Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Notonia
Kleinia (lat. Kleinia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Notonia DC. Notoniopsis B.Nord.
Nanisa (Əcəbşir)
Nansa (fars. نانسا‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 899 nəfər yaşayır (234 ailə). Əhalisi Azərbaycan türkləridir. Bu kəndin əhalisi türkcə danışırlar.
Totnis funtu
Totnis funtu — İngiltərənin Devon qraflığının Totnis şəhərində dövriyyədə olan alternativ regional valyuta . Bu xüsusi inkişaf qrupunun şəhərin inkişafı üçün nəzərdə tutduğu konsepsiyanın bir hissəsidir. Totnis funtu ideyası 2007-ci ilin mart ayında Totnisin iqtisadiyyat və yaşama imkanlarını müəyyənləşdirən qrup tərəfindən irəli sürülüb. Qrup bildirirdi ki, "iqtisadi lokalizasiya keçid dövrünün əsas aspektlərindədndir və həm yerli iqtisadiyyatı mıhkəmləndirir, həm də pulların kənara axmasının qarşısını alır". Təşəbbüskarlar yerli funtun tətbiqindən aşağıdakı faydaları gözləyirlər : Dövriyyədə olan pul vasitəsilə yni münasibətlər yaranacaq İnsanlar pulu hara xərclədiklərini düşünəcəklər Yerli ticarət həvəsləndiriləcək Turistlər yerli müəssisələrdən istifadəyə həvəsli olacaqlar 1 Totnis funtu 1 funt sterlinqə bərabərdir. 2008-ci ilin dekabrında Totnis funtu eBay sistemində £ 13,02 satılıb. 2008-ci ilin sentyabrına 70 yerli müəssisə Totnis funtu qəbul edib. Totnis funtu yerli Colourworks firmasında çap edilir.
Pusa hispida botnica
Baltik dənizi halqaşəkilli suitisi (lat. Pusa hispida botnica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinin halqaşəkilli suiti növünə aid heyvan yarımnövü. Əsasən Baltik dənizinin buzlu, soyuq sularında yaşayır. Əsasən İsveç, Finlandiya Estoniya və Rusiya dövlətlərinin Baltik dəniz sahilləri boyunca rast gəlinir. Onların sayı 6000–9000 arası qiymətləndirilir. Fin körfəzində isə 200 baş müəyyən edilmişdir. Ən böyük yerləşim yeri Xanqeloda adasıdır. Tükənmə təhlükəsi olan növlər siyahısına daxil edilmişdir. Yetkin fərdin uzunluğu 100–160 sm, çəkisi isə 45–90 kq təşkil edir.