Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Igranka
Igranka (azərb. Şənlik‎) — Monteneqronun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Branka Rauniq
Branka Rauniq (bosn. Branka Raunig; 1 yanvar 1935, Sarayevo – 13 iyun 2008, Bixaç, Bosniya və Herseqovina Federasiyası) — Bosniya arxeoloqu, tarixdən əvvəlki dövrün tədqiqatçısı və muzey kuratoru. Branka Rauniq 1 yanvar 1935-ci ildə Sarayevoda anadan olmuşdur. Ömrünün ilk illəri Kraljevoda keçib . 1954–1958-ci illərdə Belqrad Universitetinin Fəlsəfə fakültəsində arxeologiya təhsili alıb . Müəllimlərindən biri arxeoloq Branko Havela idi . Universiteti bitirdikdən sonra, Rauniq Bosniya və Herseqovinaya geri qayıdır, Bihaçdakı Punye muzeyində işləməyə başlayır . Rauniq, yapodlar qəbiləsinə aid arxeoloji materiallarla işləyərkən sonrakı elmi karyerasını həsr etdiyi bu qədim Hind-Avropa xalqı ilə maraqlanmağa başlayır . 1963-cü ildə Rauniq, Punye bölgəsinə diqqət yetirərək yapodların tarixini öyrənməyə davam etdiyi Djakovo bölgəsində yerləşən muzeydə işə başlayır . Bu bölgədəki arxeoloji materiallara əsaslanaraq 1971-ci ildə müdafiə etdiyi magistr işini yazır .
Franka Bateliç
Franka Bateliç (xorv. Franka Batelić; d. 7 iyun 1992, Riyeka, Xorvatiya) və ya sadəcə Franka — Xorvatiya müğənnisi və bəstəkarı. O, Xorvatiyanın Showtime musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Franka "Crazy" mahnısı ilə Xorvatiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Franka Bateliç 7 iyun 1992-ci ildə Xorvatiyanın Riyeka şəhərində anadan olmuşdur. İnqrid və Damir Bateliç onun valideynləridir. Frankanın Nikola adlı özündən yaşda balaca olan qardaşı da var. Nikola Xorvatiyanın "Storm" qrupunda gitaraçı olaraq fəaliyyət göstərir. Franka hələ üç yaşında ikən oxumağa başlamış və ilk öncə "Minicantanti" xorunda solist olaraq yer almışdır.
Franka Falkutchi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Falkutçi
Franka Falkutçi (it. Franca Falcucci; d. 22 mart 1926, Roma, İtaliya — ö. 4 sentyabr 2014, Roma, İtaliya) — Xristian Demokratik Partiyasının rəhbərlərindən biri, Amyntor Fanfaninin vaxtında partiya katibinin müavini olub. Franka Falkutçi Roma məktəblərində latın və yunan dilindən dərs keçmişdir. O, 1968–1992-ci illərdə Senatın üzvü və 1982–1987-ci illərdə Təhsil Naziri olmuş ilk qadın idi.
Franka Raymondi
Franka Raymondi (8 iyul 1932 — 1988) — italyan müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində İtaliyanı "Aprite Le Finestre" mahnısı ilə təmsil etmişdir.
Gorana (Suxumi)
Gorana (keçmiş Tsuqurovka, adı 3 sentyabr 1948-ci ildə dəyişdirilib) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyyəsindən 320 m yüksəklikdəç Suxumidən 5 km. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. ენციკლოპედია "საქართველო", ტ. 2, თბ., 2012. — გვ. 99.
Leya Orqana
Şahzadə Leya Orqana (ing. Princess Leia Organa), sonradan General Leya Orqana (ing. General Leia Organa) kimi tanınan personaj, Ulduz müharibələri franşayzının qəhrəmanıdır. Ulduz müharibələri filmlər seriyasında bu personaj aktrisa Kerri Fişer tərəfindən canlandırılmışdır. İlk dəfə "Ulduz müharibələri" (1977) filmində təqdim edilən Leya Alderaan planetinin şahzadəsi, İmperiya senatının üzvü, Üsyançılar alyansının agentidir. O, sithlərin qəddar lordu Dart Vayderə mane olur və İmperiyanın qorxunc silahı olan Ölüm ulduzunun məhv edilməsinə kömək edir. "İmperiya cavab zərbəsi endirir" (1980) epizodunda Leya üsyançıların bazasına rəhbərlik edir Vayderə qalib gəlir və kontrabanda ilə məşğul olan Han Soloya aşiq olur. "Cedayın qayıdışı" (1983) epizodunda Leya Solonun yad planetli cinayətkar Cabba Hattdan xilas edilməsi əməliyyatına başçılıq edir, məlum olur ki, o, Vayderin qızı və Lyuk Skayuolkerin əkiz bacısıdır. Prikvel filmi olan "Sithin qisası" (2005) epizodunda məlum olur ki, əkizlərin anası Nabu planetinin senatoru (keçmiş kraliça) Padme Amidaladır və o, uşaqları dünyaya gətirərkən vəfat edib. Senator Beyl və Alderaan kraliçası Breha Orqana Leyanı övladlığa götürürlər.
Linqva franka
Linqva franka (it. lingua franca - frank dili) — ortaq dil mənasına gələn latınca ifadə. Bundan başqa bəzən vasitəçi dil, körpü dil, müəyyən sahədə və ya ərazidə etnoslararası münasibət üçün istifadə edilən, bütün tərəflərin başa düşdüyü ortaq dil. Tarixən Aralıq dənizi regionunda yaşayan xalqların dillərini adlandırmaq üçün istifadə edilmişdir. Bu ad ərəb dilinin italyan dilinə tərcüməsidir lisan al-ifrang. Ərəb dilində isə bu ad xaç yürüşləri zamanı ərəblərin avropalıları franklar adlandırmasından yaranıb. İlk dəfə xalqlararası dil kimi Makedoniyalı İsgəndərin ordusunda koyne dili işlənmişdir. Azərbaycan türkcəsi orta əsrlərdə (XX əsrin əvvəllərinədək) Şimali Qafqazda (qumuq dili ilə birgə), Zaqafqaziyada, İran, İraq, Küveyt, Suriya və Şərqi Anadoluda Linqva-franka dili olmuşdur. XX əsrdə rus dili Postsovet məkanında və Şərqi Avropada Linqva-Franko dili olmuşdur. Вайнрайх У. Языковые контакты: Состояние и проблемы исследования.
Qranxa-de-Rekamora
Qranxa-de-Rekamora (isp. Granja de Rocamora) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 7,2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2372 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 48 km uzaqlıqda yerləşir.
Crazy (Franka Bateliç mahnısı)
Crazy (azərb. Dəli‎) — Xorvatiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Franka Bateliç "Crazy" mahnısı ilə Xorvatiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi xorvatiyalı bəstəkar Branimir Mihalyeviçə, sözləri isə ifaçı Franka Bateliçə aiddir.