Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Euseius okumae
Euseius okumae (lat. Euseius okumae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Kiyoşi Okuma
Kiyoşi Okuma (大熊 清, Okuma Kiyoshi, 21 iyun 1964-cü ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. O, Yaponiya U-20 milli komandasının baş məşqçisi olarkən 2003 FİFA Dünya Gənclər Çempionatı və 2005 FİFA Dünya Gənclər Çempionatında iştirak etmişdir. Onun kiçik qardaşı Yuci Okuma keçmiş Yaponiya futbolçusudur. == Məşqçi statistikası == 11 oktyabr 2016-cı il məlumatlarına əsasən.
Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. == Həyatı == 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Akdes Nimet Kurat

Yamanoue no Okura
Yamanoue no Okura (təq. 660 – təq. 733) — Yapon şairi. == Haqqında == Yamanoue no Okura 660-cı ildə anadan olub. Onun məxsus olduğu Nara dövrünün poeziyası hələ bir qədər sadəlövh, təmiz lirika yapon zəmini ilə çox yaxın olan, mifologiyaya yaxın, eyni zamanda Çin mədəni modelinə uyğun yaradılan poeziya nümunələri idi. O, yapon poeziyasının ilk müəllifi məlum olan nümunələrini yaradan beş məşhur yapon şairindən biri idi. İlk yapon lirikasında “uzun nəğmələr” əsas yer tuturdu ki,bunlar da öz başlanğıcını xalq himnlərindən və ağılarından almışdı. Onun poeziyasının üslub xüsusiyyətləri digər yapon şairlərindən çox seçilir. Yamanoue no Okura savadlı adam olmuş, Çin dilini öyrənmiş, Çin fəlsəfəsinə bələd olmuş, Çin dilində şeirlər yazmışdır. Yamanoue no Okura bir müddət Çində yaşamışdır.
Fan Hui Kuat
Fan Hui Kuat (vyet. Phan Huy Quat; 1911, Txattyau[d] – 27 aprel 1979, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət xadimi, Vyetnam Respublikasının Baş naziri (1965). == Həyatı == Fan Hui Kuat 1949-1950 Bao Dai hökumətində təhsil naziri olmuşdur. O, 1950 və 1953-1954-cü illərdə müdafiə naziri vəzifəsində çalışmışdır. Fan Hui Kuat 1953-cü ildə Vyetnam Dövlətinin demokratikləşməsinə cavabdeh olan xüsusi tapşırıqlar üzrə nazir kimi xidmət etmişdir. O, 1954-ci ildə Vyetnam Dövlətinin Baş nazirinin səlahiyyətlərini icra etmişdir. Fan Hui Kuat 1965-ci ilin fevralında Vyetnam Respublikasının Baş naziri, marşal Nquyen Kao Kinin başçılıq etdiyi hərbi çevrilişdən sonra vəzifəsindən azad olunmuşdur. Baş nazirlikdən getdikdən sonra Kuat öz həkimlik fəaliyyətinə qayıtmışdır. O, 1975-ci ilə qədər siyasətdə qalmış, Asiya Antikommunist Liqası ilə işləmiş və onun Vyetnam ofisinə rəhbərlik etmişdir. Fan Hui Kuat 1975-ci ilin avqustunda Vyetnam Respublikasının süqutundan sonra həbs edilmiş və zindana salınmışdır.