Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Obelia
Obelia (lat. Obelia) — campanulariidae fəsiləsinə aid heyvan cinsi.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır. Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Cozef Kudelka
Cozef Kudelka (10 yanvar 1938[…], Boskovitsə[d][…]) – çexiyalı fotoqraf. == Bioqrafiyası == Cozef Kudelka 1938-ci ilin 10 yanvarında Çexiyanın Moraviya əyalətinin Boskovitse şəhərində anadan olub. 1956–1961-ci illərdə Praqada Çexiya Texniki Universitetində oxuyub Mühəndislik Dərəcəsi alıb. O, fotoqrafiyaya öz ailə üzvlərini və ətrafındakı dost-tanışı çəkməklə başlayıb. İlk fotosərgisi 1961-ci ildə olub. Sonralar Praqa və Bratislavada təyyarəçilik mühəndisi kimi işləyib. O, teatr jurnallarından sifarişlər qəbul etməyə başlayır və mütəmadi olaraq öz Rolleiflex aparatı ilə səhnə fotoları çəkir. 1967-ci ildə Kudelka öz mühəndislik karyerasından imtina edib bütövlükdə fotoqrafiya ilə məşğul olmağa qərar verir. 1968-ci ilin avqustunda Sovet işğalından iki gün əvvəl o, Rumıniyada qaraçılar haqqındakı layihəsini çəkib geri qayıdır. O, Çexiya islahatlarını boğan və Praqanı zəbt edən Varşava Paktının hərbi gücünü görür və bu hadisələri lentin yaddaşına köçürür.
Yozef Kudelka

Obelia bidentata
Obelia bidentata (lat. Obelia bidentata) — obelia cinsinə aid heyvan növü.
Obelia dichotoma
Obelia dichotoma (lat. Obelia dichotoma) — obelia cinsinə aid heyvan növü.
Obelia geniculata
Obelia geniculata (lat. Obelia geniculata) — obelia cinsinə aid heyvan növü.
Belka-Snejna mağarası
Belka-Snejna mağarası (pol. Jaskinia Wielka Śnieżna) — Polşanın cənubunda, Qərbi Tatranın Malolonçnyak dağlarında karst məşhəlli mağara. Mağara Tatra Milli Park ətazisində yerləşir. Onun uzunluğu 23 753 m, qərinliyi isə 824 m təşkil edir. Bu göstərici ilə Polşanın ən uzun və dərin mağarasıdır. == Morfologiya == Belka-Snejna mağarası 5 girişi vardır. Əvvəllər bu girişlər fərqli mağaraların birişi olaraq hesab edilirdi: Qarlı mağara (pol. Jaskinia Śnieżna) — 1701 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. 1959-cu ildə kəşf edilmişdir. Böyük qarlı mağaradının əsas hissəsini təşkil edir.
Belka və Strelka
Belka və Strelka — kosmonavt-itlər. 19 avqust 1960-cı il tarixində Sputnik 5 kosmik gəmisində kosmosa uçmuşlar. Missiyanın məqsədi orqanizmlərin kosmosun çəkisizlik şəraitinə reaksiyalarını yoxlamaq idi. Onları 42 siçan, boz dovşan, iki siçovul, milçək və bir neçə bitki və göbələk müşayiət edirdi. Sputnik 5 Yer ətrafında 17 dövr edib və orbitdə 27 saat olub. Onlar Yer kürəsinin orbitinə çıxan və sağ-salamat qayıdan ilk yerdə doğulmuş canlılar idi. Strelka yer əsaslı kosmos təcrübələrində iştirak edən lakin heç vaxt kosmosda olmayan Puşok adlı erkək itdən altı bala sahibi oldu. Balalardan birinə Puşinka (rus. Пушинка) adı verildi və 1961-ci ildə Nikita Xruşşov tərəfindən prezident Con Kennediyə hədiyyə edildi. == İrsi == 2010-cu ildə Belka və Strelka: Ulduz İtlər(ru) adlı rus bədii cizgi filmi buraxıldı.