Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kolizey
Flavi amfiteatrı (lat. Amphitheatrum Flavium) və ya Kolizey (lat. Colosseum, it. Colosseo) — Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri (Vespasian, Tit, Domisian) tərəfindən tikildiyinə görə Flavi amfiteatrı adlandırılmışdır. Tikinti eramızın 72-ci ilində başlamış, 80-ci ildə başa çatdırılmışdır. Amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlamışdır. Tikinti onun oğlu Titin dövründə bitirilmişdir. VIII əsrdən etibarən Kolizey adlandırılmağa başlamışdır.