Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Osmancık
Osmancık — Türk ədəbiyyatında Osmanlı dövlətinin yaranma tarixindən bəhs edən roman. == Müəllif == Tarık Buğra Cümhuriyyət dövrü türk ədəbiyyatı yazıçılarındandır. Hekayə, roman, xatirə janrlarında əsərlər yazmışdır. Osmancık romanı 1983-cü ildə Tarık Buğra tərəfində qələmə alınmış Osmanlı dövlətinin yaranma tarixindən bəhs edən tarixi romandır. == Osmancık == Roman ölüm döşəyində olan Osman Qazinin Bursanın fəthi xəbərini gözləməsi ilə başlayır, Osman Bəyin uşaqlıq və gənclik illərinə səyahəti başlayır. Osmancık atası Ərtoğrul Qazinin bəy olduğu dövrdə həyəcanlı, dəli-dolu və ipə-sapa sığmaz cəsur bir igid idi. Ancaq heç kim onun atasını əvəz edə biləcəyini düşünmürdü. Kayı tayfasında hər kəs tərəfindən hörmət edilən Şeyx Eda Balı aqressiv davranışlarına görə Osmancığa xəbərdarlıq edir. Osmancık həm də Eda Balinin qızı Malhun Hatunu sevir. Şeyx Eda Balı bu davranışlarına görə Osmancığın qızı ilə evlənməsinə icazə vermir.
Obmannıy adası
Obmannıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 400 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Bazovıy adası 1,5 km şimal-qərbdə, Zabor adası 3.8 km şimal-qərbdə və Kolosov adaları 4,2 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 1,9 km, eni 1,6 km-dir. Cənub və şərq hissələri qayalıqdır, burada hündürlük 6 metrdir. Maksimal hündürlük 15 metrdir. Ada alcaqboylu otlarla örtülü olur.