Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reçnoy adası
Reçnoy adası — Yapon dənizində, Amur körfəzi ərazisində, Vladivostokdan 19 km cənub-qərbdə, Tavriçankadan 6 km cənub-qərbdə yerləşən kiçik ada. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Volno-Nadejdin rayonu ərazisinə daxildir. Öz adını ondan 5 km aralıda körfəzə tökülən Razdolnaya çayından almışdır. Yerli əhali bəzən adanı «Reçnaya Korvijka» olaraq adlandırırlar. Bu isə cənub-şərqdə yerləşən Skrebsov adasına verilən Kovrijka adı ilə bağlıdır. Ada cənub-qərbdən şimal-şərqə doğru 200 metr məsafədə uzanır. Adanın maksimal eni 75 metrdir. Adanın sahəsi 1,18 ha-dır. Üzəri tamamən düzəndir. Şimalı istisna olmaq şərti ilə sahilləri sıldırımlıdır.
Viktor Korçnoy
Viktor Lvoviç Korçnoy (Rusca: Ви́ктор Льво́вич Корчно́й; (23 mart 1931 – 6 iyun 2016) peşəkar şahmat oyunçusu, müəllif və son zamanlaradək turnir sxemində ən yaşlı fəal qrosmeysterdir. O geniş kütlə tərəfindən heç vaxt Dünya Şahmat Çempionu olmamış ən güclü oyunçu hesab edilir. Bu ad üçün əsas alternativ seçim isə Pol Keresdir. Sankt-Peterburq (Leninqrad), Sovet İttifaqında anadan olan, Korçnoy 1976-cı ildə Niderlanda keçmiş və uzun illər İsveçrədə yaşamışdır. Korçnoy Anatoli Karpova qarşı üç oyun keçirmişdir. 1974-cü ildə o Namizədlərin final görüşünü 1975-ci ildə Bobbi Fişerin öz titulunu müdafiədən imtina etməsi nəticəsində 1975-ci ildə dünya çempionu elan olunmuş Karpova məğlub oldu. O, sonra iki ardıcıl Namizədlər tsiklində qalib gəlməklə 1978 və 1981-ci illərdə Karpov ilə Dünya Çempionluğu oyunlarına vəsiqə qazandı, lakin hər iki oyunda məğlub oldu. Korçnoy Dünya Çempionluğuna 10 dəfə namizəd olmuşdur (1962, 1968, 1971, 1974, 1977, 1980, 1983, 1985, 1988 and 1991). O, həmçinin, 4-qat SSRİ şahmat çempionu, beş dəfə Avropa çempionatını qazanan Sovet komandalarının üzvü və altı dəfə Şahmat Olimpiadasını qazanan Sovet komandalarının üzvü olmuşdur. 2006-cı ilin sentyabr ayında o, Yaşlılar Arasında Şahmat üzrə Dünya Çempionatını qazanmışdır.
Koçno daşı
Koçno daşı (ing. Cochno Stone) — Şotlandiyada Koçno ferması (Vest Danbartonşir dairəsi) yaxınlığında tapılmış müəmmalı daş plitə. Daş 1887-ci ildə şotlandiyalı arxeoloq Ceyms Harvi Klaydbank şəhəri yaxınlığındakı fermada tapılmışdır, ölçüləri 9x18 metrdir. Qısa müddət sonra bu daş bütün dünyanın bir çox alimlərinin marağına səbəb oldu. Çünki daşın üzərində məzmunu məlum olmayan petroqliflər çizilmişdi. Tədqiqatçılar hələ də dairə, xətt və spiral formasında olan sirli simvolları oxuya bilməyiblər. Amma daş plitənin 5 min il əvvələ aid olduğu üzə çıxıb. Zaman keçdikcə Koçno daşı təkcə alimlərin yox, həm də çoxsaylı turistlərin marağına səbəb oldu. Amma turistlərin marağı daşın məhv olması ilə nəticələnə biləcəyi üçün 1965-ci ildə yerli idarəetmə orqanları daşı torpağa basdırdılar və gələcək nəsillər üçün saxladılar. Ehtimal edilirdi ki, petroqliflər gələcəkdə oxuna bilər.
Bonnöy-an-Frans
Bonnöy-an-Frans (fr. Bonneuil-en-France) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 774 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 14 km şimal-şərqdə, Serji belediyyənin 29 km şərqdə yerləşir.
Luici Nono
Luici Nono (it. Luigi Nono; 29 yanvar 1924[…], Venesiya – 8 may 1990[…], Venesiya — İtaliya bəstəkarı. == Həyatı == Luici Nono 29 yanvar 1924-cü il tarixində İtaliyanın Venesiya şəhərində anadan olmuşdur. İtaliya Kommunist Partiyasının üzvü, 1975-ci ildə İtaliya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. İkinci Dünya müharibəsi illərində İtaliya Müqavimət hərəkatında iştirak etmişdir. Nono 8 may 1990-cı il tarixində, 66 yaşında Venesiya şəhərində vəfat etmişdir. == Yaradıcılığı == 1950-ci illərdə Nono Pyer Bulez və Karlhayns Ştokhauzen ilə birlikdə musiqidə avanqardizmin başçılarından olmuşdur. Nono "Federiko Qarsia Lorkaya epitafiya" (1953), "Yarımçıq mahnı" (1956; ölümə məhkun olunmuş Avropa Müqavimət hərəkatı mübarizlərinin, o cümlədən sovet vətənpərvərləinin məktubları əsasında), "Hiroşima körpüsündə həyat və məhəbbət mahnıları" (1962) kantataları, "1958-ci il Polşa gündəliyi" (1959; həbs düşərgələrini gəzdikdən sonra yazmışdır) orkestr kompozisiyası, "Dözülməzlik 1960" (1961), "Məhəbbətlə dolu böyük günəş altında" (1975) operaları, "Kabus dünyanı dolaşır" (1970) vokal-elektron kompozisiyası və s. əsərlərində aktual problemləri müasir mövzulara müraciət etmiş, faşizmə, zorakılığa qarşı çıxmışdır. Nono həmçinin, həyat gözəlliklərini vəsf edən lirik əsərlərin müəllifidir.