Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amsar Palasa
Amsar Palasa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Amsar Palsa kəndi 1962 ilində qurulmuşdur və Dağ Amsarın yaylağı kimi işlədilmiş ve əhalinin gedərək ora axişmasi nəticəsində Amsar palsa kəndi yaranmışdır. Amsarpalsa kəndinin üst tərəfindən Ağ çay keçir və kəndin dörd bir tərəfi alma bağları ile əhatə olunur.[mənbə göstərin] == Əhalisi == Kəndin əhalisi 500 nəfər təşkil edir. Burada azərbaycanlıların yanı sıra 1993 ildə Özbəkistandan köç etmiş Axısqa türkləri də yaşayır. 500 nəfərin çoxunluğunu Axısqa türkləri təşkil etməktədir.
Aşağı palata
Aşağı palata iki palatalı qanunverici orqanın iki palatasından biridir, digər palata isə yuxarı palatadır. Dünyanın bir çox qanunverici orqanında, yuxarı palatanın "aşağıda" rəsmi mövqeyinə baxmayaraq, aşağı palata daha çox gücə sahib olub. Aşağı palata adətən, iki otaqdan (kamera) daha böyükdür, yəni üzvləri daha çoxdur. Yalnız bir palatadan ibarət olan bir qanunverici orqan kimi təsvir olunur.
Yuxarı palata
Yuxarı palata — iki palatalı qanunverici orqanın (və ya üç palatalı qanunverici orqanın üç palatasından biri) biri, digəri isə aşağı palatadır. Rəsmi olaraq yuxarı palata olduğu üçün təyin edilən palata adətən daha kiçikdir və əksər hallarda aşağı evdən daha çox məhdud gücə malikdir. Ölkələrdəki üst palatalara misal olaraq Avstraliya Senatı, Braziliyanın Senado Federalı, Kanada Senatı, Fransa Sénatı, Almaniyanın Bundesratı, Hindistanın Racya Sabhası, İrlandiyanın Seanadı, Malayziyanın Devan Neqarası, Myanmarın Amyotha Hluttav, Hollandiyanın Eerste Kamer, Pakistanın Pakistan Senatı, Rusiyanın Federasiya Şurası, İsveçrə Dövlətlər Şurası, Birləşmiş Krallıq Lordlar Palatası və Amerika Birləşmiş Ştatlar Senatı. Yalnız bir palatadan ibarət olan bir qanunverici orqan (və buna görə nə yuxarı palata, nə də alt palatası var) bir palatalı olaraq təsvir edilmişdir.
İctimai Palata
Rusiya Federasiyasının İctimai Palatası - Rusiya Federasiyasının Dövlət Dumasının qəbul etdiyi 16 mart 2005 tarixli qanununa əsasən təşkil edilib. Bu qanuna görə Rusiya Federasiyası Prezidenti Palatanın 126 üzvündən 42 üzvünü təyin edir. Rusiya Federasiyasının İctimai Palatasının digər 86 üzvü isə ümumrusiya ictimai birlikləri (42 üzv) və regional və regionlararası birliklər (42 üzv) tərəfindən seçilirlər. Rusiya Federasiyasının İctimai Palatası aktual problemlerlər üzrə 12 komissiya və hər bir komissiya sədrinin iştirak etdiyi Rusiya Federasiyasının İctimai Palatasının Şurasından ibarətdir. Rusiya Federasiyası İctimai Palatasının və "Gənclər KİV-inin inkişafı mərkəzinin" birlikdə 31 mart 2011-ci ildə təşkil etdikləri "Modernləşdirmə və innovasion inkişaf: qlobal tərəfdaşlıq" mövzulu konfransda 200-dən çox gəncin təklifləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Rusiya Federasiyasının İctimai Palatasının və İdman Nazirliyinin gənclər siyasəti şurasının birlikdə 31 mart 2011-ci ildə hazirladıqları yeni təkliflər müzakirə olunaraq qəbul olunub. Rusiyadakı Regionlararası İctimai Palataların 6.4.2011 tarixindəki plenar toplantisında Rusiyada sərmayə qoyuluşunun şəraitinin yaxşılaşmasına aid Rusiya Federasiyası Prezidentinin 10 təklifi müzakirə olunacaqdır. İctimai Palatada 16.2.2011 tarixində "Dayan, korrupsiya" adlı telefon xətti qurulubdur. Vətəndaçların korrupsiya faktları barədə verdikləri məlumatlar İctimai Palatanın hazırladığı "Müasir Rusiyada antikorrupsiya siyasətinin səmərəliliyi" hesabatının əsasını təşkil edəckdir.
