Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamenets-Podolski
Kamenets-Podolski (ukr. Кам'янець-Подільський) — Ukraynanın Xmelnistki vilayətində şəhər. == Etimologiya == Kamenets-Podolski — (pol. Kamieniec Podolski; erm. Կամիանեց-Պոդոլսկի; idiş: קאָמענעץ (Коменец) — IX əsrdən Kamenets (ukr. Кам'янець) kimi tanınıb. Kaments sözü ilkin mənşəyini qədim slavyan dililərində olan «камень», yəni "daş" sözündən alır. Şəhərin adının ikinci hissəsi isə Podolye (ukr. Поділля; pol. Podole — «vadi, alçaqlıq», həmçinin rus salnamələrində «Понизье») etnonimidir.
Lev Kamenev
Lev Kamenev (18 iyul 1883, Moskva – 25 avqust 1936[…], Lubyanka binası[d]; rus. Лев Борисович Каменев) — rus inqilabçısı, sovet partiya və dövlət xadimi. Görkəmli bolşevik, Leninin ən qədim tərəfdaşlarından biri. Moskva Şurasının sədri (1918-1926); 1922-ci ildən - SSRİ Xalq Komissarları Soveti və Əmək və Müdafiə Soveti sədrinin müavini, Leninin ölümündən sonra isə 1926-cı ilin yanvarına qədər SSRİ Əmək və Müdafiə Şurasının sədri. 1917-1918, 1919-1927-ci illərdə Bolşevik Partiyası Mərkəzi Komitəsinin üzvü, 1917-ci ilin oktyabrında və 1919-1925-ci illərdə Mərkəzi Komitə Siyasi Bürosunun üzvü, sonra üzvliyə namizəd (1926-cı ildə) olub. Mərkəzi İcraiyyə Komitəsinin üzvü və 1917-ci ildə 12 gün Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri. 1936-cı ildə “terrorist Trotskiçi-Zinovyev Mərkəzi” işi üzrə məhkum edilib və güllələnib. 1988-ci ildə ölümündən sonra reabilitasiya olunub. == Həyatı == Lev Rosenfeld 18 iyul 1883-cü ildə Moskvada anadan olub. Oğlan ziyalı ailəsində böyüyüb.
Kamenets-Podilskıy qalası
Kamyanets-Podilskıy qalası, (ukraynca: Кам'янець-Подільська фортеця, polyakca: Stary Zamek w Kamieńcu Podolskim) hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalasıdır. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar 14-cü yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala 14–18-ci yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyasına təslim oldu. Ancaq 27 il sonra Osmanlı-Müqəddəs İttifaq müharibəsində Osmanlı dövləti müharibəni uduzaraq, Karlovitsa müqaviləsini imzalayaraq, qalanı Reç Pospolitaya təslim etdi. Qala 18-ci əsrdən həbsxana olaraq istifadə olunmağa başladı.
Kamenes-Podolska qalası