Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Omfasit
Omfasit — mineral, monoklinik piroksen, (Ca, Na)(Mg, Fe2+, Fe3+,Al)[Si2O6]. Omfasit Si, Al, Na-la zənginliyi ilə fərqlənir. Əsas etibarilə eklogitlərdə; Omfasit yaxın piroksen qranat-amfibol-skapolitli qneys­­lərdə məlumdur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Dnepropetrovsk Oblastı
Dnepropetrovsk vilayəti, (ukr. Дніпропетровська область / Dnepropetrovska oblast) Ukraynada ərazi vahidi (vilayət). Dnepr çayı vilayəti iki yerə bölür. Vilayət mərkəzi Dnipro şəhəridir.
Qiymətlər oblastı
Funksiyanın qiymətlər oblastı — onun ala biləcəyi qiymətlər çoxluqdur. Tutaq ki, F {\displaystyle F} funksiyası X {\displaystyle X} çoxluğunu Y {\displaystyle Y} çoxluğuna qarşı qoyur. Bu zaman Y {\displaystyle Y} çoxluğu F {\displaystyle F} funksiyasının qiymətlər oblastı adlanır.
Təyin oblastı
Funksiyanın təyin oblastı — onun təyin olunduğu çoxluqdur. Funksiyanın təyin oblastı x-in ala biləcəyi qiymətlər çoxluğudur. Tutaq ki, F {\displaystyle F} funksiyası X {\displaystyle X} çoxluğunu Y {\displaystyle Y} çoxluğuna qarşı qoyur. Bu zaman X {\displaystyle X} çoxluğu F {\displaystyle F} funksiyasının təyin oblastı adlanır.
Hamam oğlanı
Hamam oğlanı və ya hiz oğlanı — Osmanlı imperiyasında seks işçisi kişi. Hamam oğlanlarının təşkil etdiyi biznes "hizan" adlandırdı. Hamam oğlanlarının bir qismi öz peşələrini hamamda icra etdikləri üçün vaxt keçdikcə "hamam oğlanı" anlayışı da eyni mənada istifadə olunmağa başlamışdır. Bu anlayış müasir türk dilindəki "ibnə" ifadəsinə oxşar şəkildə alçaltma və lağ etmək məqsədi ilə də istifadə olunurdu.
Hiz oğlanı

Bu oğlanın həyatı
Bu oğlanın həyatı və ya orijinal adı ilə This Boy's Life — 1993-cü ildə Tobias Volfla eyniadlı filmin ekranlaşdırılmasıdır. Rejissoru Michael Caton-Cons olan və Tobias Wolffdan ekranlaşdırılan filmdə baş rolları Leonardo Di Kaprio, Duight Hansen, Robert De Niro və Ellen Barkin canlandırıb. == Süjet xətti == Həyat yoldaşından boşanan Karolin oğlu Tobini də özü ilə aparır və 1950-ci illərdəki Amerikada səyahət səfərinə başlayır. Bəzi şəhərlərdə yeni insanlarla tanış olan və onlarla qısa müddətli əlaqələrə girən Caroline, bu münasibətlərin hər dəfə müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra yenidən yola düşür. Bu arada Tobi də özünə onu tez-tez problemlərə salacaq yeni dostlar tapır. Yeni həyata başlamaq əzmində olan Karolin nəhayət avtomobil ustası Duaytla tanış olur və onun doğru insan olduğunu düşünərək onunla evlənir. Bununla belə, təqaüdçü hərbçi olan Duayt əslində sadist bir intizamçıdır. Eyni zamanda Tobi də şəhərdən qaçmaq istəyir. == Nəticə == === Kassa === Film 9 aprel 1993-cü ildə məhdud sayda efirə buraxıldı və həftəsonu 74,425 dollar gəlir əldə etdi; Aprelin 23-də nümayiş etdirildikdən sonra film 10-cu kassada açıldı və 1.519.678 dollar gəlir əldə etdi. Film nəhayət, 4,104,962 dollar gəlir əldə edərək, efirlərdən çıxarıldı.