Palata 106 (film, 2016)
Palata 106 — Rövşən Ağayevin rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Filmin heyəti == === Rollarda === İlkin Həsəni — Dr. Təbib Ramil Babayev — Dr. Rəftar Elşən Orucov — Dr. Tayfun Çolak İlkin Misgərli — Qəşəm Nicat Rəhimov — Dr. Vəfa Azər Baxşəliyev — Dr.
Palata 106 (teleserial, 2016)
Palata 106 — Rövşən Ağayevin rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Filmin heyəti == === Rollarda === İlkin Həsəni — Dr. Təbib Ramil Babayev — Dr. Rəftar Elşən Orucov — Dr. Tayfun Çolak İlkin Misgərli — Qəşəm Nicat Rəhimov — Dr. Vəfa Azər Baxşəliyev — Dr.
Altı nömrəli palata (film, 1994)
Altı nömrəli palata tammetrajlı televiziya tamaşası rejissor Bəhram Osmanov tərəfindən 1994-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə hadisələr paslanmış, ətrafı köhnə xarabalıqlarla əhatələnmiş bir yerdə yerləşən 6 bömrəli palatada baş verir. Əsas rolları Abbas Qəhrəmanov, Ayşad Məmmədov, Elxan Ağahüseynoğlu, Qurban İsmayılov və Elxan Quliyev ifa edirlər. == Məzmun == Filmdə hadisələr paslanmış, ətrafı köhnə xarabalıqlarla əhatələnmiş bir yerdə yerləşən 6 bömrəli palatada baş verir. Buradakı xəstələr unudulmuş, tərk edilmiş xəstələrdir. Onlara kimsə baş çəkmir. Hər bir xəstənin özünəməxsus xəstəliyi var: biri gecə-gündüz qüssə içində olur, biri səhərdən -axşama kimi küçələrdə dilənir, hamıya qulluq edir, yoldaşlarına su verir, bütün bu xidmətləri yazığı gəldiyi üçün və ya humanistliklə etmir, yalnız bunu etmək istəyir vəssalam. Palatada gənc xəstə olan İvan isə bura təqibolunma xəstəliyindən əziyyət çəkdiyi üçün salınır. Çox savadlı olan, mütaliə etməyi sevən İvan çox acılar çəkmişdir: ilk öncə universitetdə oxuyarkən atasını itirmiş, daha sonra isə anasını.
Türkiyə Ticarət Palata və Birjaları Birliyi
Türkiyə Ticarət Palata və Birjaları Birliyi (tür. Türkiye Odalar ve Borsalar Birliği) abbreviaturası TOB olan, Türkiyənin bütün regional ticarət, sənaye və dəniz ticarət palatalarının, eləcə də ticarət birjalarının konfederasiyasıdır. 8 mart 1950-ci ildə Ankarada qeyri-hökumət təşkilatı, iqtisadiyyatın özəl sektorunun ali nümayəndəsi orqan kimi yaradılıb. Birliyin Mərkəzi Dumlupınar bulvarı, 252, Ankarada yerləşir. 2001-ci ildən ticarət palataları və ticarət birjalarının birliyinin prezidenti Mustafa Rıfat Hisarcıklıoğludur. Hal-hazırda ittifaq 365 ticarət palatası və ticarət birjasından ibarətdir. == Tarixçə == 8 mart 1950-ci və 5590-cı qanunda göstərilən əsaslara görə, həmin dövrdə mövcud olan nömrələrin və birjaların rəsmiləri 1952-ci ilin fevralında birləşərək Türkiyə ticarət palataları və birjalarının birləşməsi ilə bütövlükdə formalaşmış birlikdir. Təşkilatın strukturuna gəldikdə isə 1981, 1986 və 1988-də yeni normativ aktlar qəbul edilmişdir. 5590 saylı qanun 18.05.2004 saylı və 5174 saylı qanuna əsasən tamamilə dəyişdirildi. Türkiyə Ticarət Palata və Birjaları Birliyi qərargahının binası 2009-cu ilə qədər Ankarada, Qızıllayda olmuşdur.