Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Brusel
Brüssel həmçinin Brüksel (Fransız dili: Bruxelles, Niderland dili: Brussel, Alman dili: Brüssel) - Belçika Krallığının paytaxtı. Haqqında ilk məlumata XI əsr sənədlərində rast gəlinir. 1830-cu ildən Belçikanın paytaxtı, ölkənin iqtisadi, siyasi və mədəni mərkəzidir. == Tarixi == Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb, mənası «bataqlıqda məskən» deməkdir. == Coğrafiyası və iqlimi == Brüsselin iqlimi mülayim dəniz iqlimidir. İlin ən isti ayları iyul və avqust aylarıdır, bu vaxt orta temperatur 17 C olur. Ən soyuq ay orta temperaturu 2,5 C olan yanvardır. İllik orta temperatur 9,7 C, il ərzində günəşli saatların sayı 1585-dir. == Əhalisi == 167 498 nəfər.