Musiqi Kollecində, sonra Konservatoriyada musiqi təhsili alan dörd övladı var idi: Yakov (1895-1915), Regina (1900-1984) və Vladimir - pianoçu, Qriqori (1901-1945) isə - skripkaçı idi. Vladimirə (eləcə də digər övladlarına) musiqi sevgisini aşılayan anası idi. Əvvəlcə anası özü Vladimirlə məşğul olurdu. O, 1913-cü ilin yanvarında (həmin ilin yayında konservatoriyaya çevrilən) Kiyev Musiqi Məktəbinə daxil olur.
Yevgeni Korovin
Yevgeni Korovin (tam adı: rus. Евге́ний Алекса́ндрович Коро́вин; 12 (24) oktyabr 1892, Moskva – 23 noyabr 1964, Moskva) — beynəlxalq hüquq üzrə ixtisaslaşmış Sovet hüquqşünası. Moskva Dövlət Universitetində, BMT-də və Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində bir sıra vəzifələrdə çalışıb. == Həyatı == Korovin 1915-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinin ilk illərində Moskvanın, Diplomatik Akademiya da daxil olmaqla, bir çox ali təhsil müəssisələrində mühazirə deyib. 1923-cü ildə Moskva Dövlət Universitetində hüquq üzrə professor adını alıb. Həmin dövrdə Korovin o zamankı SSRİ Hüquq İnstitutunda (indiki Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu) assistent kimi fəaliyyət göstərirdi. Korovin 1935-ci ildə Amerika Politologiya Akademiyasının üzvü olur. 1938-ci ildə hüquq üzrə doktorluq tezisini müdafiə edir. Sovet Ordusunun hərbi hüquq akademiyasında işləyir və 1945-1946-cı illərdə çox qısa müddətə BMT-nin Hazırlıq Komissiyasında çalışır.
İrvinq Lyuis Horovits
İrvinq Lyuis Horovits (ing. Irving Louis Horowitz; 25 sentyabr 1929, Nyu-York, Nyu-York ştatı – 21 mart 2012, Prinstom, Nyu Cersi) — ABŞ sosioloqu, yazıçısı, professoru. O, öz sahəsində geniş yazılar dərc etmiş və dərslər demişdir. Horovits Argentina, Hindistan, Yaponiya, Meksika, Kanada və Rusiya universitetlərində dərs demişdir. O, 1994-cü ildə nəşr etdirdiyi "Professing Sociology" kitabı ilə tanınır və o, burada, sosiologiyanın həddindən artıq ideoloji nəzəriyyəyə üstünlük verilməsi və siyasətə açıq-aşkar diqqət verilməməsi səbəbindən tənəzzülə uğradığını iddia etmişdir. == Seçilmiş əsərləri == The Anarchists (1964) Winners and Losers: Social and Political Polarities in America (1984); a criticism of left-wing fascism Cuban Communism: 1959–2003. 11th edition. The Long Night of Dark Intent: A Half Century of Cuban Communism. Transaction Publishers (2011). The War Game, Transaction Publishers (2013), Edited and with a new Introduction,"Conflagration and Calculation," by Howard G. Schneiderman Professing Sociology: Studies in the Life Cycle of the Social Sciences, Transaction Publishers (2014), with a new Introduction — "Fugitive Thoughts Tamed," by Howard G. Schneiderman == İstinadlar == == Əlavə ədəbiyyat == Martin, Douglas.