Varşava getto oğlanı
Varşava gettosundakı yəhudi oğlan — 1943-cü ildə baş tutmuş Varşava gettosu üsyanı zamanı çəkilən ən tanınmış fotoşəkildə görünən, SS-rottenfürer Yozef Blöşe onun istiqamətinə silah yönəltdiyi an əllərini yuxarıya qaldıran oğlan uşağı. Oğlan və digərləri gettonun ləğvinin son mərhələsi əsnasında sığınaqca gizlənmişdilər. Lakin alman hərbçilər onları saxlayır və zorla sığınacaqdan çıxarır. Fotoşəkil çəkildikdən sonra şəkildə görüntülənən bütün yəhudilər umşplaqplatsa aparılır, Maydanek həbs düşərgəsinə və ya Treblinka ölüm düşərgəsinə deportasiya edilir. Fotoşəkilin çəkildiyi dəqiq yer və fotoqrafı bilinmir. Fotoşəkildə qətiyyətlə müəyyən edilə bilən yeganə şəxs Blöşedir. Görüntü Holokost zamanı çəkilən ən ikonik fotoşəkillərdən biridir və oğlan daha sonra Holokostdakı uşaqları, eləcə də bütün yəhudi zərərçəkənləri təmsil etdi. Varşava Polşanın paytaxtıdır. Müharibədən əvvəl orada təxminən 380 min yəhudi yaşayırdı. Bu isə şəhər əhalisinin təqribən dörddə birini təşkil edirdi.
Bu oğlanın həyatı (film)
Gənc oğlanın portreti (İrəvani)
Qacar şahzadəsi Məculla Mirzənin portreti və ya "Gənc oğlanın portreti" — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin akvarellə çəkdiyi rəsm əsəri. XIX əsrin ortalarında çəkilən portret, Bakıda Milli incəsənət muzeyində saxlanılır. İrəvaninin başqa bəzi əsərlərində olduğu kimi burada da dekorativlik həcmli plastik forma ilə məharətlə uyğun gəlir.. Rəsmin orta əsrlərin miniatür şərq ənənələri ilə möhkəm bağlı olmasına baxmayaraq, rəssam öz marağını daha çox insanın görünüşündə cəmləşdirib, və bu hansısa müstəvi fonda yox, konkret interyerə malik olan üçölçülü məkanda təsvir edib, bu isə Azərbaycanın təsviri sənətində yeni dövrün başlansının göstəricisi idi. Rəsm əsəri 21 x 12 sm ölçüdə kağız üzərində sulu boya ilə çəkilmişdir. == Təsviri == Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir. Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var.
Oqast Karl Rayşauer
Oqast Karl Rayşauer (ing. August Karl Reischauer; 4 sentyabr 1879, Consboro[d], İllinoys – 10 iyul 1971) – amerikalı presviterian missioneri. Yaponiyadakı fəaliyyətinə görə tanınır. 1918-ci ildə Tokio Qadınlar Xristian Universitetinin, 1920-ci ildə isə həyat yoldaşı ilə birlikdə Yaponiya Karlar Danışıq Məktəbinin əsasını qoymuşdur. Oqast Karl Rayşauer 1879-cu ildə ABŞ-nin İllinoys ştatının Consboro şəhərində doğulmuşdur. 1902-ci ildə Hanover kollecindən, 1905-ci ildə isə Makkormik Teologiya Seminariyasından məzun olduqdan sonra Yaponiyaya getmişdir. Rayşauer xristianlığın digər dinlərlə əlaqəsi ilə maraqlandığı üçün 1917-ci ildə "Yaponiyada buddizm tədqiqatları" adlı elmi işini nəşr etdirmişdir. O, həmçinin Yaponiyada təkrarlanan protestant missionerlik cəhdlərini aradan qaldırmağa və məzhəb seminariyalarını möhkəmləndirməyə cəhd etmişdir. 1917-ci ildə Nyu-York Universiteti tərəfindən fəxri dərəcə ilə təltif olunmuşdur. 1941-ci ildə Yaponiyanı tərk etmiş və bir neçə il Nyu-York şəhərindəki Birlik Teologiya Seminariyasında müqayisəli dinlər mövzusunda dərslər vermişdir.
Varşava gettosundakı yəhudi oğlanın fotoşəkli