Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brezno
Brezno (slovak. Brezno, alm. Bries(en)‎, mac. Breznóbánya) — Slovakiyanın mərkəzində, Filiz dağlarının yamaclarında və Qron çayının sahilində yerləşir. Əhalisi 23 min nəfərə yaxındır. == Tarix == Brezno haqqda ilk məlumatlar 1265-ci ildə, macar kralı IV Belanın səlnaməsində qiymətli metall hasil edən mədənçi şəhəri "Berezun" adı ilə qeyd edilmişdi. 1380-ci ildə Brezno şəhər statusu almışdı. XVII əsrdə şəhər ətrafında ağac istehsalına başlanılmışdı, bu da Ştiriyadan olan mühacirlərin bu əraziyə köçməyə bir stimul yaratmışdı. Breznonun yaxınlığında yerləşən Qronetsdə isə metallurgiya zavodu inşa olunmuşdu və bundan sonra bölgə sürətlə inkişaf etməyə başlamışdı. 1650-ci ildə III Ferdinand Breznoya azad kral şəhəri statusu vermişdi.