Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oboyan
Oboyan (rus. Обоянь) — Rusiyanın Kursk vilayətində şəhər, Oboyan rayonunun mərkəzi. Dəmiryol stansiyası var. Eksperimental ağac plitələr, avtomobil təmiri zavodları, mebel fabriki, tikinti materialları kombinatı, yeyinti sənayesi müəssisələri, kitabxanaçılıq, texnikumu, pedaqoji məktəb var. XVII əsrdə salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Донченко Ю. В. Курская губерния на старой открытке. — Курск: Курский областной комитет государственной статистики, 2004. — 336 с. — 3000 экз. — ISBN 5-901958-02-2..
Qoytı
Qoytı (çeçen. ГӀойтӀа ) kəndi Çeçenistan Respublikasının Urus-Martan rayonunda yerləşir. Qoytı kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Qoyta çayının (Sunjanın sağ qolu) və Sənaye kanalının hər iki sahilində yerləşir. Qroznıdan 12 km cənubda, Qafqaz federal magistral yolundan 7 km cənubda və Urus-Martan şəhərindən 3 km şimal-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə Urus-Martan, şimal-qərbdə Alxan-Yurt, şimal-şərqdə Qikalo, şərqdə Qədim Ataqi, cənubda Miçurina, Qoyskoye və Alxazurovo. == Tarixi == Kənd haqqında ilk məlumat 1785-ci ildə, Qafqaz müharibəsi tarixində, Şeyx Mənsurun Qoytı kəndindən bir qızla evləndiyi qeyd olunur. 1822-ci ildə Qoytı və Urus-Martan kəndləri polkovnik Qrekov tərəfindən dağıdıldı. 1918-19-cu illərdə Sovet hökumətini dəstəkləyən Taştamir Elderxanovun rəhbərliyi ilə Çeçenistan Xalq Şurası bu kənddə yerləşirdi. Qoytı Şurası, A.Şeripovun komandanlığı ilə Çeçenistan Qırmızı Ordusunu yaratdı.
Eduard Kokoytı
Eduard Kokoytı, Kokoyev (oset. Кокойты Джабейы фырт Эдуард; 31 oktyabr 1964, Sxinval) — Cənubi Osetiya Respublikasının ikinci prezidenti. 2001-ci ildə keçirilən prezident seçkilərində birbaşa müxalifət namizədi olaraq prezident seçilir. 2006-cı ildə keçirilən prezident seçkiləri nəticəsində yenidən Cənubi Osetiya Respublikasının Prezidenti vəzifəsinə seçilmişdir. 9 dekabr 2011-ci ildə Alla Cioyevanın tərəfdarlarının mitinqlərindən sonra prezidentlikdən vaxtından əvvəl istefa vermək məcburiyyətində qalır. Eduard Kokoytı Cənubi Osetiya Respublikasının mövcud qanunvericiliyinə görə, növbəti prezidentin andiçmə mərasiminə qədər prezident vəzifəsini icra etməsi lazım olduğuna baxmayaraq, istefa verməyə razılıq verir. == Bioqrafiyası == 31 oktyabr 1964-cü ildə Tsxinvalidə anadan olmuşdur. Həmin şəhərin 5 nömrəli orta məktəbini bitirir. Poçt şöbəsində elektrikçi işləyir. 1980-ci ildə sərbəst güləş üzrə Gürcüstan SSR çempionu olur və idman ustası adına layiq göürülür.
Milton Obote
Milton Obote (ing. Apollo Milton Obote) - Uqandanın müstəqillikdən sonrakı ilk Prezidenti (1962-1966) və Baş Naziri (1966-1971, 1980-1985). Ölkəsinin müstəqillik əldə etməsində önəmli rol oynamış, iki dəfə hərbi çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılmışdır. == Həyatı == Əsil adı Apollo Milton Obote olan Milton Obote 1925-ci ilin 25 dekabr tarixində Uqandada dünyaya gəlib. 1948-1949-cu illərdə paytaxt Kampala şəhərində yerləşən Makerere Kollecində təhsil aldığı zaman, siyasi fəaliyyətləri səbəbindən təhsil kompleksindən kənarlaşdırılmışdır. Dönəmin hakimiyyəti Obotenin Amerika Birləşmiş Ştatları və Almaniyada ali təhsil almağa imkan verən təqaüd proqramlarındanda istifadə etməyə mane olduqdan sonra Obote, 1950-ci ildə Keniyaya yollanmışdır. Keniyada müxtəlif işlərdə işlədiyi dövrdə, Uqandanın azadlıq hərəkatına dəstək vermiş və Keniya Afrika İttifaqına üzv olmuşdur. 1957-ci ildə ölkəsinə qayıdaraq Uqanda Xalq Konqresi Partiyasına üzv olmuş; növbəti il parlamentdə təmsil olunmaq hüququ qazanmışdır. Uqanda Xalq Konqresi Partiyasının parçalanmasından sonra Uqanda Xalqının Birliyi təşkilatı ilə birləşərək Uqanda Xalq Partiyasını təsis etmişdir. Partiyanın əsas məqsədi, Kral II Mutesa rəhbərliyindəki Buqanda dövlətinin Uqandadakı varlığına son qoymaqdan ibarət idi.
Molodıye boytsı vostoka
Molodıye boytsı vostoka (azərb-kiril. Молодыје бојтсы востока, rus. Молодые бойцы востока; mənası – Şərqin gənc döyüşçüləri) — Azərbaycanda jurnal, Şərq Gəncləri Şurasının orqanı. Yeganə nömrəsi 1921-ci ilin yanvarında, Azərbaycan, rus və fars dillərində, Bakı şəhərində çıxmışıdır. Jurnalda Şərq gənclərinin həyatı və inqilabi mübarizəsini əks etdirən yazılarla yanaşı, Şərq gənclərinin 1920-ci ilin sentyabrında Bakıda keçirilmiş I qurultayı haqqında məlumat, qurultayın Manifesti, nizamnaməsi və b. materiallar da dərc olunmuşdur.