Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oveçi adası
Oveçi adası (fin Lammassaari) — Fin körfəzinin şimal-şərqində, inzibati baxımından Leninqrad vilayətinin Vıborq rayonu ərazisində yerləşir. Verxnı adasından 50 m şimalda, Pojoq adasından isə 100 m cənuba yerləşir. Yaxınlığında Martinsaari və Paatio adaları yerləşir.
Peçka-Banya
Peçka-Banya (serb. Пећка Бања, alb. Banja e Pejës) — Metohiyanın qərbindəki İstok bələdiyyəsindəki qəsəbə. Əslində qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur. Balneoloji bir istirahət bölgəsidir. kurortdur. == Coğrafiya == === Yerləşməsi === Peçka-Banya qəsəbəsi İstok bələdiyyəsində, Qərbi Metohiyada yerləşir. Şimalda Velo icması, cənub-şərqdəki Dobruş icması və cənub-qərbdə isə Peç bələdiyyəsi ilə həmsərhəddir. Priştina şəhərindən 80 km və Peç şəhərindən 12 km məsafədə yerləşir. Yaxınlıqda Ağ Drin və Peçka-Bistritsa çayları var.
Çudo Peçka
"Çudo Peçka" — Bakıda mağazalar şəbəkəsi. "Çudo Peçka" ilk dəfə 6 iyun 2001-ci ildə Bakıda, Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlamışdır. Sonrakı illərdə sayı artaraq, şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. == Mükafatları == 2003 – ABŞ-nin Nyu-York şəhərində keçirilən "Quality Summit"də "Çudo Peçka"ya "Yüksək Keyfiyyət və Biznes Prestiji" sahəsində Qızıl Mükafat verilib. 2004 – Fransanın paytaxı Parisdə "World Quality Commitment"in "Beynəlxalq Planlama üzrə Keyfiyyət Ulduzu" təqdim olunub. 2004 – Avstryanın paytaxtı Vyanada "XXI əsr Prestij və Keyfiyyət üzrə "Actualidad" mükafatı"nı alıb. 2005 – Almaniyanın Frankfurt şəhərində "Keyfiyyət və Texnologiya üzrə Brilliant Kateqoriya"sında "Arch of Europe" mükafatı verilib. 2005 – İngiltərədnin paytaxtı Londonda "Bəynəlxalq Keyfiyyət Tacı" ilə mükafatlandırılıb. 2005 – İsveçrənin Cenevrə şəhərində "Century International Diamond Quality Era Award"a layiq görülüb. 2006 – Beynəlxalq Biznes Şurası "Milli İqtisadiyyatın Lideri" olması münasibəti ilə "Çudo Peçka"nı "Şərəf Ordeni" ilə təltif edib.
Omiçka Omsk QVK
"Omiçka" (rus. Омичка) — 1965-ci ildə yaradılmış qadın voleybol klubudur. Komanda Rusiyanın Omsk vilayətində yerləşən Omsk şəhərini təmsil edir. Komandanın tarixindəki ən böyük uğuru CEV Qadınlar Çempionlar Liqasının 2013-14 mövsümü üçün olan yarışlarında son 12-yə qalmasıdır. 2005-ci ildən klubunun prezidenti rus biznesmen Vladimir Sumakovdur.
Omiçka Omsk VK
"Omiçka" (rus. Омичка) — 1965-ci ildə yaradılmış qadın voleybol klubudur. Komanda Rusiyanın Omsk vilayətində yerləşən Omsk şəhərini təmsil edir. Komandanın tarixindəki ən böyük uğuru CEV Qadınlar Çempionlar Liqasının 2013-14 mövsümü üçün olan yarışlarında son 12-yə qalmasıdır. 2005-ci ildən klubunun prezidenti rus biznesmen Vladimir Sumakovdur.
Bolşaya Reçka (Ob)
Bolşaya Reçka — Rusiyanın Altay diyarı ərazisindən axan bir çay. Ob çayının sağ qolu. == Coğrafiyası == Bolşaya Reçka Altay diyarının, Troitski rayonu, Qornovoye kəndindən 10 km cənub-şərqdə başlayır. Əvvəlcə mənbədən şimala, qərbə, şimal-şərqə axır. Xomutino kəndindən sonra cənub-qərb istiqamətini tutur və demək olar ki, qalar axarı boyunca bir istiqamətdə qalır. Hövzənin yuxarı hissəsi Biysk-Çumış yüksəkliklərinin ərazisindən axır. Burada çayın axarı boyunca çöl ərazisi meşə əraziləri ilə kəsişir. Troitski kəndində çay Verxneobski Borun sərhəddinə çatır. Zaqainovo kəndinə çay meşənin kənarından axır, sonra meşənin daxilinə doğru irəliləyir. Çay hövzəsinin aşağı hissəsi bataqlıqlaşmış qədim Ob vadisində yerləşir.
Belaya Reçka (Kabarda-Balkariya)
Belaya Reçka (qaraç.-balk. Акъ суу) — Kabardiya-Balkar Respublikasında kənd. "Nalçik şəhər dairəsi" bələdiyyə quruluşunun bir hissəsidir. == Coğrafiyası == Kənd Nalçik şəhər dairəsinin cənub-qərb hissəsində, Nalçik və Belaya çaylarının vadilərində yerləşir. Nalçik şəhərindən 1,5 km cənubda yerləşir. Şimalda Nalçik və şərqdə Xasanya yaşayış yerləri ilə həmsərhəddir. Qəsəbə respublikanın dağətəyi zonasında, Meşə silsiləsinin şimal ətəklərinin ətəyində yerləşir. Əhalinin böyük hissəsi Belaya və Nalçik çaylarının vadiləri boyunca düzənliklərdə məskunlaşmışdır. Ətrafdakı yamaclar çox meyllidir. Bəzi yerlərdə yamaclar yüksək qayalarla açılır.