Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ozernoy yarımadası
Ozernoy yarımadası — Kamçatka yarımadasında yerləşən dörd iri yarımadadan biri. Sahillərini Sakit okean suları yuyur. Kamçatka yarımadasından şimalda qərarlaşır. Ən ucqar şərq nöqtəsində Ozernoy burnu qərarlaşır. Burada mayak belə vardır. Üstəlik burada Yujnı, Dvoynoy, Nizki, Perevalnı, Kamenisti, Naçikinski, Severo-Zapodnı burunları və Ozernaya, Malamvayam, Makedoniya, Olxovaya, Konskaya, Şipatinskaya gölləri yerləşir. Yarımada Ozernaya körfəzi ilə Karaqin körfəzlərini ayırır. Yarımadanın relyefi dağlıqdır. Ən hündür nöqtəsi Naçinski dağıdlr (1210 m). Digır zirvələri: Qreben (805 m), Dvoynoy (729 m), Rısar (645 m), Klık (585 m), Tryoxqrannaya (499 m), Şaqayevskaya sopka (387 m), Uval (362 m), Razvilok (285 m).
Overny
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Qüdrət Özərsay
Qüdrət Özərsay (türk. Kudret Özersay; 16 dekabr 1973-cü il, Larnaka) — Şimali Kipr Türk Respublikasının siyasətçisi, diplomat, beynəlxalq əlaqələr sahəsində alim-mütəxəssis. 2002–2012-ci illərdə və 2014-cü ildə Kipr mübahisəsinin həllinə dair danışıqlarda iştirak etmişdir. 2010–2012-ci illərdə və yenidən 2014-cü ildə danışıqlarda Şimali Kipr Prezidentinin Xüsusi Nümayəndəsi olub. "Toparlaniuruz" hərəkatını qurmuş və rəhbərlik etmişdi. Özərsay Xalqın Partiyasının qurucularından biri və hazırkı lideridir. 2020-ci il Şimali Kipr Türk Cümhuriyyəti prezidenti seçkilərinə müstəqil namizəd olaraq qatılmışdır. 1973-cü ildə Larnaka şəhərində anadan olub. Şəhərin yaxınlığındakı Alaminyo kəndində böyüyüb. Alaminyolu inşaat ustası Hüseyin Usta və dərzi Sadiyə Hanımın oğludur.
Ozerna mağarası
Ozerna (ukr. Озерна) ― qərbi Ukraynanın Ternopol vilayətində, Strilkivtsi (ukr. Стрілківці) kəndi yaxınlığında yerləşən mağara. Ozerna nəhəng mağara sisteminin bir hissəsidir və 140 490 (2017) metrdən çox araşdırılmış keçidləri ilə dünyanın ən uzun mağaralarından biridir. Mağara paytaxt Kiyevin təxminən 450 kilometr (280 mil) cənub-qərbində, Borşçiv rayon mərkəzinin isə 5.5 kilometr (3.4 mil) cənubunda yerləşir. Ozerna II Dünya müharibəsi dövründə, Holokost zamanı yəhudi qaçqınlar tərəfindən sığınacaq olaraq istifadə edilmişdir. 1942-1944-cü illərdə, nasist işğalı zamanı burada və yaxınlıqdakı Verteba mağarasında bir neçə yəhudi ailəsi yaşayırdı. Bu insanlardan bəziləri mağaradan 344 gün boyunca heç vaxt ayrılmamış və bu, mağarada məskunlaşma üçün qeyd eolunan ən uzun müddət olmuşdur. Bu mağaralarda gizlənən yəhudilərin bir qismi nasistlər tərəfindən tutularaq öldürülsə də, onlardan otuz səkkizi 1944-cü ilin aprelində ərazi Qırmızı Ordu tərəfindən azad edilənə qədər xilas olmağı bacarmışdır. Bu insanlar əgər bu mağaralarda sığınacaq axtarmasaydılar, demək olar ki, sağ qalmayacaqdılar.
Zərni (Tarım)
Zərni (az-əbcəd. زرنی‎, fars. زرنی‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 128 nəfər yaşayır (41 ailə).
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.