Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eli Qlader
Eli Qlader — tanınmış Norveç rəssamı. == Həyatı == Eli Qlader artıq bir neçə ildir ki, Azərbaycanda yaşayır. Burada o, əsasən bədii foto sənətilə məşğuldur. O, özünün bir sıra müasir fəlsəfi və sənətşünaslıq araşdırmalarını "Oranjereya" fəlsəfi-bədii konsepsiyasında ümümiləşdirmişdir. Təqdim olunan sərgi bir neçə il bundan öncə başlanılmış bu böyük konseptual layihənin bir hissəsidir. Bu layihə çərçivəsində Milli Elmlər Akademiyasının nəznindəki Mərkəzi Botanika Bağında performans keçirilmiş və onun əsasında film çəkilmişdir.
Oqaden müharibəsi
Oqaden müharibəsi və ya Efiopiya-Somali müharibəsi — 1977–1978 illərdə mübahisəli Oqaden ərazisi üstündə Efiopiya və Somali arasında baş vermiş müharibə. 1960-cı ildə Somali müstəqillik qazandıqdan sonra qonşu dövlətlərlə ərazi mübahisəsinə başladı. Hökumət somalilərin kompakt yaşadığı Cibuti, Efiopiya və Keniya ərazilərini əhatə etməli olan "Böyük Somali"nin bərpası haqqında manifest çıxardı. Mübahisəli ərazilərdən biri Efiopiyada yerləşən Oqaden bölgəsi idi. 1964-cü ildə Somali və Efiopiya arasında qısamüddətli sərhədyanı münaqişə baş verdi. 1969-cu il "Oktyabr inqilabı" nəticəsində Somalidə hakimiyyətə Məhəmməd Siad Barre gəldi. O, ölkədə sosializm elan etdi. Bu isə öz növbəsində Somalinin SSRİ ilə yaxınlaşmasına səbəb oldu, lakin Məhəmməd Siad Barre qonşu dövlətlərlə ərazi mübahisələrini davam etdirdi. 1970-ci ildən etibarən Qərbi Somalinin Azadlığı Cəhbəsi (QSAC) Oqadenin Somalidən ayrılması üçün silahlı mübarizəyə başladı. 1974-cü ildə Efiopiyada baş verən hərbi çevriliş nəticəsində imperator Hayle Selassie I devrildi və hərbi xunta hakimiyyətə gəldi.
Cəladət Əli Bədirxan
Cəladət Əli Bədirxan (kürd. جەلادەت عالی بەدرخان; 26 aprel 1893, Konstantinopol – 15 iyul 1951, Dəməşq; həmçinin Mîr Celadet adı ilə də tanınır) — kürd diplomat, yazıçı, dilçi, jurnalist və siyasi fəal. İstanbul Universitetində hüquqşünaslıq fakültəsi üzrə magistraturanı bitirən və təhsilini Münhendə tamamlayan Cəladət həmçinin kürdcə, türkcə, farsca, ərəbcə, almanca, fransızca və rusca kimi bir çox dildə danışa bilirdi. Türkiyəni 1923-də cümhuriyyət elan olunduqdan sonra tərk etmişdir. 1927-ci ildə Beyrutda baş tutan bir kürd konfransında Xoybun komitəsi formalaşmışdır. Cəladət şimali kürd dilinin — kurmanc dilinin çağdaş halını orqanizə edən ilk dilçi olması və hal-hazırda rəsmi olaraq istifadə edilən latın əlifbasını dizayn eləməsi ilə məşhurdur. Bu əlifba bəzən kürd dilinin habelə o biri dialektləri üçün də — ərəb, kiril və erməni əlifbalarının əvəzinə işlənir.