Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Notarius
Notarius (ing. Notary) - Notariat kontorlarında fəaliyyət göstərən hüquqi təhsili olan şəxs. Notarius əsasən dövlət ilə vətəndaşlar arasında olan hüquqi münasibətlərin tənzimlənməsində və sənədlərin möhür ilə təsdiq edilməsi ilə məşğul olur. Notarius fəaliyyəti göstərən şəxslərin hüquqşunaslıq savadının olması əsas şərtlərdən biridir. == Tarixi == Notariatın yaranması və inkişafının əsasları hələ Qədim Romada qoyulmuşdur. Həmin dövrdə Romada mirzələr adlandırılan xüsusi vəzifəli şəxslər institutu olub. Onlara ictimai-hüquqi səciyyəli yazılı sərəncamların rəsmiləşdirilməsi, məhkəmə jurnallarının, müxtəlif bildirişlərin və xahişlərin aparılması səlahiyyətləri verilibmiş. Mirzələr o vaxt dövlət qulluğunda və özəl şəxslərin təminatında olmaqla iki dərəcəyə bölünürdülər. Romada mülki dövriyyənin sonrakı inkişafı müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına gətirib çıxarıb. Tabelionlar azad adamlar idi və ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəmə sənədlərinin tərtib edilməsi ilə məşğuluydular.
Louis Notarius Kitabxanası
Louis Notarius Kitabxanası — 1909-cu ildə əsası qoyulmuş Monako Milli Kitabxanası. 1925-ci ildən Monakoda qanuni depozit kitabxanası olmuşdur. Burada 400.000-dən çox kitab saxlanılır. Moneqask yazıçısı Lui Notariusun şərəfinə adlandırılmışdır. == Təsviri == Louis Notarius Kitabxanasının kolleksiyalarında aşağıdakı sahələrdə əsərləri təmsil edən təxminən 400.000 əşya var: Fransız bədii ədəbiyyatı, humanitar elmlər, təsviri incəsənət və musiqi. Kitabxananın kolleksiyaları birbaşa çıxışı olan üç otağa bölünür və əməkdaşların xahişi ilə arxivlər əldə edilə bilər. Antik kolleksiyaya nadir və antik kitablar, orijinal avtoqraflı nəşrlər, geniş yazışmalar, 1000 köhnə jurnal və 900 bədii kitab daxildir. Burada həmçinin 300 avanqard jurnal, ilk növbədə futurist, dadaist və sürrealist kolleksiyası var. 1933-cü ildə yazıçı Pol Ginisti kitabxanaya Şahzadə II Lüdovikin şəxsi kolleksiyasından müəllifin imzası ilə orijinal nəşrlərdən ibarət 7000 əşyanı vəsiyyət edib. 1997-ci ildə Marina Skryabina əmisi olan yazıçı və musiqişünas Boris de Şlözerin arxivini və yazışmalarını bağışladı.
Euseius notatus
Euseius notatus (lat. Euseius notatus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Senecio orarius
Senecio orarius (lat. Senecio orarius) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Azərbaycanda notariat institutunun yaranması
Azərbaycanda notariat institutunun yaranması - Azərbaycanda notiarat sisteminin keçdiyi tarixi dövrü özündə birləşdirən mərhələ. == Sistemin yaradılması == XIX əsrin əvvəllərində Çar Rusiyası Azərbaycanı zəbt etdikdən sonra 1814-cü ildə Qafqaz üzrə Baş Müdirin göstərişi əsasında müvəqqəti dairə məhkəmələri təsis edilib. Onlar məhkəmə, inzibati və polis işləri ilə yanaşı, notariat funksiyalarını həyata keçiriblər. 1864-cü ildə aparılan məhkəmə islahatı Rusiyada və onun əyalətlərində notariat sisteminin yenidən qurulmasına səbəb olur. 1866-cı ildə isə notariat sahəsi haqqında Əsasnamə qəbul edilib və bu Əsasnamədə notarius vəzifəsinin təsis edilməsi nəzərdə tutulub. Təxminən bir ildən sonra, yəni 1867-ci il dekabrın 9-da Qafqaz vilayətində 20 noyabr 1864-cü il tarixli məhkəmə əsasnamələrinin tətbiq edilməsi barədə qanun qəbul olundu. Həmin qanuna əsasən Bakı dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Bakı quberniyasının özəl notariuslarının kontorları açıldı. Bir qədər sonra isə Qafqaz Canişininin 12 fevral 1868-ci il tarixli yazılı göstərişinə əsasən Yelizavetpol dairə məhkəməsinin böyük notariusunun kontoru və onun tabeçiliyində olan Yelizavetpol quberniyasının özəl notariuslarının kontorları yaradıldı. Belə bir addımın atılması Yelizavetpol quberniyasının yaradılması ilə əlaqədar idi. Daha sonralar isə Azərbaycanın müxtəlif bölgələrində notariat kontorları açılıb.
Notorious B.I.G.
Notorious B. I. G. (əsl adı Kristofer Corc Lator Vallas; 21 may 1972 – 9 mart 1997, Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — afro-amerikan hip-hop ifaçısı, Şərqi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri. == Ölümü == 1997-ci ildə Kaliforniya ştatında qətlə yetrilmiş Nyu-Yorkun rep kralının ölümündə şübhəli tərəflər kimi LAPD-nin (Los Angeles Polis Departeamenti) üzvləri, quldur dəstələri və sənətdə rəqibi olan və ondan 7 ay əvvəl ölmüş Tupak Şakur'un adamları göstərilir. Ölümündən əvvəl "Ready to Die" ölümündən sonra isə "Life after Death" albomlarına müəlliflik etmişdir.
The Notorious B.I.G.
Notorious B. I. G. (əsl adı Kristofer Corc Lator Vallas; 21 may 1972 – 9 mart 1997, Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — afro-amerikan hip-hop ifaçısı, Şərqi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri. == Ölümü == 1997-ci ildə Kaliforniya ştatında qətlə yetrilmiş Nyu-Yorkun rep kralının ölümündə şübhəli tərəflər kimi LAPD-nin (Los Angeles Polis Departeamenti) üzvləri, quldur dəstələri və sənətdə rəqibi olan və ondan 7 ay əvvəl ölmüş Tupak Şakur'un adamları göstərilir. Ölümündən əvvəl "Ready to Die" ölümündən sonra isə "Life after Death" albomlarına müəlliflik etmişdir.