Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Orinoko timsahı
Orinoko timsahı (lat. Crocodylus intermedius) — əsl timsahlar sinfinin dümayəndəsi. Cənubi Amerikanın şimalındakı Orinoko çayı hövzəsində yaşayır. Ən böyük timsah növlərindən biri və Cənubi Amerikanın ən böyük heyvanıdır: yetkin erkəklər ən az 5.2 m, bəzən daha böyük uzunluğa çata bilir. Yeddi metrdən uzun olan nümunələr haqqında da məlumatlar vardır, lakin etibarlı mənbə deyillər. Hal-hazırda 5 m-dən böyük olan fərdlər olduqca nadirdir. Dişilər erkəklərdən xeyli kiçikdir və nadir hallarda uzunluğu 3.6 m-dən yuxarı olur. Orinoko timsahının rəngi qara ləkələri olan açıq yaşıl və ya bozumtuldan tünd yaşıl rəngə qədər dəyişə bilər. Sifət nisbətən uzun və ensizdir. Baxmayaraq ki, Hind qavialındakı ilə eyni dərəcədə deyil.
Orinoko çayı
Orinoko çayı (isp. Río Orinoco) — Cənubi Amerika ərazisində axan çaydır. Əsasən Venesueladan axır və Atlantik okeanına tökülür. Uzunluğu 2736 kilometrdir (2736 km). Orinoko çayının mənbəsi Qviana yaylasının cənub-qərbində yerləşən Delqaud-Çalbaud dağıdır. Orinoka mənsəbində delta yaradır. Su sərfiyyatı 33 000 m³/s-dir. Çay öz Amazon delfinləri və Orinoko timsahı ilə məşhurdur.
Lyubov Odinokova
Lyubov Berejnaya-Odinokova (qızlıq soyadı: Berejnaya; d. 24 iyun 1955; Otradnıy, Rusiya) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lyubov Berejnaya, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lyubov Berejnaya, həm də Dünya Çempionatlarında 1 qızıl və 1 gümüş medala sahib olub. == Karyerası == Lyubov Berejnaya, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lyubov Berejnaya növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Lyubov Berejnaya-Odinokova

Dinko Şimunoviç
Dinko Şimunoviç (d. 1873, Knin — ö.1933, Zaqreb) — xorvat yazıçı. == Həyatı == Knində anadan olub. Təxminən 20 il Dalmatin Zaqoryesinə yaşayır və orada məktəb müəllimi kimi işləyir. 1927-ci ildə təqaüdə çıxmış, 1929-cu ildə Zaqrebə gəlmiş və 1933-cü ildə orada vəfat etmişdir. == Yaradıcılığı == Şimunoviç bir neçə hekayələr kitabı, çoxlu sayda oçerk və felyetonlar və iki roman qələmə almışdır. Əsərləri yaşadığı və işlədiyi ərazinin insanlarının həyatına həsr olunub. Müasir şəhər həyatının obrazının qəbul edilməzliyini vurğulayan yazıçı ziyalıların taleyini, kənd sakinlərinin bir çox şeylərdən məhrum edildiyini işıqlandırmaqla cəmiyyətin və təbiətin patriarxal tərzini poetikləşdirirdi. Tədqiqatçılar Dinko Şimunoviçi XX əsr ən tanınmış xorvat novellaçılarından biri adlandırırlar.