Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Roqaşka-Slatina
Roqaşka-Slatina (sloven. Rogaška Slatina) — Sloveniyanın şərqində bolneoloji (əsasən müalicəvi sular) kurort şəhəri. Sele şəhərindən 45 km, paytaxt Lyublyanodan 82 km məsafədə yerləşdir. Şəhər "Donat Mg adlı müalicəvi suyu ilə məşhurdur. == Tarixi == Roqaşka-Slatina — Sloveniyanın və Avropanın ən qədim və məşhur kurort şəhərlərindən biridir. Slatina vadisi qədim zamanlardan məlumdur. Roma imperiyasına aid olan Petovium Celeia adlı yolun qalıqlarının bu ərazidə aşkarlanması, Roqaşkanın Roma dövründən bəri məşhur olmasını ehtimal etməyə əsas verir. Həmin ərazinin yaxınlığında Roma fibulası və qəpikləri aşkar edilmişdir. Həmin vaxtdan etibarən Donat Mg suyunun müalicəvi xüsusisəyyətləri məlum olmuşdur. Bu suyun müalicəsi xassələri barədə əfsanələr yaranmış, ziyarətçilərin sayı artmışdır.
Blaşka Qurjibekov
Blaşka Qurjibekov (oset. Гурдзибети Майрӕнсауи фурт Бласка; 1 (13) mart 1868, Novoosetinskaya[d], Rusiya imperiyası – 18 iyun (1 iyul) 1905, Mancuriya) — Osetin dilinin Digor ləhcəsində şeirlər yazan şair. İlk digor şairi və Digor ədəbiyyatının qurucusu. == Bioqrafiya == 1868-ci il martın 1-də Mozdok dairəsi Novoosetinskaya kəndində, zabit kazak Mayransau (İvan) Qurjibekovun ailəsində anadan olmuşdur. Atası 1875-ci ildə o, 7 yaşında olarkək vəfat edir. Onun tərbiyəsi ilə anası məşğul olur. 1878-ci ildən Pavlodolsk ibtidai məktəbində oxuur, sonra Stavropol gimnaziyasına daxil olur. Ailənin çətin maddi vəziyyəti səbəbindən gimnaziyadakı təhsilini yarımçıq qoymaq məcburiyyətində qalır. 1886-cı ildə, 18 yaşında Qızılyar-Qrebenski alayında hərbi xidmətə başlayır. Adi bir kazak kimi xidmət edir.
Castin Plaşka
Keyt Qlasko
Keyt Qlasko (ing. Keith Alexander Glascoe) — ABŞ aktyoru və yanğınsöndürəni. Keyt Qlasko "Leon" filmində canlandırdığı Benni obrazı ilə məşhurluq əldə etmişdir. Aktyorluq fəaliyyəti ilə yanaşı Nyu-York Yanğınsöndürmə Departamentində yanğınsöndürən olaraq çalışan Keyt Qlasko 11 sentyabr terror aktları zamanı Dünya Ticarət Mərkəzində baş verən yanğını söndürən zamanı binanın çökməsi nəticəsində həlak olmuşdur. Keyt Klasko hadisə nəticəsində həlak olan 347 yanğınsöndürəndən biri idi.
Gaska çayı
Gaska (xorv. Gacka) — Xorvatiyada çay. Gaska çayı Liçko-Senska bölgəsinə (jupaniya) aiddir və Plitviçka Gölləri Milli Parkı ilə həmsərhəddir. Çayın böyük hissəsi yer altı axıma malikdir. == Ümumi məlumat == Gaska çayının uzunluğu 61 km-dir. Yer üstü axım hissəsinin uzunluğu 32 km-dir. Ancaq həyata keçirilən axım nizamlayıcı işlərdən sonra çayın uzunluğu 11 km olmuş. Çay hövzəsinin sahəsi — 584 km², ən dərin yeri isə - 10 metrdir. Yay aylarında suyun temperaturu — 10,8 °C, qışda isə — 7,9 °C olur. Çay öz başlanğıcını Karst yaylasının cənub-şərqində götürür.