Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eucalyptus olsenii
Eucalyptus olsenii (lat. Eucalyptus olsenii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Doqo onseni
Doqo Onsenı (道後温泉) — Ehime prefekturasının Matsuyama şəhərində yerləşən isti bulaqlar. == Tarixi == Doqo onseni Yaponiyadaki tarixi 1000 ildən çox olan ən qədim onsenlarından biridir. Bulaqlar "Manyoşu" (759-cu ildə yazılıb) və "Şahzadə Şötoku" əfsanəsində (574–622) qeyd olunmuşdu. Doqo Onseni yazıçı Natsume Sosekinin (1867–1916) onun Matsuyamada müəllim işlədiyi vaxtlarda ən sevimli yerlərindən biri idi. Sosekinin avtobioqrafik novelası Botçanın baş qəhrəmanı bu onsenə tez-tez ziyarət edir. Müasir hayku şairi Masaoka Şiki (1867–1902), Matsuo Basyonun (1644–1694) tənqidçisi Doqo onsenının rezidenti olub. Onun was a resident of Dōgo Onsen. onun poemaları şəhərin çoxlu yerlərində yaxşı görmək olar. == Təsvir == Onsenın hal-hazırkı binası Doqo Yunomaçi şəhərinin meri İsaniva Yukiyanın təşəbbüsü ilə 1894-cü ildə tikilib. Maksimal tutmluğu üçün üçmərtəbəli tikilən bina bu günə kimi populyarlığını itirmir və axşam vaxtları pik saatlarında boş olmur.
Ouşenin 8 rəfiqəsi
Ouşenin səkkiz rəfiqəsi (stilizə edilmiş: Ouşenin 8 rəfiqəsi; ing. Ocean's 8) — Rejissoru Qari Ross, ssenari müəllifləri Ross və Oliviya Milç olan 2018-ci il istehsalı ABŞ soyğun və komediya filmi. Film Stiven Soderberqin "Ouşenin" trilogiyasının həm davamı, həm də spin-offudur və aktyor heyətinə Sandra Ballok, Keyt Blanşett, Enn Heteuey, Mindi Kallinq, Sara Polson, Awkwafina, Rihanna və Helena Bonem Karter daxildir. Film Nyu-Yorkda yerləşən Metropoliten muzeyində hər il keçirilən "Met Gala" mərasimində böyük soyğun planlaşdıran Denni Ouşenin bacısı Debbi Ouşenin başçılıq etdiyi bir qrup qadından bəhs edir. "Ouşenin on üç dostu" filmi 2007-ci ildə buraxıldıqdan sonra Soderberq seriyanın "zirvəyə çıxmasını" istədiyini deyərək dördüncü filmi çəkmək niyyətində olmadığını bildirdi. Buna baxmayaraq, 2015-ci ilin oktyabrında tamamilə qadınlardan ibarət spin-off elan edildi və aktyor heyətinin çox hissəsi 2016-cı ilin avqustuna qədər təsdiqləndi. Çəkilişlər 2016-cı ilin oktyabrından 2017-ci ilin martına qədər Manhetten ətrafında aparıldı. "Ouşenin 8 rəfiqəsi" filminin premyerası 5 iyun 2018-ci ildə "Alice Tully Hall"da baş tutdu və 8 iyun 2018-ci ildə, "Ouşenin on üç dostu"nun buraxılmasından 11 il sonra Warners Bros. Pictures tərəfindən ABŞ-də ilk baxışa çıxarıldı. Film dünya üzrə 297 milyon ABŞ dolları gəlir əldə etdi və tənqidçilər tərəfindən həm aktyor heyəti, həm də filmin özü müsbət qiymətləndirildi.
Ouşenin 8 rəfiqəsi (film, 2018)